Çəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTO

Çəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOGözəl kişi, hələ üstəlik də italyan – ona vurulmamaq mümkün deyil. Katrin Deniv də belə bir sevgiyə mübtəla oldu. Hər şey çəkiliş meydançasında baş verdi. Və Katrin Denev sadəcə vuruldu.

"Bu ancaq başqalarının başına gəlir"

Bu qəribə cütlüyü bir araya gətirən film belə adlanırdı. Və bu, onların başına gəldi. Katrin rejissor Fransua Tryuffodan yenicə ayrılmışdı. O, soyuq və qapalı idi. İlk dəfə Marçellonu görəndə düşünmüşdü: "Daha bir peşəkar gözəl". Bu vaxtlar Marçello da yaxşı deyildi. O da aktrisa Fey Danaueylə ayrılmışdı. Və bu ayrılığın acısını yaşayırdı.

Marçellonun yanında həmişə güclü qadınlar olmuşdu. Həmin qadınlar onun üçün təkcə sevgili olmurdu, həm də qayğısını çəkirdi. Əsl italyan kimi o, həmişə belə qadınlara maraq göstərirdi. Məhz bu xüsusiyyətinə görə o, ilk arvadı olan Flora ilə evlənmişdi. Bu müqəddəs qadın onu çox sevir və hər kaprizinə qatlaşırdı. Flora Marçellonu gözüyumulu sevirdi və onun bütün xəyanətlərini bağışlayırdı. O özü də italyan idi və Marçello Mastroyaninin sədaqətinə ümid bağlamağın mənasız olduğunu dərk edirdi. Flora sadəcə sevirdi və Marçellonun ən sadiq dostu idi. Marçello hər dəfə kiminləsə roman yaşayanda Flora dözürdü, çünki bilirdi ki, geri qayıdacaq. Və həmişə belə də olurdu.

Ağbəniz fransız gözəli Katrini dünya tamaşaçısı "Şerburq çətirləri" filmindən tanımışdı. Katrin əsl fransuz şarmına malik, qadın etalonu hesab ediləcək cazibəyə malik idi. Bu qadına baxanda ilk təsəvvür onun arxasında çoxlu sevgi romanlarının yaşandığını düşünmək olurdu.

Beləliklə, 1970-ci ilin baharında "Bu, ancaq başqalarının başına gəlir" filminin çəkiliş meydançasında hər ikisinin taleyini dəyişən görüş baş verir. Katrinin 27, Marçellonun isə 49 yaşı vardı. Mastroyanini xəbərdar eləmişdilər. Heç bir şəxsi söhbət olmamalıdır. Qalmaqal olsa, çəkiliş yarımçıq qalacaq. İtalyan sadəcə gülümsəməklə kifayətlənmirdi. Amma fransız da müdafiəni əldən vermirdi.

Epizodların birinin çəkilişindən sonra hər şey qəflətən dəyişdi. Senariyə görə, Katrin və Marçello ər-arvadı oynayırdılar. Oyunun daha təbii alınması üçün rejissor Nadin Trentinyan sözün həqiqi mənasında tale yüklü qərar qəbul edir: onların boş – televizorsuz, telefonsuz, kitabsız, qəzetsiz, jurnalsız evdə bir neçə gün tək yaşaması üçün "şərait yaratdı". Və onlar tək qaldı – qadın və kişi. Və bir neçə gün sonra bəlli oldu ki, onlara əslində heç nə, hətta yemək də lazım deyilmiş.

İtalyansayağı evlənmək təklifi

Çəkilişdən sonra onlar ayrıldı. Hərəsi öz yoluna. Biri Romaya, digəri Parisə. Sonra Marçello belə deyirdi: "Mən hər gün çobanyastığı gülü alırdım. Və çalışırdım ki, ləçəklərdən cavab alım – sevir, sevmir?"

Və nəhayət o, Katrinə hər şeyi atıb Romaya gəlməsini istədiyini söyləyir.

Marçellonun bundan əvvəlki sevgililəri adətən çox ehtiraslı və hisslərini biruzə verən olmuşdu. Katrin isə hisslərini gizlədə bilən təsiri bağışlayırdı. Bu isə italyanı daha da cəzb edirdi.

Katrinə olan hissləri Marçellonu o hala salır ki, 20 illik evlilikdən sonra onun hər bir hərəkətinə dözən Floranın ayaqlarına düşüb yalvarır ki, boşanmağa razılıq versin.

"Mən onu sevirəm, Flora. Nə olar məni burax".

Marçellonun eşq macəralarına öyrəncəli olan xanım Mastroyani əvvəlcə bunu növbəti əyləncə hesab elədi, sonra onun vicdanına təsir etmək istədi və nəhayətdə qışqırıb-bağırmağa başladı. Amma Marçellonun yazıq baxışlarına dözə bilmədi və sonda ona təslim oldu.

