Məşhur qəzalar

Kimin - istər məşhurun, istər adi insanın sükan arxasında və ya təkər altında olmasının maşın üçün heç bir fərqi yoxdur. Amma avtomobil qəzasında həlak olan məşhur faciəni maraqlı və qəddar süjetə çevirir.
Məşhur qəzalarMəşhur qəzalar1927-ci il Bugatti
Məşhur rəqqasə Aysedora Dunkan sevgilisi, şair Sergey Yesenindən 2 il çox yaşadı. Onu şərflərə və açıq avtomobillərdə gəzinti ehtirası məhv etdi. Nitsada çıxışından sonra o, dəniz kənarında maşınla gəzintiyə çıxır. Boğazına güllü uzun şərf dolayan balerina ikinəfərlik yarış Bugattiyə oturub əlini sallayaraq deyir: "Əlvida, dostlar! Mən şöhrətə gedirəm". Sonra baş verənləri Aysedoranın rəfiqəsi, yazıçı Meri Desti belə xatırlayır: "Maşın yavaş-yavaş hərəkət edəndə hiss etdim ki, şərfinin saçaqları yerlə sürünür. Birdən maşın dayandı, mən Aysedoranın yanına qaçdım, gördüm ki, o, iki saniyə əvvəl oturduğu yerdədir, amma gözəl başı kənara sallanıb". Nə baş vermişdi? Dunkan avtomobilə əyləşəndə şərfini çiynindən arxaya atır və saçaqlar arxa təkərin altına keçir. Qabaqda oturan sürücü bunu görə bilmir, ona görə hərəkəti davam etdirirdi. İki dönüşdən sonra Aysedoranın boynu sınmışdı. Destinin dediyinə görə, Aysedora bir saniyə olsun belə ağrı hiss etməmişdi.Üç gündən sonra balerinanı Parisin Per-Leşaz qəbiristanlığında dəfn edirlər.
Nüans: Ölmüş Aysedoranın boğazından şərfi açanda avaralar şərfin qalıqlarını suvenir kimi cırmışdılar.
Məşhur qəzalarMəşhur qəzalar1949-cu il Ford
"Küləklə sovrulanlar" əsərinin müəllifi Marqaret Mitçell avtomobil qəzasına tez-tez düşürdü, amma sükan arxasında olaraq başqa avtomobilin təkərləri altında həlak olub. 1949-cu il avqustun 11-də həyat yoldaşı ilə teatra yollanır. Ər-arvad gəzməyə qərar verirlər. Hava isti idi, onlar gəzərək söhbət edirdilər. Birdən qarşılarına bir taksi çıxır. Taksi səkiyə çıxaraq sürətlə yazıçıya çırpılır. Əri Con Marş kənara tullanmağa macal tapır. Marqareti xəstəxanaya aparırlar. Həkimlər beş gün onun həyatı uğrunda mübarizə aparırlar. Avqustun 16-da yazıçı dünyasını dəyişir. Onu öldürən sürücü isə sərxoş vəziyyətdə idi. Həyat yoldaşını dəfn etdikdən bir neçə gün sonra Marş Marqaretin bütün kağızlarını, müxbirlərinin orijinal və nüsxəsi çıxarılmış məktublarını yandırdı. Niyə? Marş iddia edirdi ki, Marqaret vəsiyyətnaməsində belə yazıb. Amma sonradan məlum oldu ki, yazıçı bu barədə heç nə yazmamışdı.
Məşhur qəzalar1955-ci il Porsche 550 Spider
Kaliforniya, sentyabrın 30-u, cümə günü. 24 yaşlı aktyor Ceyms Din Porsche 550 Spider yarış avtomobili sürür. Sahibi yeni avtomobilinə "Balaca yaramaz" adı qoyub. Ceymsin yanında dostu əyləşmişdi, arxada isə dostlarının gəldiyi treyler var idi. Kompaniya Dinin yarışmaya qatılacağı Salinasa yollanır. Ceyms sürəti artırır, onu polis saxlayaraq cərimələyir və deyir: "Ağıllan, yoxsa Salinasa sağ çıxa bilməzsən". Üstündən yarım saat keçir. Trass tamamilə boşdur. Din sürəti saatda 150 kilometrədək artırır. Birdən qabağına sanki yerin altından bir qara maşın çıxır. "O, dönməlidir! Axı bizi görür", - deyə Din qışqırır. Üz-üzə gələn maşınlar toqquşur və "Porşe" qarmon kimi yığılır. Dostu kəllə sümüyünün sınığı zədəsini alır, Din isə həlak olur. O biri maşında olan tələbə isə "Porşe"ni görmədiyini söyləyir.
