Bir gecə operatorla çöldə yatdım

Bir gecə operatorla çöldə yatdım"Sadəcə həyatımı dəyişdim".

- Gündəlik qida rasionunuz nədən ibarətdir?

- Daha çox tərəvəzdən hazırlanan yeməklər yeyirəm. Və təbii ki, hər tərəvəzi zamanında yeməyə üstünlük verirəm.

- Siz bir neçə il əvvəl Somaliyə səfər etmişdiniz. Orda nə yeyirdiniz?

- Mən tək Somalidə yox, Ruandada, Sudanda və Keniyada olmuşam. Hətta Qəndəharda operatorla birgə, çöldə yatmışam. Əfqanıstanda iki gün quru peçenye yemişik. Mən bir gün ac da qala bilərəm. Yeməyə qarşı xüsusi tələbatım yoxdur. Ac olsan, quru çörək belə yeyə bilərəm. Ona görə də, dünyanın heç yerində yeməklə bağlı problemim olmur.

-Toylara münasibətiniz necədir?

- Çox pis. Biz bu gün toylarda israfçılığın son həddini edirik. Hər birimiz ağıllı və məntiqli şəkildə bilirik ki, maksimum 3 növ yemək yeyə bilərik. Amma neçə cür yemək veririk məclislərimizdə? Bugünkü toylar insanların cibini soyur. Vətəndaşımız 400-700 manat arası maaş alır, amma toya 50 manat pul atanda utanır. Toyda bir nəfər heç 30 manatlıqda yemək yemir. Burda toy edən də uduzur, toya gedən də. Yalnız şadlıq evinin sahibi bir nəfər üçün 10 manat pul xərcləyir və əvəzini 10 qat artıq götürür. Buna qarşı çıxmaq üçün inzibati yoldan əlavə, düşüncəmizi də dəyişmək lazımdır. Biz övladımızın toyunda yarışa girmişik. Bir insan övladının toyunda 3 növ yemək versə nə olar? Min cür salatları o toydan bu toya saxlayıb vətəndaşa verməyin nə adı var? Di gəl toy biznesi buna icazə vermir. Çünki bu qədər gəlirin əllərindən çıxmağını istəmirlər. Çox təəssüf ki, biz onların qurbanına çevrilmişik. Bu gün sorğu aparsaq görərik ki, 10 adamdan 8-i toylardan əziyyət çəkir. Mən toyda yarım saatdan artıq oturmuram. Çünki toyda söhbət edə bilmirəm. Toy zövq aldığımız bir yer olmalıdır.

-Siz dieta ilə xeyli çəki atdınız. Öncə nədən imtina etdiniz?

- Sadəcə həyatımı dəyişdim. Uşaqlıqdan gəncliyimə qədər çox arıq idim və idmanla məşğul olurdum. Böyük tennis və həndbolla məşğul idim. Həyatımın bir dövründə idmanla məşğul ola bilmədim və çəkim artdı. Səhərlər işə tələsdiyimdən yemək yemirdim, günorta yemirdim, axşamlar çox ac olurdum və xeyli yemək yeyirdim. Bu rejim məni kökəltdi. Film çəkilişləri ilə bağlı Amerikada bir müddət qalanda "fast fodd"la qidalandım. Çəkim getdikcə artdı və mən yeməkdən imtina etmək istədim. Bu mənə çox mənfi təsir elədi. Yemək yemədən dieta saxlayan gənc qızlara demək istəyirəm ki, bu fikirdən uzaq olsunlar. Dietanın ən yaxşı yolu idman və düzgün qidalanmadır.

Mən dieta saxlayan zaman axşam yeməyindən ağır yeməkləri çıxartdım və öz çəkimi normal hala saldım.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2188   Tarix: 04 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495