Mastroyani Parisə yollandı. Deniv yenə də ona ümid vermirdi. Amma hamı Katrinin necə dəyişdiyini hiss edirdi. O, xoşbəxt görünürdü. Və günlərin birində jurnalistlərdən biri belə bir sual verdi: "Nə vaxt evlənəcəksiniz? Axı xanım Mastroyani boşanmağa razılıq verib".

Marçella başa düşürdü ki, vaxtdır.

Günlərin birində o, qırmızı "YAQUAR"da iki qutu şampan, arxa oturacaqlar dolu güllər və iri brilyantlı nişan üzüyü ilə Katrinin evinə yollandı. Bundan əvvəl Mastroyani heç vaxt sevgi etirafı və evlənmək təklifi etmək barədə düşünməmişdi. Amma bu dəfə bam-başqa idi.

Hər şey gözlənilənin əksinə oldu. Marçellonun sevgi etiraflarını və təklifini sona qədər dinləyən Katrin sadəcə "yox" dedi.

Marçello nə edəcəyini bilmirdi və o, Romaya - Floraya zəng vurdu və dedi: "Flora, o mənə "yox" dedi. Flora, mən ölmək istəyirəm".

Flora isə halını pozmadan "Bəs sən nə gözləyirdin? Əşyalarını yığ, qayıt Romaya" dedi.

Kim dedi ki, mən xoşbəxtəm?"

Marçello Romaya qayıtdı və Floranın yanında yaralarını sağaltmaq istədi. Amma bir az özünə gələndən sonra o, yenidən Katrin adlı qalaya həmləyə başladı.

1970-ci ilin payızında sensasion xəbər yayıldı. Katrin hamilədir. Onun övladının atası isə Marçello Masrtoyanidir. Bunu eşidən Federiko Fellininin xanımı Culyetta Mazina ərinə deyir: "Bu, bizim bədbəxt Marçellonun fransız Bastilyasını almaq üçün son şansıdır".
28 may 1971-ci ildə Kyara-Şarlotta Mastroyani dünyaya gəlir. Əlbəttə, bu, Marçellonun ilk və yeganə övladı deyildi. Amma Kyara Marçellonun ən arzulanan övladı idi. Onun sevincinin həddi-hüdudu yox idi. Marçello bu xəbəri eşidəndə bir neçə yeşik şampan şərabı alır və küçədən keçənlərin hamısını qonaq edir: "Mənim qızım olub".

Marçello hesab edirdi ki, Katrin bundan sonra ondan imtina etməyəcək. Katrin isə razılaşmaq barədə heç düşünmürdü də. O hesab etmirdi ki, Kyaranın dünyaya gəlişi hər şeyi dəyişə bilər.

Elə bu ərəfədə onların hər ikisinin iştirakı ilə daha bir film çəkilir. Bu, onlara bir il birlikdə olmaq şansı verir.

Amma Katrin hisslərini yaxşıca gizlədə bilirdi. Bir il bir damın altında yaşasalar da, Katrin Marçellonu ər kimi görmək istəmirdi. Katrinin son qərarı, təkrar "yox" cavabı Marçello üçün ağır zərbə idi.

Beləliklə, Marçello yenidən Romaya, Floranın yanına qayıdır. Katrin ona qızı ilə görüşməyə heç vaxt qadağa qoymurdu. Amma Mastroyaninin sevdiyi qadınla yaşamaq istəyi reallaşmırdı ki, reallaşmırdı. Və sona qədər də reallaşmadı.

Marçello Mastroyani 1996-cı il dekabrın 16-da dünyasını dəyişdi. "Taleyin qəribəlikləri var" deyirlər. Marçello dünyadan sevdiyi qadın və sevdiyi qadından olan qızının qolları üstündə getdi. Marçello bunu taleyin hədiyyəsi kimi qəbul etdi.

İndi Katrin tək yaşayır və yaşadığı sevgilər barədə belə deyir: "Həmişə birinci mən gedirdim. Sevgimizin pik vaxtında. Dahi rejissorlar Roje Vadim, Fransua Tryuffo, dahi aktyor Marçello Mastroyani, böyük müğənni Serj Gensbur... mən onların hamısını atdım. Onlar məni bağışlamırdılar və anlamırdılar ki, mən sevgimizin pik vaxtında onları niyə atıram?! Bəlkə də onlar anlamırdılar ki, bununla da mən özümü dözülməz ağrıdan sığortalayıram. Bu gün mənə sevinc anlarını qızım və oğlum yaşadır. Onlar hər ikisi aktyordur. Qızım atasına oxşayır, bu, ona yaraşır".

Və bütün bunlardan sonra Katrin əlavə edir: "Kim deyir ki, mən xoşbəxtəm? Heç də yox. Mən 40 il əvvəl xoşbəxt idim, "Şerburq çətirləri" filminə çəkiləndə. İndi isə sadəcə həyatı sevirəm. Xoşbəxtlik isə sadəcə gəncliyin imtiyazıdır".

Çəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOÇəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOÇəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOÇəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOÇəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOÇəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOÇəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOÇəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOÇəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTOÇəkiliş meydançasında başlayan nakam məhəbbət - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4156   Tarix: 21 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724