Planeti xeyir qoruyacaq

Planeti xeyir qoruyacaqBu gün ölkənin birinci xanımı Mehriban Əliyevanın ad günüdür. Birinci xanımın ad gününü necə keçirəcəyi yəqin ki, hamını maraqlandırırdı.

Mehriban Əliyeva doğum gününü öz ənənəsinə uyğun, uşaqlarla birlikdə qeyd edib. Birinci xanımın ad günündə "Jumeirah Bilgah Beach Hotel"də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik keçirilib. Tədbirdə uşaq evləri və internat məktəblərindən, Daun Sindromlu Şəxslərin Assosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak edib. Mehriban Əliyevanın qızları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla və Arzu Əliyevanın da iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı ətrafına toplaşmış uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib. Şənlikdəki uşaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələr də təqdim olunub.

Mehriban Əliyevaya hədiyyə isə yəqin ki, onun bir vaxtlar təhsil aldığı 23 saylı tam orta məktəbin yenidən tikilmiş binasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da açılışda iştirak ediblər. Burada yaradılmış şəraitlə tanış olublar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün həm də Azərbaycan Xalça Muzeyinin açılışında iştirak ediblər.

Mehriban Əliyevanın ad gününə dünyanın bir çox aparıcı dövlətlərinin mətbuatı diqqət ayırıb. Ad günü münasibətilə "Bakı" jurnalına Azərbaycanın birinci xanımının özü barədə verdiyi müsahibəsi onun haqqında daha dolğun fikr yaratmağa imkan verir.

"Dünyanı dəyişmək istəyim yoxdur, mənə özümün dəyişməyim, yaxşı olmaq maraqlıdır, amma əgər tanrı imkan versəydi, anamın xəstəliyini və onun bu dünyadan gedişini dəyişərdim".

Bunu "Bakı" jurnalına müsahibəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib. Bu gün dünyada çıxan bir neçə nəşr də öz səhifəsində Mehriban Əliyevaya yer ayırıb. Rusiya, Pakistan, Küveyt dərgilərində onun fəaliyyəti yüksək qiymətləndirilib, bildirilib ki, Mehriban Əliyevanın rəhbəri olduğu Fondun dəstəyindən təkcə Azərbaycan deyil, başqa dövlətlər də bəhrələnir.

İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkənin hüdudları xaricində xeyriyyəçilik fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələr bu xanımın portretini əks etdirir. Bu portretin tamamlanmamış hissəsini də yerli dərgiyə verdiyi qısa müsahibə tamamlayır. Əslində bu qısa cavablarda bütöv bir insan həyatı, maraqları, arzuları gizlənib. Məlum olur ki, onun sevimli rəqəmi 7-dir. Peşəsi həkim olsa da, mərhəmətli olmağı təkcə bu ixtisas sahiblərinə yox, insanlığa xas cəhət sayır. Həmişə nikbindir, bu bədbin olması üçün əsası olmadığına görə deyil, düşünür ki, təfəkkür və söz maddiyatı nəzəriyyəsi ona çox yaxındırsa, neqativi maddiləşdirmək nəyə lazımdır? Həyat prinsipinə gəlincə, istənilən halda ləyaqəti qorumaq cavabını verib.

Elə insanlarda da üç əsas keyfiyyəti görmək istəyir. Ləyaqət, intellekt və mehribanlıq. Bəs gözəllik necə? Dünyanı o xilas etməyəcək? Mehriban xanım düşünür ki, əgər planeti məhv olmaqdan qoruyacaq bir şey varsa, bu xeyirdir. "Siz həyatda həmişə hansı qaydaya riayət edirsiz?" sualına da birinci xanım - "Son dərəcə təbii olmaq, oyun oynamamaq" cavabını verib.

Görünür ona görə də həyatda aktrisa, olmağı arzulamayıb. Hər halda, müəllif ondan "Siz niyə aktrisa, olmaq istəmədiniz?" deyə soruşub. O, isə bildirib ki, gənclik illərimdə kinematoqrafla bağlı ən kiçik epizod belə onda aktrisa, olmaq istəyini oyatmayıb. Birinci xanımın ən sevimli daş-qaşı isə opaldır. Onun fikrincə, bu qaş dərin və həmişə müxtəlifdir.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1265   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740