Bu gün Eldar Quliyev`in 70 illik yubileyidir

Bu gün Eldar Quliyev`in 70 illik yubileyidirYanvarın 18-də Azərbaycan kinosunun görkəmli nümayəndəsi, kinorejissor və ssenarist Eldar Quliyevin doğum günüdür. Onun 70 yaşı tamam olur.

Eldar Quliyev 1941-ci ildə Bakıda dünyaya göz açıb. , Görkəmli bəstəkar Tofiq Quliyevin oğlu olan Eldar Quliyev ailəsində 1960-1966-cı illərdə Moskvanın Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində Serqey Gerasimovun kursunda təhsil alıb. İnstitutu bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında yaradıcılıq fəaliyyətinə başlayıb və "Biri var idi, biri yox idi" adlı ilk qısametrajlı filmini çəkib.
Eldar Quliyev 1970-ci ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
Eldar Quliyev 1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun qızlar", "Ürək…Ürək…", "Nizami", "Nə gözəldir bu dünya", "Girov" və digər filmlərə quruluş verib. Son işi keçən il rejissoru və ssenari müəllifi olduğu "İstanbul reysi" filmidir.
Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru olaraq Eldar Quliyev öz bilik və təcrübəsini cavanlara ötürməyi, "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi isə neçə-neçə gəncə yardımçı olmağı özünə borc bilib.
Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidentidir.
Eldar Quliyev və onun yaradıcılığı Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib və o, Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb, Qırmızı Əmək Bayrağı Ordeni, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3410   Tarix: 19 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İcra başçısının müavini ilə dalaşan şəxs - Həbs edildi

Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib. İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannux

12.12.2025 268
.

Evlənənlər də, boşananlar da azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 min 739 nikah və 17 min 254 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 10

12.12.2025 184
.

Prezident xanımı və qızı ilə Fəxri xiyabanda - Fotolar

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyaban

12.12.2025 435
.

Yas mərasimində 23 qadın dəm qazından zəhərləndi - Yenilənib

Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılmış tibbi müayinələr nəticəsind

12.12.2025 197
.

İlk uçan avtomobilin istehsalına başladı

"Alef Aeronautics" şirkəti ABŞ-ın Kaliforniya ştatında ilk uçan avtomobilin istehsalına başlandığını açıqlayıb. Onillik inkişaf mərhələsindən sonra tam elektriklə işləyən Model A adlı model təqdim edilib. xarici mediaya istinadla bildirir ki, bu avtomobil bir dəfə şarj olunmaqla yolda 350 kilomet

12.12.2025 135
.

Alimlər həyəcan təbili çalır: Dəniz pandemiyası dəniz kirpilərini məhv edir

2021-ci ildən bəri Kanar arxipelaqında dəniz kirpisi növü Diadema africanum demək olar ki, tamamilə naməlum xəstəlikdən tələf olub. Tinerifedə populyasiya 99,7% azalaraq praktiki olaraq yoxa çıxıb, Madeira arxipelaqının yaxınlığında isə geriləmə 90%-ə çatıb. Qaunarinfo xəbər verir ki, eyni dövrdə kütləv

12.12.2025 112
.

Ümumtəhsil məktəblərində niyə mühafizə xidməti yetərli deyil? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Ölkədə ümumtəhsil məktəblərində peşəkar mühafizə xidməti mövcud deyil. Orta məktəblərdə mühafizəçilər çox vaxt orta yaşlı kişilər və qadınlar olur. Bəs orta məktəblərdə peşəkar mühafizə xidməti niyə təşkil olunmur?. Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov BİG.AZ-a açıqlamasında bildirdi ki, Nazirlə

12.12.2025 243
.

Putinlə Pezeşkian görüşdü - Video

Türkmənistanda beynəlxalq forumda iştirak edən Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Aşqabadda baş tutan görüşdə liderlər Rusiya və İran arasında qaz və elektrik enerjis

12.12.2025 173
.

Məhkəmə "qanuni oğru"ilə bacarmadı: hökm ləğv olundu

Rusiyada birinci apellyasiya məhkəməsi tanınmış "qanuni oğru" barəsində yeni qərar verib. xəbər verir ki, qərara əsasən cinayətkar iyerarxiyada ali mövqe tutmaq və xüsusilə iri miqdarda narkotik vasitələrin satılmasına cəhd işi üzrə "Rams" ləqəbli qanuni oğru Sergey Brajenski barəsind

12.12.2025 194
.

TOP MP3