65 min borcu var hələ vermir

65 min borcu var hələ vermir"Star life" verilişi müğənnilər arasında borcları ilə bağlı sorğu aparıb.

Sənətçilər "Yaxşılıq, pul, yoxsa pislik borcunu qaytarırsınız?" sualına belə cavab veriblər:

Əməkdar artist Elza Seyidcahan – Evdar qadın olanda uşaqpulu alırdım. Həyat yoldaşım əl vurmurdu, mən də yığırdım. Qohumlardan kiminsə ehtiyacı olurdusa, əl tuturdum. İndi əgər mənim borcum yoxdursa, necə iş qadınıyam?

Müğənni-bəstəkar Rəhim Rəhimli - Heç vaxt kiməsə mənəvi borclu qalmaram. Çalışıram ki, bu dünyada doyunca yaxşılıq edim. Pul borcum ola bilər. Amma pislik borcunu qaytarmaram.

Müğənni Elçin Hüseynov – Yaxşılıq edənin borcunu qaytarmalısan. Pisliyə isə yeri gələndə elə pisliklə cavab verməlisən. İndi hamı bir-birindən pul alıb-verir. Maddi borcun olması normaldır.

Müğənni Günay İbrahimli – Heç kimə pul barədə borclu qalmaram. Pislik edənlərin çoxuna borcum var. Bu il hamısını qaytaracam.

Müğənni-bəstəkar Ramal İsrafilov – Kiməsə yaxşılıqla borclu qalmaq, pisliyi pisliklə qaytarmaq istəmərəm. Mənim borcum ana-atama, sənətdə isə Mələkxanım Əyyubovaya, Elnarə Abdullayevayadır. Mənə isə o qədər pul borcu olan var ki...

Müğənni Nadir Qafarzadə - Yaxşılıq edənə ikiqat qaytarıram. Pislik borcunu qaytara bilmərəm, əlimdən gəlmir. Kimdənsə pul alıramsa, qaytarıram. Mənə 65 min manat borcu olan var ki, hələ də vermir.

Müğənni Günel Ələkbərova – Maşınımı satıb pul borclarımı qaytarmışam. Həyatda tək borcum anamadır. Pislik borcunu qaytarmaram. Pislik edənə gülürəm, bəs edir.

axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2283   Tarix: 26 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104