Amerikalı hərbçi islamı qəbul edib, Talibana qoşuldu - FOTO

Amerikalı hərbçi islamı qəbul edib, Talibana qoşuldu - FOTOAmerikalı hərbçi islamı qəbul edərək, mücahidlər tərəfində döyüşüb.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, mayın sonlarında Pentaqon Əfqanıstanda hərbi əməliyyatlar zamanı əsir düşmüş serjant Boi Berqdalı azad etməyə nail olub. Əvəzində mücahidlərə Quantanamoda saxlanılan 5 taliban komandiri qaytarılıb.

Lakin araşdırmalar zamanı məlum olub ki, son 5 ili Əfqanıstanda əsirlikdə keçirən Berqdal bu müddət ərzində dinini dəyişib, islamı qəbul edib. Hətta mücahidlərlə birlikdə "kafir"lərə (amerikalılara) qarşı döyüşlərdə iştirak edib.

Mücahidlərin etimadını qazanan Berqdala üstündə silah gəzdirməyə icazə verilibmiş. Ümumiyyətlə, məlum olub ki, Berqdalın taliban döyüşçüləri ilə əla münasibətəri yaranıb. Bir yerdə futbol oynayır, təlimlərdə onlarla birlikdə avtomatdan atəş açırmış.

Berqdalın 5 taliban komandiri müqabilində geri alınması müxalifətdə narazılıq doğurub. Barak Obama isə bildirib ki, kimliyindən asılı olmayaraq, hakimiyyət əsirlikdə olan bütün amerikalı əsirlərin azad olunması üçün əlindən gələni edəcək.

Hazırda hospitalda reabilitasiya kursu keçən Boi Berqdalın barəsində isə Pentaqonda araşdırma aparılır.

Amerikalı hərbçi islamı qəbul edib, Talibana qoşuldu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1801   Tarix: 09 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040