Tanınmışların tələbə övladlarının adları

Tanınmışların tələbə övladlarının adlarıDaxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun oğlu da bu il ali məktəbə daxil olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün ali məktəblərə qəbul olunan tələbələrin siyahısını açıqlayıb. Açıqlanan siyahıda tanınmış şəxslərin övladlarının da adı var.

BiG.AZ Axar.az-a istinadən xəbər verir ki, əməkdar artist Naibə Allahverdiyeva övladının tələbə adı qazanmasının sevincini yaşayıb. Onun qızı Məryəm 590 balla Azərbaycan Dillər Universitetinin ingilis və rus dili fakültəsinə qəbul olunub.

Tanınmış iqtisadçı-ekspert, "Azad İqtisadiyyata Yardım" İctimai Birliyinin sədri Zöhrab İsmayılın qızı Humay da bu il tələbə adını qazanıb. Qəbul imtahanında 583 bal toplayan Humay Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alacaq.

"Bakılı Oğlanlar" klubunun kapitanı, mərhum Anar Məmmədxanovun qızı Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

"Yeni Müsavat" qəzetinin siyasi şərhçisi Azər Rəşidoğlunun qızı Ülkərin də adı tələbələr siyahısında yer alıb. 600 bal toplayan Ülkər Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.

"Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıyevin qızı Gülər isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin tələbəsi adını qazanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun oğlu da bu il ali məktəbə daxil olub. Rəis müavininin oğlu Aslan Zahidov Polis Akademiyasında təhsil alacaq.

Tanınmış jurnalist, Aktual.az saytının rəhbəri Anar Yusifoğlunun qızı Aytən Yusifzadə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub. Bir neçə gün öncə isə jurnalistin oğlu Elnur Yusifzadə İstanbul Universitetinin Fəlsəfə fakültəsinin tələbəsi adını qazanmışdı.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri, jurnalist Əmrah Fəqanoğlunun oğlu Kənan yüksək balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunub.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının qızı Cəmilə isə Türkiyənin İstanbul Universitetinin tibb fakültəsinə daxil olub.

Moskvada yaşayan tanınmış azərbaycanlı jurnalist, ANS TV-nin keçmiş aparıcısı Xəyal Tağıyevin qızı da yenicə tələbə adını qazananlar sırasındadır. Jurnalistin qızı Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

Biz də öz adımızdan tələbə adını qazanan bütün abituriyentləri və onların valideynlərini təbrik edirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3102   Tarix: 08 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222