Xoşbəxt olmaq üçün nə etməli?

Xoşbəxt olmaq üçün nə etməli?İndi xoşbəxt olmaq elə də çətin deyil. Sadəcə bunu bacarmaq lazımdır. Alimlər müasir insanın xoşbəxt olması üçün sizə ip ucları verir.

BiG.AZ saytı Axar.az saytına istinadən xoşbəxt insanların etməli olduğu vərdişləri sizə təqdim edir.

1.Kin və nifrətdən xilas olun
Bu həm sizi qocaldır, həm də xoşbəxt olmanıza əngəl yaradır. Ən yaxşısı pozitiv olmaqdır. Gülümsəyin!

2.Hər kəsə yaxşı davranın
Ətrafınızdakı insanlara qarşı pis rəftarınız sizin də əhvalınızı pozacaq. Üstəlik, onların da sizinlə pis olmasına səbəb olacaq. Odur ki, kimisə acılamağa dəyməz. Xoşbəxt olmaq üçün hər kəsə yaxşı davranın!

3.Problemlərinizi üstünlük olaraq görün
Heç də həmişə problem özü ilə əlavə problem gətirmir. Çətinlik yaşadığınızda da bunu üstünlük kimi görün. Bu sizi növbəti çətinliklərə hazırlayır. Üstəlik, qazandığınız uğurlardan dad çıxarmağınza da səbəb olur.

4.Şükür etməyi bacarın
Əlinizdəkilərin qədrini bilin. Əldə etdiklərinizə görə naşükürlük etməyin. Hər şeyə görə şükür etməyi öyrənmək elə də çətin deyil.

5.Xəyallarınız böyük olsun
Olduqca böyük xəyallar qurun ki, fəth etdiyiniz zirvələr də yüksək olsun. Nə qədər az və kiçik xəyallar qursanız, əldə etdikləriniz də bir o qədər kiçik olacaq. Yüksəkliyə qalxmaq üçün ideyaların aliliyi mütləqdir.

6.Hər şeyə əhəmiyyət verməyin
Hər şeyin fikrini etməyin. Nə qədər ki, hər şeyi özünüzə problem etsəniz, bir o qədər tez qocalacaqsınız. Hər şey haqqında çox düşünmək sizə xoşbəxt olmağa imkan verməyəcək.

7.Başqaları haqqında yaxşı danışın
Birinin yanında digəri haqqında pis danışmağa dəyməz. Çünki bu onu deyil, sizi danışdığınız adamın yanında pis edəcək. Özünüzə və ətrafınızdaklara qarşı nə qədər pozitiv olsanız bir o qədər xoşbəxt olarsınız.

8.Bəhanə axtarmayın
Nə isə etmək üçün gec qalmayın. Hansısa işi görməmək üçün bəhanəyə ehtiyac yoxdu. Bəlkə də bəhanələrlə sabaha saxladığınız şeylər xoşbəxtliyinizə səbəb olacaq.

9.Hər səhər eyni saatda oyanın
Tənbəllikdən hələ ki, xeyir görən olmayıb. İşinizin olub-olmamasından asılı olmayaraq hər səhər eyni saatda yuxudan durmaq əhvalınza müsbət təsir edəcək. Bəli, bu o qədər də asan deyil. Ancaq xoşbəxtlik üçün vacibdir.

10.Pozitif insanlarla vaxtınızı keçirin
Ətrafınızda nə qədər pozitiv insan olsa bu sizin üçün bir o qədər yaxşıdır. Bəlkə də göydəndüşmə şansdır. Pozitiv dostlarınızın olması xoşbəxtliyiniz üçün bir vasitədir.

11.Başqalarının fikrinə ehtiyac duymayın
Bir iş görmək üçün başqalarının rəyini gözləməyin. Kiminsə sizin gördüyünüz işi bəyənməməsi əhvalınızı korlamasın. Əsas olan sizin o işi bəyənməyinizdi. Başqalarının deyil, özünüzün istədiyiniz şeyləri edin.

12.Sosial çevrənizi genişləndirin
Maraqlı və fərqli insanlarla münasibət qurun. Sosial dostlar qazanın. Hər yaşdan və kateqoriyadan olan insanlarla dostluq etməkdən qorxmayın.

13.Dinləməyi öyrənin
Xoşbəxt olmaq üçün vacib olan əsas məqamlardan biri də budur. Danşmaqdansa dinləməyə üstünlük versəniz, bunun sizə necə müsbət təsir etdiyini görəcəksiniz.

14.Qidanıza fikir verin
Nə qədər keyfiyyətli qidalansanız bu səhhətinizlə bərabər, əhvalınıza da müsbət təsir edəcək. Unutmayın ki, hər şeyin başında sağlamlıq gəlir.

15.İdmanla məşğul olun
İdman sizin gümrahlığınızı artıracaq. Əzgin bədən və əhvalla siz heç vaxt xoşbəxt ola bilməyəcəksiz.

16.Dürüst olun
Yalan danışmaq daimi olaraq narahatlıq yaradacaq sizdə. Bu cür həyat yaşamaq maraqsızdır. Özünüzə və ətrafınızdaklara qarşı dürüst olun.

17.Dəyişə bilmədiyiniz şeyləri qəbul edin
Həyatda hər şey insanın istədiyi kimi olmur. Vaxt və enerji sərf edib onları dəyişməkdənsə, olduğu kimi qəbul etməyə çalışın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9549   Tarix: 12 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476