90 ilə 90 kişi dəyişən fransız gözəlçə - FOTO

90 ilə 90 kişi dəyişən fransız gözəlçə - FOTOBiG.AZ Ailem.az-a istinadən bildirirki,XVII əsrin ən möhtəşəm qadınlarından biri 90 il yaşamış Ninon de Lanklo hesab edilir. Bu qadın hətta son nəfəsinə qədər öz gözəlliyini və ağlını qoruyub saxlamışdı. Bütün həyatını tək və öz zövqünə görə yaşamış bu qadın ətrafdakı heç kimə fikir vermirdi. Ninonu "kurtizankaların çariçası" adlandırırdılar. Lakin o, pula önəm vermirdi. Ninon yalnız sevgi üçün yaşayırdı. Bir dəfə kardinal Rişelyö Ninon de Lankloya həmin dövr üçün hədsiz böyük pul olan 50 min ekü təklif edir. Lakin Ninon onun pulunu qəbul etmir və kardinalla sevişməkdən imtina edir.

Ninon dövrünün qadınlarını anlayırdı. Onların zəif olmasına qəzəblənirdi. Onda həqiqətən də kişi ruhu var idi. Ninonun salonu dövrünün ən böyük, ən dahi şəxslərini cəlb edirdi. Kişilər bu qeyri-adi gözəl və olduqca ağıllı qadınla söhbət etmək üçün axışırdılar.

Ninon Turen saray xadimi Henrix de Lanklonun yeganə qızı olub. O, 15 may 1615-ci ildə Parisdə doğulub. Atası fəlsəfəni çox sevirdi və insanların nə düşündüyünü vecinə almadan yaşamağa alışmışdı. Ana isə olduqca dindar və qəddar qadın idi. Ana arzulayırdı ki, Ninon rahibə olsun. Ata isə qızına fəlsəfə öyrədirdi. Musiqi, oxumaq, rəqslər - bütün gözəl sənətlər Ninonun sevimlisi idi. Qızcığaz elə uğurlar qazanırdı ki, müəllimlər onu az qala möcüzə adlandırırdılar. Qızın kitabxanasında ən nadir əsərlərlə yanaşı, həmin dövrün ən məşhur əsərləri də yer alırdı. Atası gənc Ninonu özü ilə fəlsəfi məclislərə aparırdı. Gənc qız o qədər gözəl idi ki, kişiləri heyran edirdi. Ona dəfələrlə evlənmək təklifi gəlsə də, Ninonun ən çox qorxduğu şey məhz ailə idi. Öz həyatını kiminləsə bağlayıb, onu hansısa kişiyə qurban vermək öz məninə xəyanət etmək idi Ninon üçün. Ninonun 16 yaşı olanda atası vəfat etdi. Ardınca ana da qızı üçün dualar edə-edə o biri dünyaya yollandı. Ninon atasından qalan zəngin mirası nəinki dağıtmadı, hətta ikiqat artırdı. Ninon haqqında müasirlərindən biri belə yazırdı: zərif, incə, qaraşın qız, üzü olduqca bəyazdır, yanaqları aldır, böyük mavi gözləri var. Bu gözlərdə həm ehtiras, həm xeyirxahlıq, həm gözəllik oxunur. Ağzında gözəl dişləri və bəyaz gülüşü var.

Ninon hər gün daha da əmin olurdu ki, atasının həyat tərzi ona daha yaxındır. Tez-tez sevgililərini dəyişirdi. Turnell yaxınlığında ev aldıqdan sonra ətrafında ağıllı insanları topladı.

24 yaşlı Ninonun kaprizlərindən biri 19 yaşlı qraf Fliber de Qrammon oldu. Bu mələyə bənzər sarışın gənc Ninonun qəlbini oğurladı. Lakin Ninon bilmirdi ki, mələk üzün altında nə nacins insan yatır. Belə ki, qraf sevgililərinin hesabına yaşamağa alışmışdı. Bir səhər isə Ninonun qoynundan çıxan qraf onun yatmasından istifadə edərək, gizlincə cibindən böyük məbləğdə pul oğurlayır. Səsə ayılan Ninon bunu görür. Qraf ona "sağ ol, sevgilim" deyəndə Ninon "əlvida" deyir. Səbəb isə sadə olur. Ninon bir oğrunun sevgilisi ola bilməzdi.

Ninon haqqında əfsanələr bütün Parisi dolaşırdı. Ən məşhur qadınlar belə təmiz adlarını itirməkdən qorxmadan Ninonla tanışlığa can atırdılar.

Saysız-hesabsız məşuqlarından sonra markiz Edma de la Şatraya vurulan Ninon tamamilə dəyişir. Qısqanc sevgilisini qəzəbləndirməmək üçün heç yerdə görünmür. Heç kimi qəbul etmir. De la Şatr hər yerdə Ninonu izləyirdi və sevgilisinin evi ilə üzbəüz yaşayırdı. Bir gecə markiz Ninonun pəncərəsində işıq görür. O qədər cəld geyinir ki, başına şlyapa əvəzinə səhvən qrafin qoyur və sonradan güclə xilas ola bilir. Markiz Ninonun evində heç kimi tapmır, lakin sevgilisinə də inanmır. Evə qayıdaraq qəzəbdən titrəyir. Ninon sevgilisini inandırmaq üçün gözəl saçlarını kəsdirərək ona göndərir. Beləcə, sevgililər yenidən birləşirlər. Sonradan markizi Almaniyaya göndərirlər. Getməzdən qabaq markiz Ninondan kağız imzalamasını tələb edir: "Paris. And içirəm ki, markiz Edma de la Şatraya sadiq qalacağam". De Lanklo həvəslə kağızı imzalayır. Markiz gedir. İki həftə sonra isə Ninon qraf de Miosanın məşuqəsinə çevrilir.

