Yaşar heç vaxt mənə eşq etirafı etməyib amma

Yaşar heç vaxt mənə eşq etirafı etməyib ammaXalq artisti Firəngiz Mütəllimova həmkarı Yaşar Nurini yad edib.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, ölümündən sonra ilk dəfə onun məzarını ziyarət edən aktrisa "Onlar"a açıqlama verib. Göz yaşlarını saxlaya bilməyən F.Mütəllimova hələ də dostunun ölümünə inanmadığını deyib:

"Yaşarın ən çox sevdiyi mahnı "Kimlər gəldi, kimlər getdi bu dünyadan" idi. Həkimlər icazə vermirdi onun məzarını ziyarət edim. Amma getməyəndə daha da narahat oluram. Hər gün, hər an ürəyimdə onunla danışıram. Yaşarın yanında sənət, həyat, dünya məktəbi keçmişəm. Ondan öyrəndim ki, ölümdən qorxmaq olmaz. Bir gün sənin gəlişin insanları sevindirirsə, bir gün də kədərləndirəcək. Mənim üçün Yaşar hələ də yaşayır".

Həyatının ən böyük sirrini Yaşar Nuri ilə bölüşdüyünü deyən Firəngiz Mütəllimova sevgili olmaları ilə bağlı söz-söhbətlərə də son qoyub:

"Yaşasaydı söyləyərdim, "Yaşar, bilmədin sən gedəndən sonra başıma nələr gəldi". O qədər deyiblər ki, Yaşar komadadır, ölüb. Bir az sonra isə zəng ediblər ki, Yaşar sizinlə danışmaq istəyir. Mən hələ də o "alo"nu gözləyirəm. Əsəbi olanda məni görən kimi dəyişirdi. Münasibət o dərəcədə real, səmimi idi ki, insanlar bizi cüt görmək istəyirdi. Dünyasını dəyişməzdən 5 il əvvəl Moskvaya getmişdik. Hava limanında bizi görən bir qadın dedi ki, "şükür sənə, ay Allah, bunlar evləndi".

Aramızda sevgi yox idi. Heç vaxt mənə eşq etirafı etməyib, amma bilirdim ki, məni çox istəyir. Bircə Yaşar bilirdi həyatımda kim var idi. Həmin şəxs sadə, səmimi biri idi. Qastrola gedəndə məni Yaşara tapşırırdı. Yaşarın da həyat yoldaşı onu mənə tapşırırdı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2343   Tarix: 10 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476