Nüans: Ölümündən bir həftə sonra Dinin uçurum kənarında maşın yarışı səhnəsini canlandırdığı sonuncu "Səbəbsiz qiyamçı" filminin premyerası olur.
Məşhur qəzalar1982-ci il Land Rover
14 sentyabrda Monako şahzadəsi, knyaginyası, Hollivudun eks-ulduzu Qreys Kelli dünyasını dəyişir. O ərəfədə Qreys qızı Stefaniyanı avtomobildə şəxsən Parisə aparmağı qərarlaşdırır. Şahzadə qızının modelyer olmaq istəyinə qarşı çıxırdı və yolüstü onunla bir daha bu barədə danışmaq istəyirdi. Şahzadə səhərdən onu əldən salan kəskin başağrısına baxmayaraq, sürücünün xidmətindən imtina edir. Maşında ana-qız münasibətlərini müzakirə edərkən şahzadə əsəbiləşir və qışqıraraq "Özümü pis hiss edirəm! Heç nə görmürəm!" - deyir. Qorxu içində Stefaniya rulu ələ keçirməyə çalışsa da, alınmır, çünki o, arxa oturacaqda oturmuşdu. Land Rover idarəni itirərək 45 metr aşağı - dərəyə yuvarlanır. Qızı sınıqlara, şok vəziyyətinə baxmayaraq maşından çıxa bilir. Təcili yardım gələn kimi şahzadəni süni nəfəs aparatına qoşurlar, amma sentyabrın 13-dən 14-ə keçən gecə beyni fəaliyyətini dayandırır, yaxınları Qreysi aparatdan ayırmaq qərarına gəlirlər.
Nüans: Qreys Kelli çox mövhumatçı idi. Bir dəfə görücü demişdi ki, onu avtomobil qəzasında ölüm gözləyir. Qreys deyirdi: "Bilirəm ki, avtoqəzada öləcəyəm".
Məşhur qəzalar1997-ci il Mercedes-Benz
Avqustun 31-i, Paris, Şahzadə Diana və nişanlısı Dodi əl Fayed kirayələdikləri "Mersedes"ə oturaraq sahil kənarı ilə yola düşürlər. Onları motosikllərdə paparassilər təqib edir. Avtomobil saatda 200 kilometrlə gedərək Alma tunelinə daxil olur. Sürücü Anri Pol dirəyə dəyir. Zərbədən sürücü və Dodi yerindəcə dünyasını dəyişir. Sağ qalanları xəstəxanaya aparırlar. Yolda şahzadənin ürəyi 4 dəfə dayanır, səhər 4-də o, dünyasını dəyişir. Cangüdəndə yaddaş pozğunluğu olduğundan o, nə isə danışmaqdan imtina edir. Sürücünün qan analizi göstərir ki, alkoqolun miqdarı normadan 3 dəfə çox olub. Amma onun yaxınları iddia edirlər ki, Anri Pol ümumiyyətlə, spirtli içki qəbul etmirdi.
Nüans: Ölümünə 2 gün qalmış Diana şahzadə Qreysin qəbrini ziyarət edir və niyyət tutur. Hansı? Heç kim bilmir.
Məşhur qəzalar2004-cü il Cadillac
Yanvarın 23-də məşhur fotoqraf Helmut Nyuton həlak olub. Günorta o, qaldığı oteldən çıxaraq idman avtomobilinə oturub yüksək sürətlə Sanset-bulvara tərəf yola düşür. Maşın qəflətən evlərdən birinə girir. Xoşbəxtlikdən sakinlərdən heç kim zərər görmür. Təcili yardım hadisə yerinə 10 dəqiqə sonra gəlir, Nyuton hələ sağ olur, onu operativ olaraq xəstəxanaya çatdırırlar. Amma heç nə edə bilmirlər. Qəzaya səbəb özündəngetmə və ya ürəktutması ola bilərdi, axı Helmut Nyutonun 83 yaşı vardı.
Nüans: Ölümünə az qalmış Nyuton belə deyirdi: "Mən qadın bədənindən yorulmuşam, indi məni daha çox maşınlar cəlb edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8077   Tarix: 30 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585