Mixail Vasilyeviç Lomonosov

Mixail Vasilyeviç LomonosovM.V. Lomonosov Rusiyada elmin bünövrəsini qoyan dahi alim, rus xalqının fəxri və maarifpərvəridir.
O, 1711-ci ildə Arxangelski vilayətinin Xolmoqor qəzasının Denisovka kəndində balıqçı ailəsində anadan olub. Kiçik yaşlarından anadan məhrum olan Lomonosov(Михаил Васильевич Ломоносов) 10 yaşından dənizdə balıq tutmaqda atasına kömək etmişdir. Atası ilə həmişə dənizə səyahətə çıxarkən o, təbiətin rəngarəngliyi ilə maraqlanarmış, gördüyü müxtəlif hadisələr /Qütb parıltısı, buz dağları və s./ onu düşünməyə məcbur edirmiş. O vaxtlar insanlar belə təbiət hadisələrini izah edə bilmirdilər. Atasının zəhmətinə şərik olan Lomonosov işdən sonra boş vaxtlarında həmişə kitab oxuyarmış. Xüsusilə Smotritskinin «Slavyan qrammatikası» və Maqnitskinin «hesab» kitablarını oxuması, onda elmə böyük maraq və meyl yaratmışdır.

Maqnitskinin «hesab» kitabında /1703-cü il nəşri/ hesabdan başqa həndəsə, fizika, coğrafiya, astronomiya və s. haqqında geniş məlumat olub. Elmə olan böyük maraq onu 1730-cu ildə Moskvaya getməyə məcbur edir. M.V. Lomonosov 3 manat pul ilə arabada balıq aparan adamlara qoşulub Xolmoqordan Moskvaya piyada təhsil almağa gedir.
1731-ci ildə Lomonosov özünü Xolmoqor zadəganının oğlu kimi qələmə verərək «Slavyan-yunan-latın» akademiyasına daxil olur. O, özünü ona görə zadəgan oğlu adlandırmışdır ki, kəndli balalarını həmin məktəbə qəbul etmirdilər. Qəbul olduğu ilk gündən o, özünü bacarıqlı və istedadlı tələbə kimi aparmışdır. Oxuduğu müddətdə onun maddi və mənəvi cəhətdən olduqca çoxlu ehtiyacı olmuşdur. Bu barədə öz təəssüratlarında belə yazır: «… danışılması mümkün olmayan kasıbçılıq: hər gündə 3 qəpik pul xərcləyirdim. Bu yalnız çörəklə kvas içməyə çatırdı, bundan əlavə yeməyə, kağıza, geymək şeylərinə və s. böyük ehtiyacım olsa da buna heç cür imkan yox idi. Bu ehtiyaclar içərisində 5 il yaşadım, hər çətinliyə dözdüm, lakin elm öyrənməyi dayandırmadım.»

