Xərçəngin düşməni tərəvəz

Xərçəngin düşməni tərəvəzKələm şəkər xəstəliyi və artıq çəki ilə mübarizədə ən ideal vasitədir. fol turşusu, B6, C və K vitaminləri ilə zəngin olan bu tərəvəz qəbzlik, mədə xorası, köklük kimi sağlamlıq problemlərinə müsbət təsir edir. Kələmin tərkibindəki bol miqdarda lifin olması insanlarda mədə xorası, baş ağrısı, həzm sistemi xərçəngi, qəbzlik kimi xəstəliklərin müalicəsində də olduqca faydalıdır. Bundan başqa, kələm həm də allergiya, qızdırma və müxtəlif dəri xəstəliklərinin ağırlaşmasına imkan vermir.

Tərkibində portağaldan daha çox C vitamininin olması sayəsində kələm damaq qanamalarının, dodaq kənarlarında çatlamaların, ekzema kimi dəri xəstəliklərinin, immunitetin zəifləməsinin, infeksion xəstəliklərə yoluxmanın qarşısını alır. Bundan başqa, kələm erkən qocalma, depresiya, Alzeymer kimi əsəb xəstəliklərindən də qoruyur.

Kələmdəki bol miqdarda kükürd yaralarda mikrobların artmasının qarşısını alır, sağalmanı sürətləndirir, infeksion xəstəliklərə qarşı immuniteti gücləndirir.

Kələm həm də xərçəng və ürək xəstəliyinin yaranmasına səbəb olan sərbəst radikalların təmizlənməsinə kömək edir. Tərkibində bol miqdarda kalsium, maqnezium və kalium var ki, bu da sümüklərin sağlamlığı üçün çox əhəmiyyətlidir. Kalium həm də infarkt və iflic təhlükəsi yaradan qan təzyiqini də normallaşdırır.

Bu tərəvəz eyni zamanda beta karoten mənbəyidir. Bu isə qocalma zamanı yaranan sarı ləkələrin və gözlərdə kataraktanın yaranmasını ləngidir. Beta karotenin daha bir faydası odur ki, bu maddə prostat vəzi xərçəngi riskini azaldır.

Bununla belə, kələmin zərərləri də var. Belə ki, bu tərəvəz zob xəstəliyinin yaranmasına səbəb ola bilər. Çünki tərkibində orqanizmdəki yodu istifadə edən maddələr var. Bu maddələr bişirilərkən yox olur. Amma bişiriləndə C və bəzi başqa vitaminlər də yox olduğu üçün, mütəxəssislər kələmi çiy və ya sirkə ilə hazırlanan turşu olaraq yeyilməsini məsləhət görürlər.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2446   Tarix: 25 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018