Sevgililər günü üçün hədiyyə seçimi

Sevgililər günü üçün hədiyyə seçimiSevgiliyə hədiyyə almaq işi həqiqətən çox çətindir. Bilirəm aşiqsiniz sevirsiniz amma bunu alacağınız hədiyyəylədə bildirməniz lazımdır. Elə bir hədiyyə almalısınız ki sevgiliniz mest olmalı, sizə təkrar aşiq olmalı və sizin ona nə qədər aşiq olduğunuzu çox yaxşı anlamalıdır. Hədiyyə olaraq baxınca həqiqətən sadə bir şey gəlir. Amma bu 3 xüsusiyyəti daşıyan bir hədiyyə tapmaq olduqca çətin kimi görünür. Bir insan çox sevdiyi birinə hədiyyə seçərkən həqiqətən normaldan çox çətinlik çəkir. Sevgilinizə hədiyyə alarkənmənim tövsiyəmdən bir az yaradıcılığınızdan istifadə edin. Yaradıcılıqla sevgilinizə xüsusi bir hədiyyə ala bilər sevgilinizin bunu ömürü boyunca unutmamasını təmin edə bilərsiniz.Mən sizə bir neçə fikir verəcəyəm amma yenə də sizin şəxsi idealarınız sevgilinizə dahada təsir edəcək.

Fikir 1:
Şüşədəki Mesaj adlı o çox romantik filmi xatırlayırsınız deyilmi? Sizə bir şey xatırladırmı bu? Bəli, eynilə elə, gedib gözəl bir şüşə tapırıq, beləcə eşqimizi bu şüşə ilə rəsmi olaraq elan etmiş oluruq. Hər hansı biri işimizi görər, amma rəngli və kiçik olsun. Şüşənin etiket qisiminə sevgilinizlə birlikdə çəkdirmiş olduğunuz, əgər yoxsa yalnız ona aid gözəl bir fotoşəkili suyla bir az köhnəldərək yapışdırın, (nə də olsa dənizdə tapılmış bir şüşədir bu), içinə də bir az qum, qırmızıya rəngləyəcəyiniz kiçik daşlar, kiçik bir gül və ona olan eşqinizi izah edən şeirlərdən yazıb qoyun. şüşəni bağlayın və gözəlcə paketləyin. Tapa bilsəniz, şüşənin və şəkilin ətrafına yosun parçaları da yapışdıra bilərsiniz, çox qəşənq görsənər. Görəcəksiniz, sevgiliniz bu hədiyyəyə huşunu itirəcək. ( kağızın ucuna incə bir ip bağlayıb şüşədən çıxararsınız ,çıxarma mərhələsində problem yaşamasın xD.)

Fikir 2:
Ən gözəl sevgi mahnılarını dolduracağınız bir CD, sevgiliniz üçün son dərəcə xüsusi bir hədiyyə olacaq. Bunu CD dolduran dükanların birində yarım saat içində etdirə bilərsiniz. Əhəmiyyətli olan mahnıların seçilməsidir Bir də disk qapağını mütləq siz hazırlamalısınız. Çox asan olacaq bu, qalınca bir kağıza yenə o şirin şeirlərdən birini və ya sevdiyi mahnının sözlərini yazıb rəngli qələmlərlə bəzəyə bilər, qurudulmuş çiçəklər yapışdıra bilərsiniz. Bundan daha xüsusi bir albom varmı dünyada?

Fikir 3:

Dərhal kitab növü bol olan kitab evlərindən birinə gedin və uşaq kitablarının olduğu hissəyə keçin. Burada bir-birindən sevimli kitablar tapacaqsınız. Mütləq şəkilli və də əhvalatı eşqlə əlaqədar olanlarından (məsələn Sindirella, Yatan Gözəl vs) birini seçin və həyəcanla evinizə qayıdın. Etməniz lazım olan digər əhəmiyyətli şey, sevgilinizin şəkillərindən bir neçə dənə əldə etmək. Anası və ya ailəsindən hər hansı bir üzv bunun üçün sizə köməkçi ola bilər. Bu mümkün ola bilmirsə tək bir şəkil çək vəssəlam ) Kitabın qəhrəmanlarından birinə özünüzün, digərinə onun şəkillərini yapışdıracaqsınız (təbii ki yalnız üz qisimlərinə), və bu qədər. Ölçülərin birə-bir olması heç də şərt deyil, hətta ölçülərin bir az asimmetrik və uşaq tərəfindən olması, kitabınızı çox daha gözəl göstərəcək. Budur tamamilə sizə məxsus, şirin bir hədiyyə.