Bir gün isə qraf dEstre və abbat dEffia gəzərkən Ninona rast gəlirlər və hər ikisi ona vurulurlar. Onlar gənc idilər, yaraşıqlı idilər. Ninon hər ikisini xoşlayırdı. O, dostları bir-birinə qarşı qoymamaq üçün bir yol seçir. Gündüzlər biri ilə, gecələr isə digəri ilə sevişməyə başlayır. Ninon hamilə qalır və oğlu olur. Hər iki dost uşağın atası olduğunu deyir. Məhkəməyə müraciət edirlər və zər atırlar. Kimdə ən çox xal olsa, uşağın atası da o olacaqdı. dEstre ən çox xal toplayan olur. Ninonda analıq hissləri olmadığından uşağa da elə o baxır.

1653-cü ildə de Lanklo markiz de Jerseyin məşuqəsi olur. Uzun müddətli sevgi münasibətlərindən sonra hamilə qalır. Bu barədə eşidən markiz sevgilisini sakit iqamətgahına aparır. Ninon beş ay ərzində burada sakitlikdə və insanlardan uzaqda yaşayır. Bir gün parkda gəzərkən Ninon ağac skamyanın üzərində "Fiokrit əfsanəsi"ni görür. Götürüb oxuyur. Möhkəm oxuyarkən birdən kənardan səs eşidir. Dönüb baxanda olduqca yaraşıqlı gənc görür. Aristlə görüş kurtizankada dərin təəssüratlar oyadır. Səhəri gün yenidən həmin skamyaya tərəf gedir. Arist onu gözləyirdi. Bir neçə görüşdən sonra kurtizanka anlayır ki, Aristi sevir. Özü də ən dərin hisslərlə. Tezliklə Ninon markizin təkidilə Parisə qayıdır. O qədər cəld yola çıxır ki, Aristlə vidalaşa da bilmir. Bir neçə gün sonra isə qəfil gənci qapısının ağzında görür. Gənc deyir: "Gəldim ki, mənə verdiyiniz xoşbəxtliyə görə minnətdarlıq edib, sizinlə vidalaşım".

Ninonun ürəyi gedir. Axşam özünə gələndə isə ona məktub gətirirlər. "Xanım, sizin adınızı bilmirdim. Öyrənəndə bütün ümidlərim qırıldı. Mən sonsuz sevgi arzusunda idim. Amma bu gözəl Ninon üçün qeyri-mümkündür. Əlvida. Məni unudun. Heç vaxt əsl adımı bilməyəcəksiniz və bir daha məni görməyəcəksiniz. Arist".

Ninon əlindən gələni edir ki, gənci tapsın. Amma əbəs yerə. Ninon bütün ömrü boyu gənci xatırladı. Hər dəfə son məktubunu oxuyanda göz yaşlarını tuta bilmədi. Tezliklə isə ana oldu. Markiz körpəni özünə götürəndə ana yox demədi.

Ninon əlli yaşında da kişilərin qəlbini fəth edirdi. Əlli yaşı olanda o, gənc və yaraşıqlı qraf Fiesko ilə sevişirdi. Əlli üç yaşında Ninon üçüncü dəfə ana oldu. Bu dəfə onun qızı oldu lakin doğulan kimi öldü.

1667-ci ildə isə Ninon faciə ilə üzləşir. Jerseydən olan oğlu ilə rastlaşan Ninon ona anası olduğunu demir. Gənc isə bir müddət sonra Ninona aşiq olur. Lakin sevdiyi qadının anası olduğunu öyrənəndə qaçaraq intihar edir.

1686-cı ildə isə Parisə gedən gənc baron Siqizmund Banyeyə Ninondan danışırlar. Baron hesab edir ki, yetmiş yaşlı qadın ona təsir edə bilməz. Lakin kurtizanka ilə tanış olduqdan sonra qraf səhv etdiyini anlayır. Tez-tez de Lanklonun salonuna gedir. Baron sonralar and içirdi ki, yetmiş yaşlı qadının bədəni az qala on səkkiz yaşlı qadının bədəni kimidir. Ninonun son sevgilisi abbad de Jeduaen olub. Həmin vaxt qadın səksən yaşında idi. Kurtizanka bir ay sevgilisinə həsrət çəkdirəndən sonra məhz səksən yaşı tamam olan gün onun oldu. Bir il davam edən münasibətlərdən sonra qısqanclıqdan bezən Ninon abbatdan ayrılır.

Ninon 17 oktyabr 1705-ci ildə, doxsan yaşında öz evində vəfat etdi. Deyilənə görə, ölərkən əsrin gözəlçəsi demişdi: "hər şeyin belə bitəcəyini bilsəm, vaxtında özümü asardım".

90 ilə 90 kişi dəyişən fransız gözəlçə - FOTO90 ilə 90 kişi dəyişən fransız gözəlçə - FOTO90 ilə 90 kişi dəyişən fransız gözəlçə - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3712   Tarix: 11 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356