Şərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTO

Deyirlər ki, dəblə ayaqlaşmaq çətin deyil, amma özünəməxsus tərzin olması çox qəliz və incə məsələdir. Dəbin arxasınca qaçmaq qadını bəzən gülməli vəziyyətə sala bilər, üslub isə hər zaman yüksəkdə dayanır. Bunun üçün modanı izləmək gərək deyil, əksinə ola bilər ki, moda həmin qadının arxasınca getsin. Dünyada və Avropada özünəməxsus tərzi olan qadınların sayı az deyil.

Bəs İslam qanunlarının hakim olduğu bir ölkədə dəb ilahəsi statusuna nail olmaq mümkündürmü? İndi haqqında danışacağım xanım şərq ölkələrində də dəb ilahəsi statusuna layiq olmağın imkansız olmadığını sübut edə bilib.

O, bəlkə də dünyanın ən gözəl siyasətçi xanımlarından biridir. Ancaq onun ən güclü silahı təkcə gözəllikdən ibarət deyil. O, cazibədar və gözəl olmaqla yanaşı, həm də çox savadlı qadındır. Əgər siz şeyx Mozanın nailiyyətləri və müdrik qərarları haqqında eşitmisinizsə, onun dünyanın ən varlı, güclü və nüfuzlu qadını kimi "Forbes" jurnalına daxil olduğunu bilirsiniz. Ümumiyyətlə, Şeyx Moza titul kolleksiyasına yenilərini dayanmadan artırmağa davam edir. Beləliklə, "9 don" layihəsi çərçivəsində bu həftə gözəlliyi ilə dünyaya səs salan, müdrik qərarları ilə çoxunun hörmətini qazanan şeyx Moza haqqında bəhs edəcəyəm. Şeyx sözünün mənası şeyxin həyat yoldaşı deməkdir.

Şeyx Moza bint Nasir əl-Misnəd 1959-cu ildə Qətərin Əl-Xor şəhərində anadan olub. Onun atası Nasir Əl-Minsəd Qətərin prezidenti olub. Xoşbəxtlik quşu bu qadını tərk etmək istəmir. Məsələ burasındadır ki, onun həyat yoldaşı da dövlət başçısı olur. İndiki dövrdə həm atası, həm də həyat yoldaşı prezident olan onun kimi ikinci belə bir bəxtəvər qadın tapılmaz. Şeyx Moza 18 yaşında - 1977-ci ildə şərq ənənələrinə əsasən, hazırda Qətər dövlətinin əmiri olan şeyx Təmim bin Həməd Al Taniyə ərə verilir. Şeyx Moza Əl-Taniyənin üç arvadından ikincisidir. Qətərin lideri şeyx Təmim bin Həməd Al Taninin 3 həyat yoldaşı var. Onlardan ancaq biri mühüm siyasi hadisələrdə ərini müşayiət edir. Məhz şeyx Moza digər arvadlarının fonunda xeyli fərqlənir. Görünür, şeyx Həməd ancaq onu öz ölkəsinin bəzəyi hesab edir.

Şeyx Moza yaxşı təhsil almasına baxmayaraq, ailə qurduqdan bir xeyli sonra bakalavr dərəcəsi alır. 1986-cı ildə Qətər Universitetinin sosiologiya fakültəsini bitirir. Moza təkcə Şərqin ecazkar gözəlliyə malik qadını kimi deyil, həm də nüfuzlu ictimai xadimi kimi tanınır. Şeyx Moza bu gün ölkəsinin ictimai həyatında fəal iştirak edir. Moza əsasən, təhsil məsələləri ilə məşğul olur. O, təhsil, elm və ictimai inkişaf Qətər fondunun sədridir.

Jurnalistlər bu qadını "Ərəb Şahzadəsi" adlandırırlar. Bu adı verməkdə heç də haqsız deyillər. Belə ki, Qətər Universitetini bitirdikdən sonra o, təhsilini ABŞ-da davam etdirib. Xanım şeyx Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olur. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və Ailə Məsələləri Üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışır. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilir. Hazırda o, Veil Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür.

Bu yaxınlarda birinci xanımın sayəsində təhsil sahəsində iki böyük layihə hazırlanıb. O, Qətərdə tələbə şəhərciyi saldırır. Onun təşəbbüsü ilə açılan universitetlərdə ABŞ-ın ən yaxşı professorları tədris edir və bu, onun ən böyük nailiyyətindən biri sayılır.

