Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdürGənc zabit həyatını Azərbaycan xalqının erməni təcavüzündən qorunmasına sərf edib.

Milli Qəhrəman Elşad Əhədovun doğum günüdür.

BiG.AZ movqe.az-a əsasən xəbər verir ki, Elşad Saday oğlu Əhədov 1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub.

Həyatını Azərbaycan xalqının erməni təcavüzündən qorunmasına sərf edən gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayıb və sonra Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayadan keçib və Beyləqanın müdafiəsində böyük rol oynayıb. Elşad Əhədovun son döyüşü 1993-cü il dekabrın 11-də Ağdaş yüksəkliyində olub.

O, bu döyüşdə ağır yaralanır və həkimlərin səyinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur, gözlərini əbədi yumur və şəhidlik zirvəsinə ucalır.

Elşad Əhədov Masallı rayonunun Təzə Alvadı kəndində dəfn olunub.

Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1277   Tarix: 04 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040