Hamiləlik dövründə bunlara diqqət edin

Hamiləlik dövründə bunlara diqqət edin"6 aylıq hamiləyəm. Çox əsəbi, stresli oluram. Çox yeyirəm. Qorxuram ki, bu, gələcəkdə uşağa çox pis təsir etsin. Necə bəslənmək lazım olduğunu bilmirəm. Konservləşdirilmiş məhsullardan istifadə edirəm. Bunun gələcəkdə hansı fəsadlar yaradacığından narahatam".

Bəziləri bu müddəti ağır, bəziləri isə sağlam həyat tərzinə üstünlük verməklə çox yaxşı keçirir. Hamiləlik dövründə sağlam qidalanmaq vacib şərtlərdən biridir. Çünki bu proses sağlam həyat tərzinə uyğun keçməzsə, hamiləlik sonrası ana və körpənin səhhətində ciddi problemlər yaranır.

Ginekoloq Məhəmməd Qəmbərov deyib ki, qadınlar hamilə olduğunu öyrəndiyi zaman mütləq həkimə müraciət etməlidir. İlk müayinə zamanı əlavə xəstəliklərinin olub-olmadığı, bədən quruluşu, çəkisi, daha əvvəlki doğum, abort sayı araşdırılmalıdır. Hamiləliyin sonuna kimi 8-10 dəfə müayinədən keçməlidir:

"Hamiləlik vaxtı ən önəmli baxılacaq parametrlərdən biri də hamiləlikdə ikili test, üçlü testlərdir. İkili test 11-14-cü həftələr arasında baxılan bir testdir. Bu testin məqsədi uşaqda ola biləcək genetik xəstəliklərin, xüsusilə daun sindromunun olub olmadığını araşdırmaqdır. İkinci trimestrin başlanğıcında yəni, 15-19-cu həftələrdə 3-lü, 4-lü testlər də genetik xəstəlikləri aşkar etmək üçün edilir. Digər tərəfdən hamiləliyin 20-24-cü həftəsində uşağın anomaliya ilə bağlı ultrasəs müayinəsindən keçirilməsi uyğun görülür.

Həkim deyir ki, hamiləlikdə önəmli olan parametrlərdən biri də çəkinin artmasıdır. Bədənin kütlə indeksi normaldırsa, hamiləliyin sonuna qədər 12-15 kq çəki almaq normal hesab edilir. Bundan daha çox olarsa, mütləq şəkəri ölçülməlidir: "Hamilə ilk 20 həftəyə qədər 4-5 kq, sonlarına doğru isə 8-9 kq ala bilər. Əgər bədən kütlə indeksi çox yüksəkdirsə, bəzən 7-8 kq almağı kifayət edir. Artıq çəki varsa, bu xəstələrdə əvvəlcə şəkərli diabeti araşdırmaq və daha çox çəki almamağına diqqət etmək lazımdır. Bu təbii ki, bədən kütlə indeksinə görə qərar verilir. Əgər bədən kütlə indeksi köklük həddindən çoxdursa, hamiləliyin sonuna qədər bu xəstələrin 7-8 kilo qədər almağı belə yetərlidir".

Hamiləlik dövründə qidalanma hansı şəkildə olmalıdır, nələr yeyilməlidir? Dietoloq Leyla Zülfüqarova deyir ki, hamilə qadınların düzgün bəslənmə proqramı olmalıdır: "Bu müddətdə müəyyən növ qidalardan uzaq durulmalıdır. Bunlar nədir? Qabalaşdırılmış market qidaları, çox qatqıları olan konservantlarla zəngin qidalar, yəni ketçuplar, mayonezlər, hətta çox qatqıları olmuş yoqurtlardan mütləq uzaq durulmalıdır. Ağ undan ibarət bütün növ bişmələr, kartof məmulatından çox az istifadə etməlidirlər və şirniyyat növlərindən uzaq durulmalıdırlar".

Onun sözlərinə görə, hamiləlik dövründə canavar "aclığı sindiromu" adlı hal yaranır ki, qadınlar nə qədər yesələr də doymadıqlarını düşünürlər. Buna görə hamilə qadınlar daha çox təbii qidalar əvəzinə qablaşdırılmış məhsullardan istifadə edirlər. Bu isə ağır fəsadlara yol açır: "Bu boşluğu nə doldurmalıdır? Süd və süd məhsulları çox bol istifadə olunmalıdır. Süd qatıq kəsmik kefir və ayran bol-bol istifadə edilməlidir. Balıq məhsulları da çox aktualdır. Balığın sobada bişirilməsi, suda bişirilərək çox da duzlu olmayan şəkildə yeyilməsi məqsədəuyğundur. Duzlu qidalardan uzaq durulmalıdır. Çox şirniyyatın qəbul edilməsi diabetə yol aça bilir. Çovdar unundan və hansısa meyvənin suyu ilə bişirilmiş şirniyyat məsləhət görürük. əlavə oluna bilər".

Psixoloq Təhminə Çələbi isə deyir ki, qadınlar hamiləlik prosesinə həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalıdır. Tam hazır olduqda hamiləlik qərarı verməlidirlər. Ana olmağa hazırlaşan qadınlar bilməlidir ki, hamiləlik dövrü və sonrası onların həyatı əvvəlki kimi olmayacaq: "Bunun məsuliyyətini dərk etməlidirlər. Yuxusuz gecələr, yorğunluq olacaq. Əvvəlki həyatından fərqli olacaq stress olacaq. Bunlar hamısı normaldır. Tədricən analıq instinkti yaranır. Adaptasiya bəzilərində gec bəzilərində isə tez ola bilir. Bu zaman ərzində onlara kömək edəcək insanların olması yaxşı olar".

Psixoloqun sözlərinə görə, hamiləlik vaxtı qadınlarda stress yaradan amillərdən biri artıq çəkidir: "Qadınlar 9 ayı özlərinə bayram elan edir və istədikləri hər şeyi yeyirlər. Daha sonra artıq çəki onların görünüşlərində problem yaradır. Xarici görünüş ilə bağlı komplekslər əmələ gəlir. Özünün bəyənməmək, natamamlıq kompleksi isteriyaya, əsəb gərginliyinə gətirib çıxarır".

Təhminə Çələbi bildirib ki, hamiləlik prosesində qadın stressdən uzaq və tamamilə rahat bir şəraitdə olmalıdır. Əks təqdirdə həm özünün, həm də uşağın psixologiyasına mənfi təsir göstərə bilər.

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6018   Tarix: 10 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201