Fikir 4:
Sənətçi ruhlu və post-müasir bir iş üçün budur super bir təklif. Bunun üçün ehtiyacımız olan şey 5-6 səhifəlik bir qəzet və şəkillərin. Əlavə olaraq da rəngli qələmlər, boyalar, ürəkli şəkillər fərqli şəkillər filan; bunları siz təyin edəcəksiniz. Edəcəyiniz şey yalnız sizin eşqinizə xüsusi bir qəzet olacaq. Səhifələrə fotoşəkillərinizi yapışdırın və altlarına o fotoşəkillərlə əlaqədar xatirələrinizi (məsələn o gün nə qədər cazibədar (yaraşıqlı )olduğunu, nə qədər təsirləndiyinizi, nələr danışdığınızı, hətta onun fərq etmədiyi amma sizdən qaçmayan romantik detalları) yazın. Əgər hələ belə xatirələriniz yoxsa, tamamilə uydurma, xəyali xəbərlər, əhvalatlar yaza bilərsiniz. Hətta beləsi çox daha gülməli və əyləncəli olar. İstəsəniz yalnız üz şəkillərinizi kəsərək və qəzetdə olan şəkillərin üzərlərinə yapışdıraraq hədiyyənizi daha da maraqlı bir hala gətirə bilərsiniz. Qələmlər və ürək şəkilləriylə də bəzədikdən sonra qəzetinizi gözəlcə qatlayıb qablaşdırmadan, amma qalın, qırmızı bir lentle bağlayaraq sevgilinizə təqdim edə bilərsiniz. Bu vaxt tarix olaraq Sevgililər Gününün tarixini yazmağı unutmayın və bu bənzərsiz qəzetlə ona olan eşqinizi də beləcə elan etmiş olun. (Bu qəzetin dəyişdirməyəcəyiniz tək şeyi adı olsun, bu çox daha maraqlı görünəcək görünəcək)

Fikir 5:
İnsanın duyğularına xitab edən ilk beş şey nədir deyə soruşsaq, təbii ki beş duyğunuq deyərik. Alın sizə parlaq bir hədiyyə fikri daha. Bu dəfə işimiz qutumuza sevgilimizin beş duyğusuna xitab edəcək olan beş gözəl şey qoymaq. Necəmi? Belə ki; qoxu üçün kiçik bir ətir, dad üçün ürəkli bir şokolad, göz üçün qəşəng bir çərçivəyə qoyduğunuz bir fotoşəkiliniz, qulaq üçün gözəl bir eşq mahnısı və toxunma üçün bitki mənşəli bir masaj yağı seçin (ehtiraslı aşiqlərə ylang ylang yağı təklif edilir ümumiyyətlə). Hədiyyələrinizə kiçik etiketlər yapişdirib üzərlərinə bildiyiniz bəzi sevgi sözlərini və ya "eşqimizi daha gözəl hiss edə bilməyin üçün, eşqimizi daha yaxşı duya bilməyin üçün.." cümlələrini yazarsanız çox daha təsir edici və mənalı olacaq.

Fikir 6:
Unutmayın ki sevginin digər bir yolu da mədədən keçər. Ona görə həm mədəyə həm də ürəyə xitab edən bir təklifimiz var. Çin peçenyelərini bilərsiniz yəqin , içindən gələcəyinizlə əlaqədar hekayədən hissə cümlələri çıxar (fal saqqızı kimi). Ananızdan sizə bunlardan bir neçə dənə etməsini xahiş edə bilərsiniz. Sizin edəcəyiniz tək şey, içi boş olan peçenyelərin içinə, bişmədən əvvəl öz eşq cümlələrinizi yerləşdirməkdir. Bu cümlələr, məşhur sevgi sözləri və ya şeirlərdən götürmələr ola bilər. Amma ən gözəli, bütün cümlələr çıxdığında bir bütün meydana gətirməsidir. Beləcə həm sevgiliniz son parçaya qədər maraqla gözləyəcək, həm də parçaları mənalı bir bütün halına gətirmək üçün birlikdə çox əylənəcəksiniz. siz yalnız peçenyeləri qəşəng bir qutuya yerləşdirib qırmızı lentlə qablaşdırmağa laqeyd yanaşmayın.

