Qızımı 16 yaşında da ərə verə bilərdim

Qızımı 16 yaşında da ərə verə bilərdimƏməkdar artist, bəstəkar- müğənni Elza Seyidcahanın "Qafqazinfo"ya müsahibəsi:

- Elza xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Mətbuat günü ərəfəsində "Qafqazmedia" İctimai Birliyi tərəfindən "Yaxşıların yaxşısı" mükafatına layiq görülmüşəm. İnşaallah podiumda "Podium" adlı gözəl bir konsertim olacaq. Bir neçə mahnını aranjemana vermişəm. "Azərbaycanın səsi" müsabiqəsində münsif heyəti kimi uşaqlarla demək olar ki, hər gün məşq edirik, proqram seçirik. Ona görə heç dincəlməyə də gedə bilmirəm. Çünki bu davamlı olan böyük bir layihədir, bütün gücümü "Azərbaycanın səsi" layihəsinə yönəltmişəm. Bəstəkarlar İttifaqının üzvüyəm. İnşaallah ittifaqın ildönümü ərəfəsində dövlət tərəfindən təşkil olunmuş konsertdə mən də öz mahnılarımla iştirak edəcəm.

- Qızınız nişanlanıb bu münasibətlə sizi təbrik edirəm. Qızınızın öz seçimi idi, yoxsa sizin məsləhətiniz?

- Yox , qızımın öz seçimi idi. Sadəcə fikirlərimiz üst-üstə düşdü. Əgər mənim seçimimə qalsaydı, 16 yaşında da ərə verə bilərdim. Necə ki məni həmin yaşda ərə vermişdilər. Yəni hər gələn elçiyə"hə" cavabı vermədi. Daha sonra təhsil aldı. Universitetin hüquq fakultəsini bitirdi. Ondan öz öyüd-nəsihətimi də əsirgəmədim. Dedim ki, qızım, yaxşı fikirləş. Sabahın barədə götür- qoy elə. Ailə qurmalısan. Bu həyatın qanunudur. Hər şeyin öz vaxtı var. Fikirləş, qərar ver. Şükür Allaha ki, oğlan da çox ağıllıdır. Allah xoşbəxt eləsin.

- Elza xanım, pərdəarxası ilə pərdəönündə fərq çoxdur?

- Bu dəqiqə pərdəarxası ilə pərdəönünü tamam unutmuşuq. Pərdə arxası önə çəkilib. Kişilikdən dəm vuranlar pərdəarxasında baş verənləri pərdəönünə gətirib adını səmimiyyət qoyublar. Nifrət edirəm belələrinə. Səmimiyyət başqa, tərbiyə başqa, pərdəönü ilə pərdəarxası tamam başqa-başqa şeylərdir. Pərdənin arxasında xırdalıqlar, incəliklər, insanın iniltisi, ağrı-acısı, çatışan-çatışmayan cəhətləri var. Pərdənin bu üzündə isə səmimiyyət, iradə, insanın özü var. Arxada baş verənləri tamaşaçı bilməməlidir. Təəssüflər olsun ki, evlərində , nəsil-köklərində pərdədən xəbəri olmayanlar sadəlikdən, səmimiyyətdən, tərbiyədən danışırlar. Evimizi günəşdən, soyuqdan, yad baxışlardan qorumaq üçün pərdə salırıq. Amma bəzi dar düşüncəli, cibində bir az pulu olanlar, mədəniyyətsiz insanlar özlərində olmayan şeylərdən danışırlar.

- Siz olduğunuz kimi görünə bilirsiz?

- Əslində, mən olduğum kimi görünmək istəmirəm. Çünki bəzi insanlar mənim sadəliyimdən, səmimiliyimdən sui- istifadə edirlər.

- Sizi nə sındıra bilər?

- Məni həyatda heç nə sındıra bilməz. Yalnız Allah mənə öz sevgisini azaltsa, sına bilərəm. Hər zaman dua edirəm ki, Allahım mənə verdiklərini çox görməsin. Tanrımdan bütün günahkar bəndələr kimi mənim də günahlarımın bağışlamasını istəyirəm.

- Ələkbərin ilk ailə uğursuzluğu həyatınızdə dəyişiklik etmədi?

- Dəyişiklik etdi. Uğurlar elə uğursuzluqların nəticəsində əmələ gəlir. Hər bir insan öz uğurunun memarıdır. Daha bərkidim, daha möhkəm oldum. Hər kəsin həyatında keşməkeşli anlar olur. Bizə də həyat bunu yazdı.

- Qayınana kimi hansı qadağalarınız var?