Şeyx Moza öz ölkəsində kifayət qədər tanınır və nüfuzlu qadındır. O, şərqdə demokratik islahatları dəstəkləyir. Şeyx öz ölkəsində yoxsulluq və zorakılıqla mübarizə üçün Ərəb Demokratik Fondunu yaradıb və ona başçılıq edir.

Şeyx Moza əri Təmim bin Həməd Al Taninin hakimiyyətə gəlişi ilə cəmiyyətdə qadınların vəziyyətini yüngülləşdirən bəzi islahatlar həyata keçirir. Belə ki, qadınlar səsvermə hüququ qazanır, həmçinin avtomobil idarə etmək hüququ və geyim seçimi hüququ ələ edirlər. Bir müddət şeyx Moza ABŞ universitetlərində mühazirələri ilə çıxış edib şərq qadınları haqqında yayılan mifləri dağıtmağa çalışırdı. Bu töhfələrinə görə, Amerikanın Karneqi Universiteti ona elmlər və fəxri doktoru adı verilir.

İctimai işlər və dövlət fəaliyyəti yaxşı ana olmağa mane olmur. Şeyx Mozanın 5 oğlu və 2 qızı var.

Ən maraqlısı odur ki, şeyx Mozanın təkrarolunmaz üslubu var. Razılaşın ki, Amerikada, Avropada stil ikonası olmaq çətin deyil. İslam qanunlarının hakim olduğu Asiya ölkələrində stil sahibi olmaq nisbətən çətindir. Çünki şərq incə məsələdir. Şərq - israfçılıqdır. Şərq - "Min bir gecə" nağıllarıdır. Şərq möcüzələr diyarıdır! Şərqdə əfsanəvi şərq gözəlləri yaşayır. Şərq gözəlləri mütləq təvazökar, sakit təbiətli və qapalı olmalıdır. Şərq qadınlarına başıaçıq gəzmək və qısa yubka geymək olmaz. Şeyx Moza Nasir şərq qadınları barəsində yayılan bütün stereotipi dağıdır. Məhz şeyx Moza Ərəb ölkələrində islamın əsas etiket qaydalarını pozaraq ilk dəfə olaraq ictimaiyyət arasına üzü açıq görünməyə cəsarət edir. O, müəyyən və zərif üslubu ilə şərq ölkələrinə yenilik gətirir. Şeyx Moza onu heyranedici göstərən rənglərin harmoniyasını əla hiss edir. Onun dəbdəbəli geyimlərindəki dərin dolğun çalarlar parlaq zahiri ilə ideal şəkildə uyğunlaşır. Onun üslubu zinət elementləri ilə zəngin olan klassikaya daha yaxındır. Qətərin 54 yaşlı birinci xanımı qapalı və milli geyimlərdə həmişə nəcib, parlaq və zövqlü görünür. "Vanity Fair" jurnalına əsasən, ən yaxşı geyinən məşhurlar sırasına daxildir. Bu barədə mübahisə etmək yersiz olardı. Hətta super modapərəst olduğunu iddia edə bilərik.

Öz ölkəsində milli geyimlərdə gəzən Moza, ölkə xaricində bir-birindən gözəl modellər geyinir. Dünyanın ən öndə gedən markaları ilə arası yaxşı olsa da, o da bütün zövqlü xanımlar kimi "Chanel" vurğunudur. Onun geyimləri heç kəsin diqqətindən yayınmır, elə buna görə də, dünyanın bir çox jurnallarında müzakirə mövzusu olur. Əziz modapərəstləri Qətərin birinci xanımının stili ilə də yaxından tanış edəcəyəm.

Çalma və göz qamaşdırıcı sırğalar - Şeyx Moza çalma stilini dəbə gətirib, onu qoruyan xanımlardan biridir. Yaylıqlar birinci xanımın üslubuna hakimlik edən ən dəyərli aksessuardır. Amma alışdığımız çalmalardan bir xeyli fərqlənir. Onun tərzinin özəlliyi də məhz bundadır, çalmaları da geyimləri ilə uyğun olmalıdır. Çalmanı gözəgəlimli, böyük sırğalarla tamamlayır. Bəzən isə çalmaya maraqlı broşlar ilişdirərək öz imzasını qoyur. O, xüsusilə, zinət əşyalarını bir-biri ilə ustalıqla birləşdirən dəb ilahəsidir.
Şərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTOŞərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6951   Tarix: 27 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704