Azərbaycanda Ana böyrəyini altı yaşlı oğluna bağışladı

Azərbaycanda Ana böyrəyini altı yaşlı oğluna bağışladıYaşı 6, çəkisi 8 kiloqram olan uşağa böyrək köçürülüb.

BiG.AZ AzNews.az-a istinadən xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kaziminin verdiyi məlumata görə, altı yaşlı 8 kiloqramlıq xəstə Sadiq Abdulxaliqov uzun müddət xroniki böyrək çatışmazlığından və inkişaf geriliyindən əziyyət çəkib. Xəstə bir neçə dəfə xarici ölkələrdə müayinə olunub. M.Kazıminin dediyinə görə, Mərkəzi Neftçilər xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyasi şöbəsinə müraciət etdikdən sonra azyaşlıya böyrək köçürülməsi məsləhət görülüb:

"Şöbənin həkimləri tərəfindən konsiliumdan və uyğunluq analizlərindən sonra xəstəyə anasından böyrək köçürülməsi qərara alınıb. Bu əməliyyatda standart böyrək köçürülməsi proseduru icra edilmədi. Uşaq inkişafdan çox geri qaldığı üçün xəstənin anasından alınan böyrəyin ölçüləri və eyni zamanda iki kiçik mənfəzli arteriya damarı mövcud idi. Buna görə də anasının böyrəyi Sadiqin qarın boşluğuna yerləşdirildi. Kiçik damarlar isə mikrocərrahiyyə ilə tikildi. Əməliyyat uğurla başa şatdı. Bu çəkidə nadir icra olunan böyrək transplantasiyası əməliyyatı Respublikamızda ilk dəfə idi ki, həyata keçirildi".

Donor əməliyyatıni icra edən həkim cərrah Eldar Əhmədov qeyd etdi ki, bu əməliyyatı, yəni orqanın alınması hal hazırda dünyanin inkşaf etmiş mərkəzlərində olduğu kimi laparoskopik, yəni qapalı üsulla həyata keçirildi. Bu üsul əməliyyatdan sonraki müddətdə donorda ağrıların olmamasına, yaranın kiçik və estetik olmasına, eləcə də 2-3 günə donorun xəstəxanadan çıxıb evinə qayıtmasına zəmin yaradacaq.

Nefroloq-həkim tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov bu tip, yəni inkişafdan geri qalan və çəkisi çox az olan xəstələrin əməliyyatdan sonraki periodlarının spesifikliyinə diqqət çəkdi. O, qeyd etdi ki, bu xəstələrə əməliyyatdan sonrakı dövrdə orqanın rədd olunmaması ilə mübarizədən əlavə inkişafdan geri qalan orqanizmi də bərpa etmək lazımdır:

"Bu çox mürəkkəb və peşəkarlıq istəyən məqamdır. Bir yandan immunsupressiv dərmanların dozasini, digər tərfdən isə orqanizmi sürətlə inkişafını bərpa etməlisiniz. Yəni metobolizma və dieta ilə də ciddi məşğul olmaq lazım olacaq. Sevinirik ki, bizim körpəyə də faydamız dəydi, onu da əməliyyat edib həyata qaytara bildik".

Tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi onu da qeyd etdi ki, aparılan bu əməliyyat təmənnasız olaraq icra edilib. axsam


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1355   Tarix: 26 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914