Əgər bir gün bütün insanların hamısı ölərsə

Əgər bir gün bütün insanların hamısı ölərsəİnsanoğlu yaradılmışların ən mükəmməlidir. Ancaq çox vaxt elə bu mükəmməl varlıq dünyaya və onun digər sakinlərinə ən böyük ziyanı, zərəri vurur. Bəzən yazarlar, ekoloqlar Yer kürəsinin insansız daha xoşbəxt olacağını bildirirlər. Bir qrup elm adamı da insansız dünyada nələrin baş verəcəyinə dair təxmini hesablamalar aparıblar. Sizə həmin hesablamanın nəticələrini təqdim edirik. Beləliklə, insansız dünya:

İlk həftə
Elektrik stansiyaları yanacaqla işlədiyi üçün insansız onların işlərini davam etdirməsi qeyri-mümkündür. Hətta küləklə işləyən turbinlər belə, tez-tez yağlanmasa, fəaliyyətini dayandıracaq. Məhz bu səbəbdən əgər insanoğlu bir anda dünyadan yox olsa, o zaman Yer kürəsində ilk işıqlar kəsiləcək. Atom elektrik stansiyalarının təxminən iki il maneəsiz çalışacaq enerji ehtiyatı var. Ancaq stansiyanın istehsal etdiyi enerji istifadə olunmazsa, reaktorlar avtomatik iki gün ərzində öz-özünə sönəcək. Beləliklə, bütün stansiyaların sıradan çıxması ilə bir həftə ərzində dünya qaranlığa qərq olacaq.

10 gün sonra
Marketlərdə, anbarlarda və evlərdə bütün qida məhsulları xarab olmağa başlayacaq. Siçan və siçovul kimi gəmiricilər binaların yeni sakinlərinə çevriləcəklər.

1 il sonra
Vaxtilə insanlara məxsus şəhərlər vəhşi heyvanların hakimiyyəti altına keçəcək. Yollar, parklar bitki örtüyünün altında qalacaq. Binalar bitkidən paltarlara bürünəcək. Təbii fəlakətlər, sellər artacaq.

25 il sonra
Əslində 25 il insansız bir məkanın necə olacağına Ukraynanın Pripyat şəhəri bir nümunədir. Çernobıl qəzasından sonra boşaldılan şəhərdə artıq 28 ildir həyat mövcud deyil. Ancaq nüvə fəlakətindən sonra belə şəhərdə fauna və flora nümunələri yaşamağa davam edir. Alimlərin ehtimallarına görə, 25 ildən sonra dəniz səviyyəsinə yaxın olan London, Amsterdam kimi şəhərlər su altında qalacaq. Göydələnlərin şüşələri daralma və genişlənmə nəticəsində qırılmağa başlayacaq. Boşalan binalar quş və böcəklər üçün yuvalara çevriləcək.
İnsanların ucbatından nəsli kəsilməkdə olan canavarların sayı durmadan artacaq. Buna bir misal olaraq ABŞ-ın "Yellowstone" milli parkındakı canvarları göstərmək olar. 1995-ci ildə milli parka bir neçə cüt canavar buraxılmışdı. On ildən sonra onların sayı 1500-ə çatmışdı.

50 il sonra
Böcəklərin "acgözlüyü" və kiflənmə nəticəsində bütün bina və evlər yerlə bir olacaq. Su anbarlarının beton divarlarında əmələ gələn çatlar böyüyəcək. Anbarların nəhəng su ehtiyatı qarşısına çıxan hər şeyi yuyub aparacaq. Körpülər korroziya nəticəsində çökməyə başlayacaq.

100 il sonra
1 əsrdən sonra dünyadakı bütün fotoşəkillər, videolentlər məhv olacaq. İnsanoğlunun varlığını sübut edəcək heç bir görüntülü dəlil qalmayacaq. Eyni aqibət kitabları da gözləyəcək. 200 ildən sonra əzəmətli duruşu ilə hamını heyran edən Eyfel qülləsi də korroziya nəticəsində belini bükəcək.

Qeyd edək ki, bu hesablama milyard illəri əhatə edir. Biz isə sizə yalnız onun kiçik bir hissəsini təqdim etdik.

qadinlar.biz


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2011   Tarix: 17 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356