Ən qeyri-adi edam cəzası

Ən qeyri-adi edam cəzasıXVIII əsrlərdə ölkəyə rəhbərlik etmiş İsveç kralı III Gustav qəti olaraq əmin idi ki, çay və qəhvə insan orqanizminə böyük zərər yetirir. Öz əhalisinin, tabeliyində olan insanların həyat sağlamlığını qorumaq üçün o dəfələrlə ölkədə bu içkilərdən istifadəni məhdudlaşdıran qanunlar tətbiq edirdi.

1746-cı ildə növbəti bir kral fərmanı imzalanır. Bu fərmana görə, çay və qəhvə həvəskarları dövlət xəzinəsinə daha artıq vergi ödəməli idilər. Bir müddətdən sonra isə qəhvə tamamilə qadağan edilsə də, qəhvədən qeyri-qanuni yolla istifadə davam edirdi.

Vəziyyət belə olduqda qəzəblənmiş kral tərs qəhvə həvəskarlarına bu içkinin zərərini yaxşı bir nümunə ilə sübut etmək qərarına gəldi. Eksperiment üçün isə ağır cinayət törətdiklərinə görə edam cəzasına layiq görülmüş iki ekiz qardaş seçilir. Bu zaman edam cəzası ömürlük məhkumluqla əvəz edilir. Bununla yanaşı, qardaşlardan biri bütün ömrü boyunca hər gün çox miqdarda qəhvə, digər qardaş isə çay içməyə məhkum edilir. "Qəddar" eksperimentin şərtləri məhz beləcə idi.

Cinayətkarların sağlamlıq vəziyyətlərinə nəzarət üçün iki həkim təyin edilmişdi. Bu həkimlər mütəmadi olaraq təcrübənin nəticələri ilə bağlı krala məlumat verməli idilər. İllər keçirdi. Lakin cinayətkarların ağır əzablar içərisində dünyasını dəyişdiyi barədə xəbər yayılmırdı. Eksperiment başa çatmamış həkimlərdən biri, bir neçə ildən sonra isə digəri dünyasını dəyişir.

Kral III Gustavın özü isə 1792-ci il 16 mart tarixində İsveç kral operasında qətlə yetirilir. O sui-qəsdin qurbanı olur. Qardaşlara gəldikdə isə, onlar "təhlükəli" içkini içməkdə davam edirdilər. Çay içməyə məhkum edilmiş qardaş 83 yaşında, digər qardaş isə bir neçə ildən sonra dünyasını dəyişir.

Eksperimentin uğursuzluqla nəticələnməsinə baxmayaraq, İsveçdə qəhvədən istifadəni qadağan edən qanun XIX əsrin 20-ci illərinə qədər davam edir. Bununla yanaşı, ölkə əhalisi gizli yolla bu içkilərdən istifadə edirdilər.

Qanun tam olaraq 1822-ci ildə ləğv edilir. Hazırda isə İsveç adambaşına düşən qəhvə istifadəsinə görə lider olan ölkələrin 10-luğuna daxildir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2313   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660