Sevgi olan yerdə qürur xəstəlikdir. [Sevgi Formulu]

Sevgi olan yerdə qürur xəstəlikdir. [Sevgi Formulu]Bilirsizmi, adi qadından qeyri-adi qadın yaratmaqçün cəmi bir detal lazımdı: onu sevmək kifayətdir ki, həyatının ağ-qara dilləri rənglənsin. İnanmırsız? Bəlkə, təcrübədən keçirəsiz? Əlbəttə, siz artıq bunun dadını çox yaxşı bilirsiz. Odur ki, əzizi oxucum, sevgiyə inanmayanların dediklərini dinləməyin. Nifrətdən usanmış ürək heç vaxt sevə bilməz axı! Sən dünyanı heyrətləndirməkçün yaranmamısan, ey insan! Sən ömrünü elə yaşamalısan ki, xoşbəxtliyin tamını dadasan. Xoşbəxtlik və sevginin qapıları isə heç kiminçün bağlı deyil. Sədəcə, bəziləri bu qapının hansı tərəfə açıldığını hələ yaxşı bilmirlər. Sən ki dünyaya öz seçimiylə yaşamağa imkan verirsən. Bəs niyə öz seçiminlə yaşaya bilmirsən axı?
Olarmı, oxucum, sənə «sən» deyə müraciət edim. Belə söhbətdə rəsmilik heç yerinə düşmür. Bu kiçik köşəni oxumağa səbrin çatmasa, heç incimərəm. Köşəni yazmağa məni sevgi yox, qorxu məcbur elədi. Qorxdum ki, sevgidən yazılanlara uyub əllərin yanına düşər, ümidini itirərsən. Onda sevginin gözəlliyini heç vaxt görə bilməzsən.
Oxucum, əgər dərddən və qüssədən göz yaşı axıtmamısansa, itirdiyin insanın ardınca qəzəbindən zəncir çeynəyib qızmamısansa, demək, hələ sevməmisən. Sevgi sevinc deyil, sadəcə, bu sözlər hər ikisi eyni hərflə başlayır. Bütün dünyanın dərdini çiyninə şələləmisənsə, deməli, hər şey hələ də irəlidədi.

Sevgi çeynənmiş, əzilmiş və heç vaxt da tüpürülmüş ola bilməz. Çünki bu, iki nəfərin arasında olan hiss deyil. Bu, sənin qəlbinin səsidir! Bu, sənin dünyagörüşündür! Bu, sənin o dünyadan gələn hədiyyəndir, ey insan! Nə vaxtacan sevgini başqalarının ürəklərində axtaracaqsan? Tapmayanda bunu əlində bayraq eləyib bütün dünyadan qisas alacaqsan? Qəlbinin nifrətini bir az azalda bilsəydin, bəlkə, orda sevgiyə də yer tapılardı.
İnsanın sevgi obyekti özü ola bilməz. Bu, xəstəlikdi, ondan sağalmaq lazımdı. Nə vaxtacan özünü sevəcəksən, bezmədinmi? Öz sevgilin olmaqdan absurd nə olar ki? Özünə inanmalısan ki, başqasını sevə biləsən. Sevginin əvəzində heç nə qazanmayacağını bəyəm indi eşidirsən?

Ola bilər ki, heç vaxt sevməmisən. Bu da sənin taleyindi, qəbul elə. Bəlkə, kiminsə özünü (saçının rəngini, gözlərini, boy-buxununu), kiminsə himayədarlığını («evlənəcəkmi?», «arxamda duracaqmı?», «tək qoyarmı, görən?»), kiminsə varidatını («kimlərdəndi?», «əsilli-nəsillidir») arzulamısan.? Sevginin əvəzində yanındakını öz qulun kimi görmək istəmisən. Ürəyində axtaracaqlarını onun gözlərində tapmaq istəmisən. Vətəni də ona görə sevmisən ki, onun çoxlu münbit torpaqları, 9 iqlim qurşağı, bir eşelon şair, yazıçı, musiqiçisi var. Sən də bu torpaqda yaşayıb uşaqlarının qarşısında Vətəninlə fəxr eləmək istəmisən. Hünərin var, ermənilərin becərdiyi torpaqları sev! Uşaqlarına da de ki, heç vaxt ayaq basa bilməyəcəyin torpaqların sevgisindən xoşbəxtsən. Vətənə verdiyin dırnaq ucu boyda sevginin əvəzində bütün insanların sevgisini necə tələb eləyə bilərsən axı? İki-üç nəfərin axmaq söhbətlərini eşitməyə bəndsən ki, ürəyinin olan-qalan sevgisini silib zibil yeşiyinə tullayırsan. Yəqin ki, doğulmağı öyrədən kimi sevməyi də öyrətməliydilər sənə...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 9678   Tarix: 16 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 824
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 327
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 510
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1146
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 875
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2832
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13031
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1099
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2055