Əbu Musa əl-Əşari kimdir?

Əbu Musa əl-Əşari kimdir?Mənbə: http://zikr.az

Əbu Musa Abdullah ibn Qeys ibn Suleym əl-Əşari ət-Təmimi Peyğəmbərin səhabəsidir. O, İslam dinini Məkkədə qəbul etmişdir, sonra Həbəşistana hicrət etmiş və nəhayət, Xeybərin fəthindən üç gün sonra Peyğəmbərin yanına gəlmişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu Muaz ibn Cəbəl ilə birgə insanları İslama dəvət etmək üçün Yəmənə göndərmişdir. Ömərin xilafəti dövründə Bəsrənin, Osmanın dövründə isə Kufənin valisi olmuşdur. Əbu Musa hicrətin 42-ci ilində vəfat etmişdir. Əbu Musanın fəzilətinə dair neçə-neçə hədislər rəvayət edilmişdir. Ənəs ibn Malik rəvayət edir ki, bir dəfə Peyğəmbər bizə: "Tezliklə sizin yanınıza elə adamlar gələcək ki, onlar İslam üçün (can yandıran) sizdən daha incə qəlbli insanlardır." Nəhayət, əşarilər bizim yanımıza gəldilər. Əbu Musa əl-Əşari də onların arasında idi. Onlar Mədinəyə yaxınlaşdıqları zaman bu sözləri deməyə başladılar: "Sabah biz çox sevdiyimiz insanlara: Muhəmmədə və onun səhabələrinə qovuşacağıq...." (Musnəd İmam Əhməd, 3/223).
Digər bir hədisdə Peyğəmbər ona belə demişdir: "Ey Əbu Musa, sənə Davudun məlahətli səsi kimi məlahətli bir səs bəxş edilmişdir!" (Səhih əl-Buxari, 5048).
Başqa bir hədisdə rəvayət edilir ki, Əbu Musa demişdir: "Peyğəmbər Huneyn döyüşünü başa çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun göndərdi. Əbu Amir orada Dureyd ibn Simmə ilə qarşı-qarşıya gəldi. Bu döyüş­də Dureyd öldürüldü və Allah onun tərəfdarlarını məğlub etdi. Pey­ğəmbər məni də Əbu Amirlə birgə göndərmişdi. Döyüşdə Cuşəmi deyi­lən birisi ox­la Əbu Amiri dizindən yaraladı və ox onun dizində ilişib qaldı. Mən onun yanına gəlib dedim: "Əmi, kim vurdu səni?"
O mənə həmin ada­mı göstərib dedi: "Budur məni vuran qatil." Mən onun üstünə cumub ona çatdım. O mə­­ni görəndə dönüb qaçmağa başladı. Mən də onun dalınca qaçdım və ona de­­dim: "Utanmırsanmı? Cürətin çatmır dayanasan?" Bunu eşidəndə o da­yan­dı, biz qılıncla biri-birimizə zərbə endirdik və mən onu öl­dürdüm.
Son­ra gəlib Əbu Amirə dedim: "Allah sənin düşmənini öldür­dü."
O dedi: "Bu oxu dart çıxsın." Mən oxu dartıb çıxartdıqda yaradan qanlı çirk axdı.
O de­di: "Qardaş oğlu, mənim salamımı Peyğəmbərə çatdı­rarsan və deyərsən ki, mənim üçün ba­ğışlanma diləsin." Sonra Əbu Amir məni camaata başçı tə­yin etdi və az müd­dət keçdikdən sonra vəfat etdi. Mən geri qayıtdıq­da gə­lib Pey­ğəm­bərin evinə daxil oldum. Peyğəmbər üstü xur­ma liflərindən toxunmuş və üstünə nazik örtük sərilmiş bir çarpayıda uzanmışdı. İplər onun kürəyində və böy­ründə iz buraxmışdı. Mən həm bizim, həm də Əbu Amirin başına gələnləri ona danışdım.
Dedim: "Ya Rəsulul­lah, Əbu Amir de­di: "Pey­ğəmbərə deyərsən, mənim üçün bağışlanma diləsin." Onda Pey­­ğəmbər su gətizdirib dəstəmaz aldı, sonra əllərini göyə qaldırıb dedi: "Allahım, qulun Əbu Amiri bağışla!" Peyğəmbər əllərini elə qaldırdı ki, hətta mən onun qoltuğunun ağlığını gördüm. O davam edib dedi: "Alla­hım, Qiyamət günü onu yaratdığın insanların bir çoxundan üstün et!"
Mən dedim: "Ya Rəsulul­lah, mənim üçün də bağışlanma dilə."
Pey­ğəmbər dua edib dedi: "Allahım, Abdullah ibn Qeysin günahlarını bağışla və Qi­ya­mət günü onu olduqca şərəfli bir məqama çatdır!" (əl-Buxari, 4323).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2004   Tarix: 02 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822