Astarada uşağın faciəvi ölümü ilə bağlı gizli məqamlar – TƏFƏRRÜAT
2 il bundan əvvəl xəstəxana təmir edilərkən quyu doldurulmayıb və üstü qazonla örtülüb.
Astarada bədbəxt hadisə baş verib. 3 yaşlı uşaq adi bir səhlənkarlığın qurbanına çevrilib. Nənəsi ilə xəstəxanaya gedən uşaq, xəstəxananın həyətindəki mazut quyusuna düşərək boğulub.
BiG.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 11.00 radələrində Astara rayon mərkəzi xəstəxanasının həyətində baş verib.
Astara rayonunun Səncərədi kənd sakini 3 yaşlı Ədalət Babazadə nənəsi ilə xəstəxanaya gəlib. Uşaq nənədən ayrılıb və həyətdəki çəmənliyə tərəf gedib. Çəmənlikdə oynayan Ədalət, üstü ot örtüyünü ilə örtülən və ağzı açıq qalan mazut quyusuna düşüb. Hadisəni görənlər bir anlıq yerin aralanıb, uşağın ora düşdüyünü fikirləşiblər.
Hadisədən sonra dərhal aidiyyatı orqanlar məlumatlandırılıb. Çağırışa gələn Astara rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları Ədaləti xilas etməyə çalışsalar da artıq iş işdən keçmiş olub.
Qeyd edək ki, xəstəxananın həyətindəki mazut quyusu ötən əsrin 70-80-ci illərindən qalıb. 2 il bundan əvvəl xəstəxana təmir edilərkən mazut quyusu doldurulmayıb və üstü qazonla örtülüb.
Artıq faktla bağlı Astara rayon prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların gedişatında 3 yaşlı uşağın ölüm səbəbində kimlərin günahkar olduğu məlum olacaq.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş