Zaha Hadid Tokiodakı olimpiya stadionunun layihəsini dəyişəcək

Pritsker mükafatı laureatı Toyo İto yapon bağlarının landşaftının Zaha Hadidin böyük layihəsindən qorumağı tələb edib. Memar 13 min imzanı toplayan petisiya hazırlayıb.

İctimaiyyətin qıcıqlanması bununla bitmir. Ötən şənbə günü Tokionun küçələrində 500-dən çox adamın toplaşdığı nümayiş baş tutub. Etirazçıların fikrinə görə, Hadidin layihəsini hazırladığı stadion ətraf landşafta təbii şəkildə uyğunlaşa bilməz.
Bundan əlavə, Yaponiyanın idman nazirliyi artıq stadionun tikintisinə büdcəni demək olar, 1 milyard dollara qədər azaldıb.
Nəticədə Zaha Hadid stadionun dizaynını dəyişməyə razılıq verib. Layihədə çox bahalı olmayan, vizual olaraq yüngül olan materiallar istifadə olunacaq
Bununla belə, stadionun ərazisini Zaha Hadid studiyasının memarları azaltmaq niyyətində deyillər.
Zaha Hadid Tokiodakı olimpiya stadionunun layihəsini dəyişəcəkZaha Hadid Tokiodakı olimpiya stadionunun layihəsini dəyişəcəkZaha Hadid Tokiodakı olimpiya stadionunun layihəsini dəyişəcək


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 2894   Tarix: 11 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti