Vacib buyurulanları yerinə yetirən mütləq Cənnətə girəcəkdir

Vacib buyurulanları yerinə yetirən mütləq Cənnətə girəcəkdirMənbə: http://zikr.az

Ənəs ibn Malik demişdir: "Bizə Pey­ğəmbərdən hər hansı bir şey haqqında (heç bir zərurət olmadan yersiz) sual vermək qadağan edilmişdir. Odur ki, bədəvilərdən ağıllı bir adamın gəlib qulağımız eşidə-eşidə Peyğəmbərə sual ver­mə­si bizə xoş gəlirdi. Bir dəfə bir bədəvi gəlib dedi: "Ey Muhəmməd! Gön­dər­diyin adam yanı­mıza gəldi və söylədi ki, guya sən, Allahın səni insanlara elçi göndər­diyi­ni deyir­sən?" Peyğəmbər: "O, doğru söyləmişdir"– dedi. Adam soruşdu:
– Göyü yaradan kimdir?
– Allahdır!
– Yeri yaradan kimdir?
– Allahdır!
– Bu dağları dikəldən və onların üstündə yaratdıqlarını yaradan kimdir?
– Allahdır!
– Səni and verirəm göyü və yeri yaradan, dağları dikəldən Allaha, de gö­rüm, doğrudanmı Allah səni peyğəmbər göndərib?
– Bəli!
– Göndərdiyin adam gecə və gündüz beş vaxt namaz qılmağın bizə vacib buyurulduğunu söylədi.
– Doğru söyləmişdir.
– Səni and verirəm səni elçi göndərən Allaha, de görüm, bunu sənə Allah­mı əmr edib?
– Bəli!
– Göndərdiyin adam malımızdan zəkat verməyin bizə vacib buyuruldu­ğunu söylədi.
– Doğru söyləmişdir.
– Səni and verirəm səni elçi göndərən Allaha, de görüm, bunu sənə Allah­mı əmr edib?
– Bəli!
– Göndərdiyin adam hər gələn ilimizdə Ramazan ayını oruc tutmağın bi­zə vacib buyurulduğunu söylədi.
– Doğru söyləmişdir.
– Səni and verirəm səni elçi göndərən Allaha, de görüm, bunu sənə Allah­mı əmr edib?
– Bəli!
– Göndərdiyin adam bizlərdən imkanı olan kimsəyə Allahın Evini ziya­rət etməyin vacib buyurulduğunu söylədi.
– Doğru söyləmişdir.
Ənəs ibn Malik dedi: "Sonra o adam: "Səni haqq ilə göndərən Allaha and olsun ki, mən buna heç nə ar­tır­ma­yacağam və bundan heç nə əskiltməyəcə­yəm"– dedi və dö­nüb getdi. Peyğəm­bər bu­yurdu: "Əgər doğru deyirsə, mütləq Cən­nətə girəcəkdir". (Səhih Muslim).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2989   Tarix: 26 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390