Azərbaycanda dövlət qiymətli kağızlar bazarı aktivləşib

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı aktivləşibAzərbaycanda dövlət qiymətli kağızlar bazarı aktivləşib

Bazarın həcmi ÜDM-in 21%-nə bərabər olub.

2014-cü ilin ilk yarımilliyi ərzində qiymətli kağızlar bazarının bütün seqmentləri üzrə aparılan əməliyyatların sayı və həcmində əhəmiyyətli canlanma müşahidə olunub.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) verilən məlumata görə, 2013-cü ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə bazarın həcmi 86% artaraq 5,9 mlrd. manata yüksəlib. Bu da 2013-cü ilin yekununun 70%-nə bərabərdir.

"Dövr ərzində kapital bazarları vasitəsi ilə maliyyələşmə meyllərinin artım tendensiyası davam edib və ilkin bazarda əməliyyatların sayı 2 dəfə, həcmi isə 3 dəfə artaraq 1,7 mlrd. manata yüksəlib. Hesabat dövründə həmçinin bütün növ qiymətli kağızların təkrar bazar ticarətində əhəmiyyətli canlanma qeydə alınıb və təkrar bazarda əqdlərin sayı və ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 13,4% və 61% artıb. Bütövlükdə, dövr ərzində qiymətli kağızlar bazarının həcmi ÜDM-in 21%-nə bərabər olub", - məlumatda deyilib .

Bundan əlavə, qeyd edilir ki, hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında həm əqdlərin sayında, həm də əməliyyatların həcmində yüksək templi artım müşahidə olunub.

"Hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz, həcmi isə 3,1 dəfə artaraq 2 milyard manat təşkil etmişdir. Ümumilikdə, 2014-cü ilin birinci yarımilliyi ərzində korporativ qiymətli kağızlar sektorunun həcmi 2013-cü ilin yekun həcmini 12,3 faiz üstələyib.

2014-cü ilin ilk 6 ayı ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində ticarətin həcmi 2,7 dəfə artaraq 748,9 milyon manat təşkil edib. Real sektor təmsilçilərinin və xüsusi olaraq bankların səhm bazarı vasitəsilə aktiv maliyyələşməsi səhmlərin ilkin bazarını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə artıraraq 732,7 milyon manata çatdırıb", - məlumatda deyilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1666   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 128
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1106
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 761
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 635
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 245
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 366
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 450
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 722
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 508