Lomonosov Moskvada oxuyarkən hiss edir ki, burada təbiətşünaslığı yaxşı öyrənə bilməyəcək. Ona görə 1734-cü ildə Kiyev ruhani akademiyasına oxumağa gedir. Burada da Lomonosov görür ki, səthi bilik verilir və «Aristotel fəlsəfəsi» təlim olunur. Ona görə yenidən Moskvaya qayıdır.
1735-ci ildə akademiyanı qurtaranlardan 12 tələbə, o cümlədən Lomonosov Peterburqa, gimnaziyada oxumağa göndərilir.
1736-cı ilin yanvarın 1-də Lomonosov Peterburqa gəlir, həmin ilin avqust ayında isə təhsilini davam etdirmək üçün Almaniyaya göndərilir. O, iki il yarım orada oxuyur və məşhur alim Xristian Vulfun yanında olur. Bu dövrdə Lomo­nosov riyaziyyatı və mexanikanı, fizikanı və kimyanı, alman və fransız dillərini və bir çox ümumtəhsil fənlərinin əsaslarını öyrənir. Vətənə qayıtdıqdan sonra Xristian Vulfun fizika kursu kitabını rus dilinə tərcümə edir. Bu kitab rus dilində birinci fizika dərsliyi olub.
Tərcümə zamanı Lomonosov, elmi rus dilinin kasıblığı ilə rastlaşır. Dərin zəkalı gənc alim öz yaradıcılığı ilə çətinlikləri aradan qaldırır, rus dilini yeni sözlərlə zənginləşdirir. Ona görə də rus elmində terminologiyanın əsasını qoyan və hazırda işlətdiyimiz sözlərin bir çoxunu ədəbiyyata daxil edən Lomonosov olmuşdur. Məsələn, fizika, termometr, düstur, porşen, elastiklik, sferik, atmosfer, barometr, şüanın sınması, maqnit qütbü və s.
M.V.Lomonosov 1742-cı ildən Peterburq Elmlər Akademiyasında işləməyə başlayaraq təbiətşünaslığa aid mühüm tədqiqatlar aparır. O, böyük çətinliklə Rusiyada birinci kimya elmi-tədqiqat laboratoriyası açmağa nail olur. Burada tədqiqat işlərinin səmərəli yerinə yetirilməsi elm tarixində birinci olaraq Lomonosova təbiətin mühüm qanunu materiya və hərəkətin saxlanması qanununun düzgün ifadəsini verməyə imkan vermişdir.
O, sübut etmişdir ki, təbiətdə heç bir şey itmir və birdən-birə heç nədən əmələ gəlmir, yalnız bir şəkildən başqa şəkilə keçir. Bu qanun maddə kütləsinin itməməsi qanunudur.
Qeyd etmək lazımdır ki, Lomonosov Lavuazedən 40 il əvvəl maddənin itməməsi qanununu kəşf etmişdir. Lakin onu əhatə edən mühit və şərait onun kəşfinin yayılmasına maneə olduğuna görə həmin qanun uzun müddət Lavuaze qanunu adlandırılırdı.
Lomonosov təbiət hadisələrinin izahına materialistcəsinə yanaşmış, hadisələri qeyri-elmi, dini nöqteyi-nəzərlə izah edənlərə qarşı mübarizə aparmışdır. O, qütb parıltısı, ildırımın əmələ gəlməsi, istiliyin təbiəti və s. hadisələrin elmi izahını vermişdir. Rixmanla birlikdə elektrik hadisələrini öyrənmiş, xüsusilə atmosfer elektrikini və onun yaranması nəzəriyyəsini yaratmışdır.
Qədim yunan alimlərinin maddənin quruluşu haqqındakı fikirlərini Rusiyada inkişaf etdirən Lomonosov olmuşdur. M.V.Lomonosov öz əsərlərində («havanın elastik qüvvə nəzəriyyəsi», «istiliyin və soyuqluğun təbiətinə dair mühakimə», «cismin bərk və maye halı haqqında» və s.) «termogen» və «flogiston» kimi səhv fərziyyələri tənqid etmiş, istiliyin təbiətini atom-molekul nəzəriyyəsi əsasında ilk dəfə düzgün şərh etmişdir. O, atom və molekul terminləri əvəzində element və korpuskul terminini işlətmişdir. Lomonosova görə istiliyin mahiyyəti cismi təşkil edən hissəciklərin hərəkətinin nəticəsidir.
Lomonosov 100-ə yaxın müxtəlif: fiziki, meteoroloji, kimyəvi və s. cihazlar hazırlamışdır. O, elektrik boşalmasını göstərən, küləyin sürətini və istiqamətini təyin edən, cismin bərkliyini təyin etmək üçün cihazlar, cisimləri aşağı və yuxarı təzyiqlərdə tədqiq etmək üçün qazan, qaz barometri, termometr və s. düzəltmişdir. İşığın dalğa nəzəriyyəsinin tərəfdarı olmuş, reflektorlu teleskop qurmuşdur. 1754-cü ildə Lomonosov termometr və başqa cihazları çox yüksəkliyə qaldırıb oradakı şəraiti öyrənmək üçün «aerodinamik maşın» qurmuşdur.
Rusiyada elmin inkişafı xatirinə universitet açılmasının tərəfdarı olmuş və plan hazırlanarkən təkidlə tələb etmişdir ki, ora zadəganlarla yanaşı kasıbların da uşaqları qəbul edilsin. 1755-ci ildə onun layihəsi üzrə Moskvada ilk uni­versitet açılmışdır və hazırda böyük alimin adını daşıyır.
1756-cı ildə o, baxış borusu qurur, gecələr səmanı müşahidə etməyə başlayır və 1761-ci ildə Venera planetinin atmosferi olduğunu kəşf edir. 1763-cü ildə yazmış olduğu «Yer təbəqələri haqqında» əsərində daş kömürün, torfun və şistin əmələ gəlməsini izah etmişdir.
«Qədim Rus tarixi» əsərini yazmaqla Lomonosov müasir rus ədəbi dilinin əsaslarını qoymuşdur. Ümumiyyətlə desək elmin bütün sahələrinə aid O, bir sıra gözəl, qiymətli elmi və tədqiqat əsərləri yazmışdır. Ona görə A.S.Puşkin çox haqlı demişdir ki, «Lomonosov özü bizim ilk universitetimiz olmuşdur».
Şüşə və çini sənayesi, rəngli şüşə istehsalı, boyaq hazır­lanması və s. sahələrin Rusiyada yaranması Lomonosova məxsusdur.
Lomonosovun ən böyük arzularından biri Rusiyanı savadlılar ölkəsinə çevirmək və gələcəkdə xalq içərisindən görkəmli alimlərin yetişdirilməsi idi.
V.Q.Belinski Lomonosovun fəaliyyəti dövründə onunla qarşılaşan çətinliklər və maneələrin olduğunu hiss edərək demişdir «… Ey gənc dahi, sən öz yolunla get, öz böyük əməllərinə doğru irəlilə. İnsanlarla vuruş, bu insanların səadəti naminə onlardan əziyyət gör, varlının əlini sıx, məmurların qarşısında başını əyib təzim et, lakin bunu onlar üçün və özün üçün yox, sevimli vətəndə elmi yaymaq xatirinə et və unutma ki, bu sənin üçün bir vəzifə deyildir, bu sənin tərəfindən verilmiş bir qurbandır».

«Fizika kimyanın sağ əli riyaziyyat isə onun gözləridir».
M.V. Lomonosov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3656   Tarix: 04 may 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185