Cənnət əhlinin vəsfi

Cənnət əhlinin vəsfiMənbə: http://zikr.az

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Cənnət əhli bədənləri və üzləri tüksüz, gözləri sürməli, otuz üç yaşında Cənnətə daxil olacaqlar". (ət-Tirmizi, 2545).

Peyğəmbər demişdir: "(Cənnət əhli Cənnətə girdikdə) bir çarçı belə car çəkə­cəkdir: "Siz sağlam olub, heç vaxt xəstələnməyəcəksiniz. Siz yaşa­yıb, heç vaxt ölməyəcəksiniz. Siz gənc qalıb, heç vaxt qocalmaya­caqsı­nız. Siz nemət içində olub, heç vaxt kədərlənməyəcəksiniz". Bu haq­da Uca Allah belə buyurur: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" (əl-Əraf, 43)". (Muslim, 7336).

Allah Elçisi de­miş­dir: "Cənnətə girəcək ilk zümrədə olan kimsələrin siması on dörd gecəlik ay kimi (gözəl və parlaq) olacaq. Cənnətdə onlar nə tüpürəcək, nə xəstələnəcək, nə burunlarından selik ifraz edəcək, nə də təbii ehti­yac­larını rəf edəcəklər. İşlətdikləri qabları qızıldan, da­raq­la­rı isə həm qızıldan, həm də gümüşdən olacaq. Buxurdanlarında ud yan­dırılacaq. Onla­rın tərindən müşk qoxusu gələcək. Onlardan hər birinin iki zöv­cəsi olacaq. Bu qızlar elə gözəl və elə zərif olacaqlar ki, dərilərinin al­tın­dan ayaq sümüyünün iliyi görünəcək. Cənnət əhli arasında nə bir ix­ti­laf, nə də kin-küdurət olacaq. Özləri də canbir qəlb olacaqlar. Onlar səhər-ax­şam Allahın şəninə təriflər deyəcəklər". əl-Buxari, 3245).
Buxur - yandırıldıqda ətir saçan qatran, ağac qabığı və s. deyilir. Buxurdan isə içində buxur yandırılan kiçik qabdır. Ud - vətəni Hindistan sayılan, yandırılanda xoş iy verən ağacdır. Təbii ki, Cənnət udu bizim bildiyimiz uddan fərqli olacaq.

Həmçinin demişdir: "Cənnətə girəcək ilk zümrədəkilərin simaları on dörd gecəlik ay kimi (parlaq) olacaqdır. İkinci zümrədəkilərin rəngi isə səmadakı parlaq ulduzun rəngindən daha gözəl olacaq. Onlardan hər kişinin hurilərdən olan iki zövcəsi olacaq. Hər bir zövcənin üzərində yetmiş libas olacaq. Onların baldırının iliyi ətlərindən, paltarları isə ağ şüşədə olan qırmızı şərab göründüyü kimi görünəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2559   Tarix: 11 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594