Şou-müğənnilərimiz "erotik kliplər" xəstəliyinə tutulub

Şou-müğənnilərimiz "erotik kliplər" xəstəliyinə tutulubBiG.AZ baki-xeber.com-a istinadən xəbər verir ki, Son vaxtlar Azərbaycan teleməkanında açıq-saçıq səhnələr tez-tez yer alır. Müğənnilər tərəfindən çəkilən kliplərdə və ya teleseriallarda erotik səhnələr nümayiş olunur. Bu günlərdə telekanalların birində yayımlanan teleserialda erotik səhnənin açıq-aşkar nümayiş olunması tamaşaçılar tərəfindən xoş qarşılanmadı.
Ziyalılar Azərbaycan Milli Teleradio Şurasına da müraciət etdilər ki, bu serialın yayımı dayandırılsın. Məsələyə münasibət bildirən MTRŞ erotik səhnələrin yer aldığı film, teleserial və ya kliplərin gecə saatlarında yayımlanmasına qərar verib.

Açıq-saçıq səhnələrin yer aldığı klip və filmlərin çəkilməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır.

Musiqişünas Telman Ələkbərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycan müsəlman ölkəsi olduğundan, belə məqamlara həssas yanaşma vacibdir: "Müsəlman ölkəsinin teleməkanında erotik səhnələrin yer aldığı heç nə efirə verilməməlidir. Təəssüf ki, bəzi xanımlarımız bu cür səhnələrdə iştirak etməkdən çəkinmirlər. Biz hər zaman Azərbaycan xanımının ismətli qadın olduğunu bəyan edirik. Amma bu gün bəzi üzdəniraq müğənnilər çəkdirdikləri kliplərdə açıq-saçıq səhnələri canlandırır. Onlar elə bilir ki, belə davam edərsə, onların qazandıqları uğur daimi olacaq. Ancaq onlar unutmasınlar, erotik səhnə ilə uğur qazanmaq deyil, müəyyən müddət ərzində gündəmdə qalmaq olar. KİV-də onlar haqqında materiallar hazırlanır. Bəzi elektron saytlar bu tip səhnələrin yer aldığı kliplərə haqq qazandıracaq. Onlar deyəcəklər ki, Avropa ölkələrində belə səhnələrin yer aldığı klip və ya film olursa, bizdə niyə olmasın? Amma onlar düşünmür ki, Azərbaycan tamaşaçısı nə ingilis, nə də fransızdır ki, oturub erotik səhnəyə tamaşa etsin".
Ekspertin sözlərinə görə, seriallarda belə kadrların yayımlanmasının cəmiyyətimiz üçün heç bir faydası yoxdur: "Açıq-saçıqlıqla uğur qazanacaqlarını düşünürlərsə, yanılırlar. Bu gün Azərbaycan izləyicisi bundan nə qazana bilər? Məncə, bu sualı serialları çəkənlərə ünvanlasaq, onlar birmənalı cavab verə bilməyəcəklər. İyirmi faiz torpaqları işğal altında olan bir cəmiyyətə bu kimi seriallarla nəsə fayda vermək mümkün deyil. Ssenaristlər və rejissorlar serialların baxımlı olmasını istəyirlərsə, daha cəlbedici kadrlar əlavə edə bilərlər. Yoxsa,erotik və s. kadrlarla filmlərə maraq oyatmaq olmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6470   Tarix: 29 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767