Ailədaxili şiddət və uşaqlar

Ailədaxili şiddət və uşaqlarBu dəfə ailədaxili siddətin uşaqların psixologiyasına nə kimi təsir etdiyindən söhbət açmaq istəyirəm.

Diqqət etsək, bu gün bir çox ailələrdə şiddətə rast gəlmək olur. Çox təəccüblü olsa da, bəzən bu kimi şeylərə normal hal kimi yanaşanlar da olur. "Bizimlə də uşaqlıq illərimizdə belə davranıblar", - deyib özlərini müdafiə etməyə çalışırlar. Bəli, əlbəttə ki, hər bir insan öz yaşadığı həyatını, keçmişini şuüraltı bugünki həyatına köçürür.

Amma bu o demək deyil ki, valideyn uşaqlıqda şiddətə məruz qalıbsa, bunu öz uşağına köçürməlidir. Bir valideyin öz uşağını şəxsiyyət olaraq görmək istəyirsə, ona bir fərd kimi yanaşması daha doğru olar. Bəli, bu gün valideyn uşağın hansısa bir səhvinə görə şiddət göstərə bilər, amma baxaq, görək sabah həmən uşaq özü-özünü fərd kimi görəcəkmi? Eynən yuxarda qeyd etdiyim kimi yaşadığı həyatı öz ailəsinə, uşaqlarına köcürmə ehtimalı daha çoxdur, nəinki bacarıqlə, anlayışlı ailəni idarə edən bir insan.

Hər bir valideyn qarşısında uğurlu, bacarıqlı bir bir övlad görmək istəyir. Ancaq şiddət görən uşaqlar özgüvənsiz böyüyürlər. Və təbii ki, gələcəkdə cəmiyyətdə özlərini doğrulda bilməyəcəklər. Bir valideyn ki, özü öz əlləri ilə uşağının özgüvənini və yaxud fərd olaraq özünə hörmətini öldürürsə, burda hansı uğurdan söhbət gedə bilər? Özgüvənsiz bir uşağın gələcəkə hər hansı məqsədlərə catmağa motivasiyası belə olmaz.

Məhz elə şiddətin nəticəsində uşaqlar həyatda "zəif bənd" olar! Valideyn ilk öncə öz uşağını yaxşı tanımalıdır. Onu hiss etməlidir. Təbii ki, valideyn uşağın səhvini anlatmalıdır. Amma tənqid formasında deyil. Cünki tənqid ev quşları kimidir, insın özünə qayıdar. Biz kölə deyil, şəxsiyyət formalaşdırıb cəmiyyətə sağlam ruhda böyüyən bir övlad böyutməliyik. Qorxu hissi ilə böyüyən uşaqların qorxuları onların həyatında bir ömür öz izini buraxır.

Şiddət uşaqlara heç nə vermır, əksinə, onların gələcəkdə həyata, insanlara olan güvənini əllərindən alır. Şiddət deyərkənan tək uşağın aşağılanmasını və yaxud döyülməsini nəzərdə tutmuram. Gözü önündə ata uşağın anasını döyməsinə də şiddət deyilir. Bir uşaq bu kimi mənzərənın şahidi olarsa, bu, birmənalı olaraq uşağın şəxsiyyətinin əzilməsidir. Nəticədə ata və uşaq arasında emosional bağın qırılmasına səbəb olur.

Şiddətə məruz qalan uşaqlarda gələcəkdə ünsiyyət problemi, özünə qapanma, inamsızlıq, qorxu, ailə qurma qorxusu kimi problemlər özunü göstərir. Uşaqlar şiddəti unutmurlar! Əziz valideynlər, sadəcə uşaqlarınızı dinləməyi bacarın. Hətta ən adi uğurlarına görə də onları tərifləyin, bu vaxt öz etiraflarınızda səmimi, təriflərinizdə səxavətlu olun. Uşaqlardan sevginizi əsirgəməyin. Və onda siz əsl özgüvənli, şəxsiyyətli övlad qazanmış olarsınız. Adam haqda yaxşı rəy söyləyin ki, o, buna uyğun şəkildə yaşasın. Uşaqlar Sizə Allah tərəfindən verilən ən gözəl paydı və bir sınaqdır. Onları sadəcə sevın.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1131   Tarix: 30 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər. Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar. Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-ni

20.04.2024 298
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 405
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 488
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 398
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 254
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 384
.

Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

Bir çox mütəxəssis yaz aylarında eynəkdən istifadə etməyi məsləhət görürlər. BİG.AZ -a istinadən bildirir ki, yazda günəş işığı gözlərə daha çox zərər verir. Günəş eynəkləri gözlərinizi zərərli ultrabənövşəyi şüalardan qorumaqda əsas rol oynayır. Yaz aylarında, xüsusilə parlaq günəşli günlərdə ultrabənövşəy

20.04.2024 295
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 481
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 659