TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib

TRT-nin Bakı təmsilçisi Əmrah Timuçin Yazıcı vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.

3 ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Ə. T. Yazıcı Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanallarından dünyaya çatdırıb.

O, sentyabr ayında Türkiyəyə qayıdacaq. TRT Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə Yıldıray Arslan təyin edilib. Y. Arslan Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir.

Mərhum Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan alıb. Y. Arslan TRT-nin Xəbər və İdman Yayımları Departamentinin sədr müavini vəzifəsində çalışıb. O, azərbaycanlı xanımla ailə qurub və bir övlad sahibidir.

apa
f Paylaş
Bölmə: Digər Oxunub: 1337 Tarix: 13.08.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_NICE_
_NICE_ 21.07.2016
LAP YAXWI