Milyonları kövrəldən görüntülər - VİDEO

Milyonları kövrəldən görüntülər - VİDEOYouTube videoservisində çox məşhur olan, "MagicofRahat" niki ilə tanınan Rahat Hüsseynin prankster (videozarafatçı) stilində çəkdiyi yeni video ilə internet fenomeninə çevrilib.

Mart ayında Rahat Hüsseyn ABŞ-ın Siettl şəhərində küçələrdə yaşayan evsiz-eşiksiz Erik ilə tanış olur.

R.Hüsseyn bu evsizi sevindirmək üçün saxta lotereya bileti hazırlamış və sonra da o bileti supermarketlərdən birində Erikə verərək "Təbrik edirəm, lotereyada 1000 dollar uddun!" demişdi.

Təbii ki, uduş yoxdu: Rahat Hüsseyn evsiz olsa da, küçədə yaşasa da, qürurunu itirməyən və dilənməyən Erikə 1000 dollar vermək istəyirdi.

Erik inanmış, bileti almışdı.

Həmin anların əks olunduğu video YouTube-da baxış rekordu vurmuşdu.

Daha sonra isə Rahat Hüsseyn evsiz Eriki evlə təmin etmək qərarına gəlir.

"İnternetdəki tamaşaçılara və sosial şəbəkələrdəki profilimin oxucularına müraciət etdim. Erik evsiz olsa da, narkoman və ya əyyaş deyildi. O, iş axtarırdı, həyatını dəyişmək istəyirdi. Məni eşitdilər, Erikə yardım kampaniyası başlandı", - R.Hüsseyn deyib.

Onun sözlərinə görə, kampaniya bir neçə ay davam edib və bu vaxtda 44 min dollar yığılıb.

Evsiz Erik isə Rahat Hüsseynin pulunu ödədiyi moteldə qalırdı.

"Erikin küçədə qalmasını, təhlükədə olmasını istəmirdim. Çünki həmin küçədəki avaralar, narkomanlar, banditlər Erikin 1000 dollar udduğunu eşitmişdilər. Erik üçün moteldə ucuz otaq tutdum. Sonra isə onun üçün iş aramağa başladım", - Rahat Hüsseyn deyir.

Erik moteldə yaşamağa başladığı gündən cəmi 4 gün sonra özü iş tapır və çalışmağa başlayır.

Rahat Hüsseyn isə artıq Erik üçün ikiotaqlı evi kirayəyə götürmüşdü.

Ev internet istifadəçilərinin yığdıqları pul hesabına mebel və məişət texnikası ilə döşənmişdi.

Yığılan 44 min dolların 11 min dolları 1 illik kirayəyə, 12 min dolları kommunal xərclərə, paltara və ərzağa xərclənəcəkdi. 21 min dollar isə Erikin adına açılmış bank hesabına yatırılmışdı.

Erik evə daxil olanda bu mənzilin Rahata məxsus olduğunu düşünür.

Lakin o, mənzilin sahibinin özü olduğunu biləndə kövrəlir.

Bu videoya baxan milyonlarla insan da kövrəldiklərini yazıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3902   Tarix: 11 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086