Veteranlar qurultay keçirdi - FOTO

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AQMƏVŞİB) Qurultayi keçirilib. Qurultay nümayəndələri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarına əklil, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə isə gül dəstəsi qoyularaq yad ediblər. Onlar Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsini yad edib, Əbədi Məşəl Abidəsinin önünə əklil qoyublar.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirir ki, qurultayın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımız uğrunda şəhid olmuş insanların xatirəsi sükutla yad edilib.

Qurultayda ictimai birliyin sədri Mehdi Mehdiyev çıxış edərək qonaqları və qurultay iştirakçılarını salamlayıb, Avropa Parlamentinin prezidenti Martin Şultsu Azərbaycan Dövlətinə qarşı qərəzli mövqeyindən və Azərbaycan Prezidentinin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" sərəncam və fərmanlardan geniş məlumat verib.

Qurultay nümayəndələri çıxışlar etdikdən sonra Avropa Parlamentinin prezidenti Martin Şultsu 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı bəyanat və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunub.

Avropa Parlamentinin prezidenti Martin Şultsu 2014-cü il noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin bəyanatında deyilir:

- Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da AvropaParlamentinin plenar iclasındakı çıxışına kəskin etirazını bildirərək, bunu yenidənDövlətimizin daxili işlərinə qarışması kimi qəbul edirik. Avropa Parlamentinin prezidenti Martin Şults, coğrafi mövqeyinə görə Avropanı təşkil edən ölkələrdə cərəyan edən hadisələrə hüquqi cəhətdən reallığı əks elətdirən münasibət göstərmək əvəzinə, Azərbaycan barədə hər zaman olduğu kimi bu dəfə də həqiqətə tam zidd olan özünəməxsus çıxışı ilə yadda qaldı.

Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults, çıxışı zamanı "ictimai" fəaliyyət ilə məşğul olan Leyla Yunusovanın həbsinə münasibət bildirərkən, onun günahsız olması və hətta hüquqlarının pozulması barədə fikir formalaşdırmağa başlamışdır. Vətənə xəyanətdə ittiham olunan fərdlərin söz və fikir azadlığının pozulmasını bəhanə edərək, onların müdafiəsinə qalxmaqla Avropa İttifaqı kimi güclü qurumun bu sahədə siyasi mövqeyi sual altına düşmüş olur. Martin Şults çıxışlarında bir dəfə də olsun Ermənistandan deportasiya edilmiş minlərlə azərbaycanlının hüquqlarının tapdalanması və bu ədalətsiz müharibə nəticəsində şəhid və əlil olmuş on minlərlə insanın taleyinə diqqət çəkməyərək, bu faciədən belə bəhs etməmişdir.

Dini etiqadına görə məhz müsəlman olduqları üçün, bu insanların taleyi on illər ərzində Martin Şultsu və onun kimiləri narahat etməmiş və belə çıxır ki, etməyəcəkdə. Bu çıxışların təhlili nəticə olaraq, düşünməyə əsasən verir ki, Leyla Yunusova və onun kimiləri müdafiə etməklə cənab Martin Şultsu daha çox Azərbaycanın böyük çətinliklərlə əldə etdiyi müvəffəqiyyətlər yox, sadəcə bu xalqı demokratik və hüquqi prinsiplərdən yad bir xalq kimi təqdim etmək mərəzi daha çox maraqlandırır.

Fikrimizcə, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir. Biz Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qurultay nümayəndələri, təşkilatın 57,000 (əlli yeddi min) üzvi adından, M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri obyektiv fikirləri birmənalı şəkildə rədd edir, bunu xalqımıza və Şəhidlərimizin ruhuna təhqir hesab edirik və Avropa ictimaiyyətinin ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə çağırırıq.

Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, İlham Əliyevə müraciət qəbul olunub.

- Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri içtimai birliyinin Qurultay iştirakçıları Sizi dərin rəğbət və səmimiyyətlə salamlayır, Vətənimizin işğal altında olan ərazilərinin azad edilməsi, müstəqil Azərbaycanımızın inkişafı, qüdrətinin daha da artırılması yolunda məqsədyönlü, davamlı, gərgin və şərəfli işinizdə uğurlar arzulayırıq. Siz dövlətimizin iqtisadi və müdafiə qüdrətinin artırılması naminə mühüm işlər həyata keçirirsiniz və Vətənimiz Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlamasına nail olursunuz. Respublikamızın bütün sahələrdə inkişaf etdirməklə yanaşı, Şəhid ailələrinin, müharibənin od-alovundan keçmiş əlil və veteranların sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlamağınız, onlara göstərdiyiniz qayğı bizləri hər zaman sevindirir.

Biz, ictimai birliyin Qurultay nümayəndələri, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində apardığınız məqsədyönlü siyasətinizi tam dəstəkləyir və Sizin rəhbərliyiniz altında işğal olunmuş ərazilərimizin tezliklə azad olunacağına əminliyimizi bildiririk. Son zamanlar "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" imzaladığınız sərəncam və Fərmanlar bəzi təşkilat nümayəndələrinin qıcıqlanmasına səbəb olsa da, biz, bunların şəffaflıq və aşkarlıq prinsiplərinin tam bərqərar olmasına, sui-istifadə hallarına yol verilməməsinə və milli təhlükəsizliyə ehtimal edilən təhdidlərin qarşısının alınmasına yönələn tədbir olduğunu anlayır və atdığınız bu addımı yüksək qiymətləndirməyimizi bəyan edirik. Artıq bəzi təşkilatlar və onların xaricdən olan himayədarları dərk etməlidirlər ki, onların həyata keçirmək istədiyi anti-Azərbaycan siyasəti Azərbaycan Respublikasında heç bir zaman baş tutmayacaqdır.

Cənab Ali Baş Komandan! Biz, ictimai birliyin Qurultay iştirakçıları, əsgəriniz olaraq bütün işlərinizdə hər zaman Sizə dəstək olduğumuzu bir daha bildirərək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Veteranlar qurultay keçirdi - FOTOVeteranlar qurultay keçirdi - FOTOVeteranlar qurultay keçirdi - FOTOVeteranlar qurultay keçirdi - FOTOVeteranlar qurultay keçirdi - FOTOVeteranlar qurultay keçirdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 09 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 224
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344