Futbol rekordları

Futbol rekordlarıFərdi qollar
Fransız Stefan Stanis 13 dekabr 1942-ci ildə Milli çempionatda bir oyun ərzində 16 qol vurub.
Beynəlxalq matçlarda isə Danimarka yığmasının oyunçusu 1908-ci ildə Olimpiya oyunlarında Fransa yığması ilə görüşdə 10 qol vurub (17:1). Elə bu qədər də qolu 1912-ci ildə Olimpiya oyunlarında Almaniya-Rusiya (16:0) matçında Qotfrid Fuks vurub.
Bir mövsümdə ən çox qol vuranlar1927-1928-ci illər mövsümündə vurulmuş qollar üzrə rekordlar 39 matçda 60 qol vuran Uilyam Ralfa və 38 matçda 66 qol vurmuş Ceyms Smitə məxsusdur.

Digər rekordlar
Braziliyalı Artur Fridenrayx təsdiq olunmamış məlumatlara əsasən 26 illik futbol karyerasında (1909-1935) 1329 qol vurub.
Vrans Binder 1930-1950 illərdə Avstriya və Almaniyada keçirdiyi görüşlərdə 756 oyunda 1006 qol vurub.

Ən yaxşı qapıçılar
Madrid "Atletiko"sunun qapıçısı olmuş Eybl Resino beynəlxalq görüşlərdə 1275 dəqiqə ərzində qapısından top buraxmayıb.
İtaliyalı qapıçı Dino Zoff 1972-ci ilin sentyabrından 1974-cü ilin iyununadək qapısını "quru" saxlayıb.
Ən "görkəmli" qapıçı İngiltərə millisinin qapıçısı olmuş Villi Henri 1,90 metr boya və 141 kq çəkiyə malik olub. Son oyunlarını "Bredford"da keçirib, buna qədər onun çəkisi 165 kq-a qədər artıb. Bir dəfə oyundarın birində o, qapının üst dirəyini sındırdııb.

Maksimal hesab
Beynəlxalq görüşlərdə maksimal hesab 17:0-a bərabərdir. Bu hesab iki dəfə- 30 iyun 1951-ci ildə İngiltərə -Avstraliya və 1993-cü ildə İran-Maldiv Adaları arasındakı matçlarda qeydə alınıb.
Milli çempionatda isə ən böyük hesab 36:0 olub. Bu hesab 5 sentyabr 1885-ci ildə qeydə alınıb.

Ən tez edilmiş het-triklər
Bu rekordlardan biri "Tottenhem Hotspur"da oynamış Corc Holla aiddir. 16 noyabr 1939-cu ildə "Old Traford"da keçirilən İngiltərə-İrlandiya matçında o, 3,5 dəqiqəyə 3 qol vurub.
Maqlioni 18 mart 1973-cü ildə Argentina birinciliyində "İndependiente"-"Gimnaziya" matçında 1 dəqiqə 50 saniyəyə het-trik edib.
28 fevral 1942-ci ildə rəsmi qeydə alınmış rekord "Blekpul"un oyunçusu Efraim Cok Doddsa məxsusdur. O, 2,5 dəqiqə ərzində rəqib qapısına 3 qol vurub.
18 dekabr 1993-cü ildə "Kuin of Saut"un oyunçusu Tommi Brays oyunun 9,10,11-ci dəqiqələrində qol vurub.
16 sentyabr 1922-ci ildə "Blekbörn Rovers"in oyunçusu Con Makintayr 5 dəqiqəyə 4 qol vurub.
7 noyabr 1931-ci ildə "Vest Bromviç Albion"un oyunçusu oyunun ilk 5 dəqiqəsində 4 qola imza atıb.

Milli çempionatların finalında qeydə alınmış maksimal hesab
1935-ci ildə İsveçrə birinciliyində "Lozanna Sports" 10:0 hesabı ilə "Bazel"ə qalib gəlib, özü isə eyni hesabla 1937-ci ildə keçirilən final oyununda "Qrasshoppers"ə uduzub.

Öz qapısına ən tez qol vuran futbolçu
Bu "rekord" 3 yanvar 1977-ci ildə oyunun 6-cı saniyəsində başı ilə topu öz qapısına göndərən "Torki Yunayted"in futbolçusu Pet Kruza məxsusdur.

Rekord top atışı
"Birminqem Siti"də oynamış Endi Leqq topu 44,54 metr məsafəyə atıb.
"Mançester Yunayted" və "Mançester Siti"də oynamış Uilyam Meredit 26 il dalbadal (1895-1920-ci illər) beynəlxalq görüşlərdə iştirak edərək rekorda imza atıb.

Ən böyük stadion
Braziliyanın "Marakana" stadionu 205 min adam tutur, bunun 155 mini oturuqlu vəziyyətdədir.

Ən intizamsız matç
1993-cü ildə Paraqvay çempionatında hakim Vilyam Veyler matç zamanı 20 oyunçunu meydandan qovub.

DÇ-da ən çox qazanılmış şəxsi qələbə
Pele yeganə futbolçudur ki, milli yığmanın tərkibində 3 dəfə çıxış edərək dünya çempionluğunu qazanmağa nail olub- 1958, 1962 və 1970-ci illər. Müəyyən müddət ərzində ən çox vurulmuş qolBu rekord da Peleyə məxsusdur. O, 1956-1977-ci illər arasında keçirdiyi 1363 oyunda 1281 qol vurub. Ən uğurlu ili isə 1959 il olub. Həmin ildə o, 128 qola imza atıb. Özünün 1000-ci qolunu "Santos" klubunda çıxış edərkən "Marakana" stadionunda 19 noyabr 1969-cu ildə 909-cu oyununda penaltidən vurub.
DÇ-da ən çox qol vurmuş futbolçu Almaniyalı Herd Müller 1970-ci ildə keçirilən DÇ-da 10 qol vuraraq rekorda imza atıb.

Ən böyük futbol turniri
1999-cu il yanvarın 9-dan aprelin 25-dək keçirilən Banqkok liqasında 5098 komanda və 35686 futbolçu iştirak edib.

Ən bahalı futbol köynəyi
Britaniyalı futbolçu Geof Hurstun 1966-cı il DÇ-nın finalında Almaniya ilə oyunda geyindiyi qırmızı rəngli köynək 2000-ci ildə London auksionunda 91750 funda (134393 dollara) satılıb.

DÇ-da iştirak etmiş ən yaşlı futbolçu
Bu, Kamerun yığmasının oyunçusu Albert Rocer Miladır. O, 1994-cü il DÇ-da Kamerun-Rusiya matçında 42 yaşında meydana çıxıb.

Səudiyyə Ərəbistanından olan Məcid Abdulla Məhəmməd 1978-1994-cü illər arasında milli komandada 147 matç keçirərək rekorda imza atıb.
Britaniyalı qapıçı Piter Şilton meydana 1390 dəfə çıxıb, bunun 1005-ni milli liqada oynayaraq rekord vurub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2022   Tarix: 20 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164