60 avtobus sürücüsu saxlanıldı - REYD

60 avtobus sürücüsu saxlanıldı - REYDBu gün Bakıda qayda pozan avtobus sürücülərinə qarşı genişmiqyaslı reyd keçirilib.

BiG.AZ-ın avtosfer-ə istinadən verdiyi məlumata görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovniv-leytenant Vaqif Əsədov məlumat verib. Məlumata görə, Bakı şəhər DYPİ-nin şöbə və bölmələrinin, habelə, paytaxtın rayon DYP şöbələrinin əməkdaşlarından ibarət geniştərkibli qrup paytaxtın əsas küçə və prospektlərində reyd keçirərək qayda pozan avtobus sürücülərinə qarşı müvafiq tədbirlər görüblər:

"Son vaxtlar Bakı şəhəri ərazisində ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının tezt-tez pozulması, onların iştirakı ilə törədilən qəzalar və bu qəzaların ağırlıq dərəcəsinin artması ciddi narahatlıq doğurur. Avtobus sürücüləri arasında nizam-intizamın möhkəmləndirilməsi, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin göstərişi ilə yaradılmış qrup paytaxtın küçə və yollarında ictimai nəqliyyat vasitələrinin marşrutunu izləyir və törədilən qayda pozuntularını aşkar edərək ona uyğun tədbirlər görür. Təkcə bu gün ərzində avtobusu yolların hərəkət hissəsində, ikinci cərgədə, dayanacaqdan kənarda saxlayan 60-dan artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Svetaforun qırmızı işığında hərəkət edən 4 avtobus sürücüsü də cəzalandırılıb. Bundan başqa, sürücülük vəsiqəsi və digər sənədləri qaydasında olmayan 60-a yaxın avtobus sürücüsü barəsində də inzibati qaydada tədbir görülüb. Bu tədbirlər avtobus sürücüləri arasında nizam-intizam qaydasına düşənə qədər davam etdiriləcək".

Vaqif Əsədov onu da bildirib ki, keçirilən tədbirlər metronun "Neftçilər", "Koroğlu", "İnşaatçılar", "Əhmədli", "Xalqlar dostluğu", "Qara Qarayev" və digər stansiyalarının ətrafını əhatə edib. Ümumilikdə isə reyd zamanı aşkar olunan qayda pozuntuları Neftçilər, Heydər Əliyev, İnşaatçılar, Parlament prospektlərində, eləcə də Məhəmməd Hadi, Qara Qarayev küçələrindəki avtobus dayanacaqlarında qeydə alınıb.
DYP rəsmisi ictimai nəqliyyatda qayda-qanunun yaradılması üçün ictimaiyyətin köməyinə də ehtiyac olduğunu bildirib: "Biz müşahidə apardıq və görürük ki, avtobus sürücüləri bəzən özlərindən asılı olmadan, sanki avtobusu yolun hərəkət hissəsində saxlamağa, ikinci zolaqda dayanmağa, dayanacaqdan kənarda saxlamağa adət ediblər.

Elə sərnişinlər də öyrəşiblər ki, harada gəldi avtobusa minib-düşsünlər. Təsəvvür edin ki, biz "Nizami" metrostansiyasının qarşısındakı avtobus dayanacağını taksilərdən və digər maşınlardan təmizləyib təhvil verdik ki, avtobuslar rahat işləyə bilsinlər. Amma sonradan baxırıq ki, avtobus sürücüləri adət ediblər, yenə də avtobusu kənarda saxlayırlar. Sərnişinlər də adət ediblər ki, yolun hərəkət hissəsinə çıxsınlar, orada avtobusa minib-düşsünlər. "


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1064   Tarix: 10 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589