Mobil sektorun göstəriciləri açıqlandı
Azərbaycanda son 5 il ərzində mobil sektor üzrə gəlirlər 30%, abunəçi bazası isə 50% artıb.
BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, bu barədə məlumat "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013" adlı illik hesabatda yer alıb. Eyni zamanda 2013-cü ildə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 17,4% artaraq 1150,6 milyon ABŞ dollarına çatıb. Mobil sahədə əldə olunan gəlirlər telekommunikasiya sektorunun 64,6%-ni təşkil edir. Mobil telefon rabitəsi xidmətləri ölkənin əhali yaşayan ərazisini tam əhatə edir və bu, regionda 100 faizlik ilk nəticədir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, mobil rabitə sektorda dinamik inkişaf edən sahədir:
"Ölkənin İKT sektorunda mobil rabitə həm gəlirlərdəki payına, həm da inkişaf tempinə görə aparıcı mövqeyə malikdir. Mobil rabitə sahəsində GSM standartında 3 mobil operator fəaliyyət göstərir. Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-dur. Bu da dünya orta göstəricisindən 14,3% çoxdur". Ölkədə mobil genişzolaqlı internet bazarı da sürətli inkişaf mərhələsindədir. 2009-cu ildən "3G" texnologiyasının, 2012-ci ildən etibarən isə "4G" texnologiyasının tətbiqinə başlanılıb. 2013-cü ildə mobil abunəçilərin 41%-i həm də mobil geniszolaqlı internet istifadəçisi olub.
Qeyd edək ki, 2013-cü ildə İKT sektorunda əldə olunmuş gəlirlərin 1 782,0 milyon dolları və ya 89,1%-i telekommunikasiya sektorunun payına düşür. 2013-cü ildə telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 64,6%-i mobil rabitə, 20,3%-i sabit şəbəkə, 7,2%-i isə internet sahəsi üzrə formalaşıb. Telekommunikasiya sektorunun inkişafının əsas hərəkətverici qüvvəsi rolunda mobil rabitə və internet xidmətləri çıxış edir.
Belə ki, 2013-cü ildə real artım tempi internet bazarında 45%, mobil sektorda 17,4% olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1446 Tarix: 07 avqust 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 222 Bu ərazilərdə 13° şaxta olacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
12:52 209 Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib
13:58 169 "Hazırda "bomj" kimi bir həyat yaşayıram..."
"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas
17:20 101 Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk
Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu
16:35 135 Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir
İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl
11:49 164 Evsiz qaldı, amma binanı tərk etmədi: Tayvanda diqqətçəkən olay
Tayvanda 71 yaşlı kişi evini itirdikdən sonra gizlicə yaşadığı mənzil kompleksinin zirzəmisində məskunlaşıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Asia Business Daily qəzeti məlumat yayıb. Məlumata görə, yaşlı kişinin mənzili məhkəmə hərracında satılıb. Evinin əlindən çıxmasından sonr
11:36 185 Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir
"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk
15:19 148 "Barselona"nın futbolçusu arvadı ilə birlikdə öldürüldü
Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində həlak olub. xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ekvador klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir: "Klub hücum nəticəsində oyunçumuz Mario Pineydanın ölümünü dərin təəssüf hiss
19:30 1