Peyğəmbərə ilk dəfə vəhy gəlməsi

Peyğəmbərə ilk dəfə vəhy gəlməsiMənbə: http://zikr.az

Möminlərin anası Aişə (Allah Ondan razı olsun) rəvayət edir ki, Allahın elçisinə (Allahın Ona salavatı və salamı olsun) ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh ça­ğı­­nın ay­dınlığı kimi gerçək olmasın. Sonra onun qəl­binə tənha­lığa çəkilmək mey­li salındı. Peyğəmbər Hira dağındakı mağa­rada xəlvətə çəki­lib, ailəsinin ya­nı­na qa­yıdana­dək müəy­yən gecələri orada ibadət edərdi. (O özü ilə azuqə gö­tü­rüb xəl­­və­­tə çəki­lərdi). Sonra Xədicənin yanına qayı­dıb yenə bir o qə­dər müd­dət qal­maq üçün azuqə götürərdi. Nəhayət, Pey­ğəm­bər Hira dağın­dakı ma­ğa­rada olar­kən ona haqq nazil oldu. Mələk onun yanına gəlib: "Oxu!"– dedi. O isə: "Mən oxu­­ma­ğı bacarmıram!"– deyə cavab verdi.
(Peyğəmbər) dedi: "O zaman mələk məni tutub taqətim kəsilənə­dək sıxdı, son­ra da buraxıb: "Oxu!"– dedi. Mən də: "Oxumağı bacarmı­ram!"– dedim. O ikin­ci dəfə məni tutub nəfəsim kəsi­lənədək sıxdı, sonra da buraxıb: "Oxu!"– dedi. Mən isə: "Oxumağı bacarmı­ram!"– dedim. O üçüncü dəfə məni tutub nə­fə­sim kə­si­­lənədək sıxdı, sonra da buraxıb dedi: "Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin mü­qayisəsiz sə­xavətə ma­lik­dir. O, qələmlə yazmağı öy­rətdi. İnsana bilmə­diklərini öy­rətdi." (əl-Ələq surəsi, 1-5)
(Bu hadisədən sonra) Peyğəmbər qorxudan ürəyi əsə-əsə hə­min ayə­lərlə ge­ri döndü. O, Xədicə bint Xuveylidin (Allah Ondan razı olsun) evinə daxil olub: "Üs­tümü örtün, üs­tü­mü ör­tün!"– dedi. Onun üstünü örtdülər. Nəhayət, qor­xu on­dan keçib getdi və Pey­­ğəm­bər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: "Mən başıma bir iş gə­lə­cəyindən qorxdum." Xədicə dedi: "Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüs­vay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəm­ləndirir, zəif­lə­rin yü­künü da­şıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda (in­san­­la­ra) yardım edirsən."
Xədicə Peyğəmbəri əmisi oğlu Varaqa ibn Nofəl ibn Əsəd ibn Abdul-Uz­za­nın yanına gətirdi. O, cahiliyyət dövründə xristian olmuş bir adam idi və ib­ra­ni­cə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər (bəzi şeylər) yazar­dı. O ar­tıq göz­ləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi: "Ey əmim oğlu! Qulaq as, gör qar­­daşın oğlu nə deyir!" Varaqa ondan: "Ey qardaşım oğlu! Sən nə görür­sən?"– de­yə so­ruşdu. Peyğəmbər də gördüyü şeyləri ona xəbər verdi. Varaqa ona dedi: "O gör­düyün, Allahın Musaya göndərdiyi sirrin sahibidir (Cəbraildir). Kaş dəvət edə­cəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni (yur­dun­dan) qovacağı za­man sağ olaydım!" Peyğəmbər soruşdu: "Məgər onlar məni qovacaqlar?" Va­ra­qa de­di: "Bəli! Sənin gətirdiyinin bən­zərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb ki, onun­­la düşmənçilik etmə­sinlər. Əgər həmin (dəvət edə­cə­yin) günə qədər ya­şa­sam, var gücümlə sənə kömək edəcəyəm." Lakin çox keç­mə­­di ki, Varaqa vəfat et­di və bir müddət vəhy nazil olmadı. (əl-Buxari, 3)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2510   Tarix: 17 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512