Bu kişi işidir deməyin - VİDEO
Qapısınnan girər girməz onu iş başında gördük. Havanın istisinə, işin ağırlığına rəğmən Xanım müəllimə özünə ev tikməyə davam edirdi.
O idman müəlliməsidir. Zaqatalada, Əliabad qəsəbəsində 3 saylı məktəbdə bədən tərbiyəsi dərsi deyir. Bəlkə də çoxları bilmir ki, Xanım müəllimə həm də özü-özünə ev tikir. Həm də tək başına, heç kimin köməyi olmadan.
Xanım müəllimə də bir gün kəşf edib ki, o özünə ev tikə bilər. Həm də heç kimin köməyi olmadan. Artıq böyük hissəsi hazır olan evdə hər mismarı özü vurub, hər kərpici özü hörüb.
Bu da bir qadın iradəsinin nəticəsi. Onun sayəsində qəsəbədə yavaş-yavaş da olsa yaraşıqlı bir ev ucalır.
''Bu kişi işidir'' deyənlər əmin olsunlar ki, istənilən çətin işi hər kəs görə bilər. Yetər ki, istək, əzmkarlıq, fədakarlıq və cəsarət olsun.
xezerxeber
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş