Mel Gibson Azərbaycan filminə qiymət verəcək

Mel Gibson Azərbaycan filminə qiymət verəcəkKann kinofestivalında əldə olunan uğurdan bir ay keçməmiş "Azərbaycanfilm"in daha bir yeni ekran əsəri "A" sinifli beynəlxalq kinofestivalın müsabiqəsinə qəbul edilib.

Kinostudiyadan verilən məlumata görə, çəkilişləri yenicə yekunlaşan "Axınla üzü aşağı" filmi 5-12 iyul tarixlərində Karlovı Varıda keçiriləcək beynəlxalq kinofestivala dəvət alıb.

Film "East of the West" ("Qərbdən Şərqə") müsabiqə proqramında yarışacaq.
Beləliklə, iyulun 10-da Çexiyanın Karlovı Varı şəhərində Azərbaycan filminin dünya premyerası baş tutacaq.

"Axınla üzü aşağı" psixoloji ailə dramıdır. Filmdə əsas hadisələr Mingəçevirdə, Olimpiya Mərkəzi məşqçisinin evində cərəyan edir. Baş verən faciə onu ətrafındakı insanlara, birinci növbədə həyat yoldaşına, ümumilikdə isə həyata baxışını yeniləmək məcburiyyətində qoyur.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Quram Pertaxiya, qurluşçu rejissoru Asif Rüstəmov, operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, baş prodüseri Müşfiq Qatamovdur.

Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Ancevska və Teymur Məmmədov ifa ediblər.

Karlovı Varı festivalı FİAPF-da qeydiyyatdan keçən "A" sinifli 12 beynəlxalq kinofestivaldan biridir. O, 1956-cı ildən keçirilir. Festivalın baş mükafatı sayılan "Qızıl piyalə" ən yaxşı filmə təqdim olunur.

Bu il festivalın qonaqları sırasında Fanni Ardan, Mel Gibson, Laura Dem, Andrey Zvyaqintsev, Asiya Acento və başqaları olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1188   Tarix: 05 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476