Fikir 7:
Bu hədiyyə üçün bir müddət əlaqəniz olması lazımdır (heç olmasa bir neçə ay). Əvvəl bir qutu tapın (sadə bir ayaqqabı qutusu işinizi görər) və qırmızı bir kağızla örtün. Sonra sevgilinizlə paylaşdığınız hər detalı xatırlamağa çalışın. Məsələn birlikdə görüb çox bəyəndiyiniz bir filmin VCDsini (qalırsa filmin biletini qapağına yapışdıraraq), çox sevdiyiniz mahnının bir kopiyasını, bir-birinizə söylədiyiniz gülməli və sevimli cümlələri və ağılınızda qalan romantik xatirələrinizi yazdığınız bir məktubu, bəlkə getdiyiniz bir matçın biletini, sizə verdiyi çiçəyin qurudulmuş halını, hətta gözyaşlarınızı sildiyi kağız dəsmalı, birlikdə istifadə etdiyiniz və xatirəsi olan dərhal hər şeyi qutuya yerləşdirin, gözəlcə bağlayıb üzərinə yenə birlikdə çəkdirdiyiniz bir şəkilinizi yapışdırıb verin. Olduqca fərdi amma çox mənalı bir hədiyyə olacaq bu. (Hələ bu təcrübəyə sahib deyilsinizsə yəni yenisinizsə belə gələcək il istifadə etmək üçün vəsait yığmağa başlayın).

Fikir 8:
"Təpədən Dırnağa Aşiqim Sənə" cümləsini gerçəyə çevirməyə nə deyirsiniz? Əvvəlcə bu cümləni gözəl bir kağıza və ya karta yazıb hədiyyə qutunuzun üzərinə yapışdırın. Qutunun içinə gəldikdə; budur əsas əyləncə başlayır. ‘Təpədən dırnağa’ deyimini işarələyəcək bir çox şeyi qoya bilərsiniz qutuya, məqsəd sevgilinizi bədəninizin hər parçasıyla sevdiyinizi təmsil edəcək əşyalar olması. Sevgilinizin cinsiyyətini bilmədiyimiz üçün təsadüfi söyləmək lazım olsa, , diş fırçası, dodaq yumşaldıcısı, göz kirpik üçün tuşu, şəkilli bədən döymələri, əlcək, corab, sevimli iç paltarlar vs ..vs.. istədiyiniz qədər böyüdə bilərsiniz siyahını, gülməli və xatirəsi olan şeylər də əlavə edə bilərsiniz. Burada əhəmiyyətli olan, ona bəslədiyiniz sevginizdir. Bundan çox təsirlənəcəyinə və bunları hər istifadə etdiyində yalnız sizi düşünəcəyinə əmin ola bilərsiniz.

Fikir 9:
Romantiklər bura. Tanışınız, bildiyiniz bir satıcı varsa bu təklif tam sizə görə. Sevgiliniz üçün xüsusi bir üzük və ya boyunbağı etdirə bilərsiniz (kiçik bir şey olacağı üçün çox xərc çıxarmayacaq, ayrıca mütləq gümüşü seçin, qızılı deyil). Seçiminiz üzüksə, təklifimiz ikiniz üçün də etdirin. Hər iki üzükdə də yarım bir ürək olması son dərəcə mənalı olacaq. Yəni, "ikimiz bir bütünük" mesajı Gözəl bir yeməyin ardından hədiyyənizi verin və çıxan üzükləri birlikdə geyin. Çox romantikdir deyilmi? )) Eynisi boyunbağı ucu üçün də keçerlidir. Təbii kişilərin taxa biləcyi boyunbağı olması şərtiylə. Xüsusi olaraq etdirmə imkanınız yoxsa, sadə bir üzük və ya boyunbağı alıb arxasına adını və sevginizi izah edən qısa bir cümləni yazdıra bilərsiniz.

Fikir 10:

Bu təklifimiz isə sevgilinizin hobbiləri ilə bağlıdır. Əgər futbol həvəskarıdırsa gedib bir futbol topu almağınız və üzərinə zərli və rəngli qələmlərlə (tutduğu komandarənglərinə diqqət, durdux yerdə dava çıxmasın ) onu nə qədər sevdiyinizi izah edən cümlələr yazıb ürəklər və çiçəklərlə bəzəyirsiniz. Eyni şeyi tutduğu komanda formasıyla da edə bilərsiniz. Üstəlik artıq bir çox yerdə rəngli tişört nəşr edilir. Kürəyində sizin fotoşəkiliniz olan bir formanı geymək və matçları bu formayla izləmək ikinizin də çox xoşuna gələcək.

Sevgililər Günü ilə əlaqədar digər əhəmiyyətli bir detal da harada keçirəcəyiniz. Evdə baş-başa keçirilən bir gün çox daha kefli və romantik olacaq. Əgər belə bir şey planlayırsınızsa, ürəkli (və xahiş çiyələkli ) tortunuzu unutmayın, birlikdə olduğunuz bir şəkilinizi tortunuzun üzərinə nəşr etməniz super olar.

Digər bir təklif də baş-başa keçirəcəyiniz bu xüsusi gündə (ev olması şərt deyil, parkda və ya kafedə də olar) Eşq bilməcəsini oynamanız. Beləcə həm eşqinizi elan edib həm də əylənərək çox xüsusi bir Sevgililər Günü keçirə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 11045   Tarix: 14 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti