Faiq Ağayev: Mən buna biganə qala bilmərəm

Faiq Ağayev: Mən buna biganə qala bilmərəm"Qəzzada görün, neçə ildir müharibə gedir. Təbii ki, məni yandırır, bu. Təkcə Qəzzada olsaydı, insan buna reaksiya verərdi. Misirdə, Suriyada, İraqda müsəlmanlar bir-birini öldürürlər. O gün də Ukraynada mülki təyyarəni vurublar. Hansı birisinə etirazını bildirəsən?"

BiG.AZ xəbər verir ki, bunu aktual.az-a xalq artisti Faiq Ağayev son zamanlar dünya ölkələrində baş verən ictimai-siyasi proseslərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünyada baş verən proseslər o qədər mürəkkəbdir ki, burada bəzi məsələlərdə Rusiyanın, Amerikanın, Avropanın da əli var: "Yəni bunu yalnız bir ümumbəşəri düşmən taparaq, onun üstünə atmaq da düzgün deyil".

Xalq artisti doğma torpaqları olan Kəlbəcəri ziyarət edərkən, ermənilər tərəfindən girov götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyev və öldürüldüyü iddia edilən Həsən Həsənov barəsində fikirlərini bildirib: "Təbii ki, girovluqda olanlar mənim ölkəmin vətəndaşlarıdır. Mən videoya da baxdım. Azərbaycanlı birisinin "biz dədə-babadan mal-qara oğurlamaqla məşğuluq" deməsi, heç də xoşuma gəlmədi.

Azərbaycanlılarımız arasında kimsə durub deyəndə ki, biz nəsillikcə oğurluqla məşğul oluruq, mən təsəvvürümə gətirə bilmirəm, hansısa bir həmyerlimiz dönüb ona desin ki, əcəb eləyirsən. Amma bu sözün cəzası ictimai qınaq ola bilər. Girov götürülmək isə vətəndaşımızın hüquqlarının pozulmasıdır. Burada artıq ona qarşı törədilən haqsızlığın hüquqi məsuliyyətindən söhbət getməlidir. Təbii ki, erməni mənim azərbaycanlıma öz doğma torpağında əzab, işgəncə verirsə, mən buna biganə qala bilmərəm. Bir millət, toplum olaraq, buna hüquqi qiymət verməliyik.

Və bir vacib məqamı vurğulamaq istəyirəm ki, bu insan özgə ölkənin ərazisinə getməyib, elə öz ölkəmizin işğal altında olan ərazisinə gedib. Bəzi jurnalistlər yazılar yazmışdılar ki, Kəlbəcərdən Azərbaycana zəng edib. Başa düşmədim, bəyəm Kəlbəcər Azərbaycan deyil? Görün, bir nəsil insanlar var ki, artıq o torpağı Azərbaycanla identifikasiya eləmirlər. Bax, bu, pisdir. Belə detallara fikir vermək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 643   Tarix: 21 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207