Abituriyentlərə dərman xəbərdarlığı

Abituriyentlərə dərman xəbərdarlığıPsixoloq: "Abituriyentlər psixoloq yanında 4-6 seans qəbul etsələr, imtahanda müsbət nəticə göstərərlər"

"Tez-tez reklam olunan yaddaş gücləndirici dərmanlar sinir sistemini zədələyir. Abituriyentlər bu cür dərmanlardan uzaq olmalıdırlar". Bu fikirləri verilişlərin birində, psixoloq Tariyel Faziloglu deyib.

İmtahanqabağı stress, depressiya və yorğunluqdan danışan psixoloq bildirib ki, abituriyent belə dərmanlar əvəzinə bir sıra qaydalara əməl etsələr, imtahanda unutqanlıq sindromu ilə üzləşməzlər: "Abituriyentlərdə ən ciddi problem imtahanı hədəf seçmələridir. Sınaq imtahanında 500-600 bal toplayan şəxs bir də görürsünüz əsas imtahanda bu balın heç yarısını da toplaya bilmir. Səbəb bilirsiniz nədir? Sınaqda rahatdırlar, amma imtahana gələndə çox gərgin olurlar. Bu gərginliyi atmaq lazımdır. Düşünməlidirlər ki, bu da bir sınaqdır. İmtahandan kəsilmək hər şeyin sonu deyil".

Psixoloq hesab edir ki, Azərbaycanda imtahana psixoloji hazırlıq sıfır səviyyəsindədir: "Dünya praktikasında 12 yaşdan sonra qızlar, 14 yaşından sonra oğlanlar psixoloji konsultasiya qəbul edirlər. Abituriyentlik dövründə mütəmadi psixoloji konsultasiyalar keçirirlər. Bizdə bunların heç biri yoxdur. İmtahana qədər həftədə 1 dəfə olmaqla 4-6 seans abituriyenti stressdən qurtara bilər".

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, psixoloqlardan yararlanan abituriyentlər imtahanlarda daha yaxşı nəticə göstərir: "Məsələn bir qız var idi, 5-6 il imtahandan kəsilmişdi. Axırda o mənim yanıma gəldi. Ona psixoloji köməklik etməyə çalışdım. Hətta öz xahişi ilə imtahan günü özüm də imtahan keçirilən məktəbin qarşısına gəldim və 5-10 dəqiqə söhbət etdikdən sonra qız imtahana girdi. Və imtahanda 631 bal topladı. Yəni psixoloji amillərin nəticələrə bu dərəcədə təsiri var".

Tariyel Faziloğlu hesab edir ki, yaxşı nəticə üçün abituriyentlər imtahana bir həftə və ya 3 gün qalmış oxumaq, mütaliə etmək, hansısa fənni təkrarlamaq vərdişindən uzaq olmalıdır. Onlar mümkün qədər əyləncəyə meyl etməli, fiziki hərəkətlərə daha çox zaman ayırmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1911   Tarix: 15 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495