Bakıda Mərkəzi Biznes rayonunun yaradılması təklif olunur

Bakıda Mərkəzi Biznes rayonunun yaradılması təklif olunur"Məxsusi Bakı"nın Baş planı üzrə əsas prinsipial təkliflərdən biri də paytaxtın mərkəzi hissəsində Mərkəzi Biznes rayonunun yaradılmasıdır.

BiG.AZ-ın Anspress-ə istinaden məlumatına görə, bu fikri "Böyük Bakının Regional İnkişaf Planı" (sxemi) layihəsinin koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

O, bildirib ki, Sabunçu və Binəqədi rayonlarının ərazisində 2 alternativ alt-mərkəzlərin təşkili, Böyük Şor gölü ilə Xəzər dənizi arasında ekoloji dəhlizin –yaşıl zolağın yaradılması da bu təkliflər sırasındadır.

İ.İsbatov rəhbərlik etdiyi qurum tərəfindən irəli sürülən digər təkliflər barədə də açıqlama verib. Belə ki, Dənizkənarı Milli Park dənizə doğru 70-100 metr genişləndirilməli və Şıx çimərliyindən Zığ qəsəbəsinin ərazisinədək uzadılaraq müvafiq sahilbərkitmə işləri görülməlidir.

Eyni zamanda şəhərin mərkəzi hissəsindəki tarixi abidələrin mühafizə edilməsi məqsədilə Şəhər Mühafizə Zonası yaradılmalıdır. Bibiheybət qəsəbəsi isə müasir zona kimi inkişaf etdirilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1040   Tarix: 25 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040