- Şükür Allaha ki, heç vaxt övladlarıma qadağa qoymamışam, söz deyirəm sözümü eşidirlər. Məsləhətimə qulaq asırlar. Gəlinim də halal süd əmmiş bir nəsildəndir. Sözü bir dəfədən başa düşür. Heç zaman qadağa qoymuram. Məsləhət edirəm. Onlar elə ağıllıdılar ki, hərdən mən onların məsləhətlərinə qulaq asıram. Heç bilmirəm qayınanayam, yoxsa ana. Sanki, uşaqlarımla bacı-qardaşıq.

- Xoşbəxt anasız. Sizcə sevilməyə, özünüzün qadın səadətinə ehtiyacınız yoxdur?

- Allah mənə bu həyatı veribsə, yəqin ki, o məhəbbəti də məndən əsirgəməyib. Xalqın məhəbbətini qazanmışam.

- Bir qadın üçün bu kifayətdir?

- Mənim də həyatım belə yazılıb. Hər şey üçün şükür edirəm. Razılaşıram. Bəlkə də çoxları mənim indiki həyatıma qibtə edirlər. Niyə küsməliyəm ki?

- İllərin xatirə yaddaşında unutmadığınız nə var?

- İllərin xatirə yaddaşında mənə yaxşılıq edən insanların yaxşılıqları var. İnsanları təmənnasız sevmişəm. Hətta Qənirə Paşayevanın sözlərinə də bu mövzuda mahnı bəstələmişəm. Elə insanlar var ki, nə qədər yaxşılıq eləmişəm, layiq olduğumu mənə verməyiblər. Amma elələri də var ki, heç nə etməmişəm, mənə çox yaxşılıqları dəyib.

- Köhnə xatirələri silmisiz, yoxsa tənhalığa çəkiləndə qaranlıq buludlar dilə gəlir?

- Xeyr, köhnə xatirələr heç vaxt silinmir. Nə pisliklər, nə yaxşılıqlar. Amma kim mənə pislik edibsə, ona yaxşılıqla cavab vermişəm.

- Müğənnilikdən başqa nə bacarırsız?

- İnsanlıq mənimçün ön plandadır. Müğənnilikdən başqa bəstəkaram, anayam, ev xanımıyam, gözəl yeməklər hazırlayıram, toxuyuram. Bacarmadığım iş yoxdur. Çalışıram insanlıq bacarığımı itirməyim.

- Çoxları fərqli görünüşünüzün reklam üçün olduğunu düşünür. Ehtiyacınız varmı buna?

- Sizcə, mənim reklama ehtiyacım var? Məni sənətə gələndən tanıyırsız. Bilirsiz ki, necə gəlmişəmsə, elə də qalmışam. Amma indi sənətə gələnlər sabah tamamilə dəyişirlər. Özlərini mənə oxşadırlar. Danışıqlarında, fərqliliklərində, saç düzümlərində, geyimlərində, oturuşunda, duruşunda özlərini mənə bənzədənlər az deyil. Bu qaynaq saçları, linzaları nə qədər qoymaq olar?! Xoşbəxtəm ki, Allah mənə bu təbii gözəlliyi bəxş edib. Deyirlər saçının, gözünün rəngini dəyiş. Qətiyyən razılaşmıram. Çünki bu Tanrının mənə bəxşişidir. Mənim haqqımda bu fikirləri hallandıranlar gündəmə gəlmək üçün çalışırlar. Bəstəkarlar İttifaqının sədri , dünya şöhrətli Firəngiz Əlizadənin dediyinə görə hətta "Düz üzünə" verilişindən sonra məni kəşf edib. Və o, bildirdi ki, "mən səninlə fəxr edirəm".

- "Azərbaycanın səsi" sənət dostlarınızı kəşf etməkdə sizə kömək oldu?

- Əlbətdə, mən orda Namiq Qaraçuxurlunu kəşf etdim. Elnarə və Nadiri tanıyırdım. Namiqlə belə ünsiyyətimiz olmamışdı. Namiq çox gözəl dost, yoldaşdır. Çox sevinirəm ki, bu layihədə Namiqlə qarşılaşdım. Hansısa kiçik bir qüsuru belə veriliş öncəsi Namiq mənim yadıma salırdı. Kəşf etdim ki, Namiq uçuruma düşən insanı oradan qaytaran insandır. Hətta onunla"Əcəb eliyəcəyik" adlı bir duetimiz də yaranıb. Tezliklə bu dueti eşidəcəksiz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2290   Tarix: 25 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 679
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 548
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1277
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 694
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2218
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1164
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 534
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 829
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 666