Alim Qasımov ən qorxulu tamaşaçıdır

Alim Qasımov ən qorxulu tamaşaçıdırBiG.AZ axar.az-a istinadən muğam ifaçısı Fərqanə Qasımova ilə müsahibəni təqdim edir. Çox çətin sınaq idi... - Səhnəyə ilk dəfə nə zaman çıxdığınızı xatırlayırsızmı? - Mən bu sənətin içində böyümüşəm, xəmirim muğamla yoğrulub, ancaq böyük səhnəyə atam məni ilk dəfə 1996-cı ildə Almaniyada olarkən çıxardı. Onu da qeyd edim ki, doqquz yaşım olanda, atamın filarmoniyada konserti oldu, üçlüklərdən ibarət qızların tərkibində "Araz-barı" oxudum. Çox çətin bir sınaq idi, amma Allaha şükür olsun ki, yaşım az olsa da, öhdəsindən gəlməyə müvəffəq oldum. Mən indi də o videolentə baxanda kövrəlirəm. İş çətinləşdirən ata - Siz də muğam ifa edərkən Alim müəllim kimi bir ayrı aləmdə olursuz, bu necə bir aləmdir, bizə də deyə bilərsiz? - Çox sehrli bir aləmdir, məni də o aləmlə atam tanış edib. Heç bir sözlə ifadə edə bilmirəm o hisləri, bəlkə atamın ifasını dinləyənlər qismən də olsa, o aləmə daxil ola bilərlər. Mən hər zaman atama deyirəm ki, ata, sən mənim işlərimi çox çətinləşdirmisən, məni elə bir aləmə salmısan ki, ordan baş çıxarmaq çox çətindir. Bir var, adi muğam ifa edirəm, bir də var, mən o sehrə düşürəm, bu bir qadınçun çox çətindir. Atama minnətdaram ki, məni həmişə öz sənətinə, öz şöhrətinə şərik qoşub, özüylə bütün çətin yollardan keçirib. Səhnəmizin tək Fərqanəsi mənəm - Fərqanə Qasımova - bu ad sizinçün nə deməkdir? - Fərqanə adı bizim nəinki ailəmizdə, heç nəslimizdə olmayıb, nənəmin istəyi ilə qoyulub. Nənəm Özbəkistandan gələndən sonra mən dünyaya gəldim və o çox istədi ki, adımı Fərqanə qoysunlar. Mənimçün adımın önəmi odur ki, insanlara tanıdır, təkcə məşhurluq baxımdan yox, elə hər mənada. Ailədə Fərqanə deyəndə, bilirəm ki, məni çağırırlar, hətta səhnəmizin də Fərqanəsi hələ ki, təkcə mənəm. Səhnənin xofuna qapıldım - Alim Qasımovun sənət möhürlərindən olan "Bayatı-Kürd"ü insanlara sevdirən onu sizə hirsləndiyinə görə ifa etməsi olub, deyirlər... - Hirs də ola bilər... Mən Fransa səfərimizdə səhnənin xofuna qapıldım və atam mənə nə qədər dedisə ki, oxu, oxumadım, atam da sonda əsəbiləşib uca səslə "Bayatı-Kürd"ü oxudu və necə oxudusa, tamaşaçılar heyranlıqlarını gizlədə bilmədilər. Bu baxımdan mənə elə gəlir ki: "Mən onsuz da hər şeyin öhdəsindən gələrəm, mənim əlimdə bu heç nədir, mən yaradacam",- deyə bir hislə ifa etməsi olub. - Sənətə olan bu boyda sevginizə rəğmən, heç yorulub istirahətə ehtiyac duyduğunuz zamanlar olub? - Qətiyyən... Mənim onsuz da çox illərim boşa gedib, sənətimə çox az zaman sərf etmişəm, başım övladlarıma qarışıb, öz şəxsi həyatıma çox vaxt ayırmışam, ona görə sənətimə doyunca vaxt ayıra bilməmişəm. Ağlaşma mərasimi... - Ömrünüzün hansı anlarını yaddaşınızdan silinməz hesab edirsiz? - Mən gəlin köçəndə evimizdə həngaməli ağlaşma mərasimi oldu (gülür). Atam bir yandan, anam bir yandan, qohumlar da o biri yandan, elə ağlayırdılar ki, sanki mən ərə yox, gora gedirəm. Mənimçün ailəmdən ayrılmaq çətin olmuşdu. Bir də nənəm rəhmətə gedəndə mən çox ağır hislər yaşadım, özümü aylarla toparlaya bilmədim, çünki nənəmi çox istəyirdim, elə o rəhmətlik də məni çox istəyirdi, adımı da o qoymuşdu. Amma zamanla bütün acılar gedir, yavaş-yavaş unudulur, yalnız xatirələri qalır. Atam bizi çox sərbəst böyüdüb - Sevib ailə qurmuşduz, yoxsa ailə məsələsində də atanızın məsləhətini dinləmişdiz? - Xeyr. Atam bizi çox sərbəst böyüdüb, azad fikirli olmağımızı istəyib. Hər bir məsələdə öz qərarımız olduğu kimi, kimlə ailə qurmaq barədə də özümüz qərar vermişik. Ailə elə bir məsələdir ki, gərək könlümə yatan biriylə ailə qurum, çünki bir ömür bərabər olacağıq. - Bir zaman Alim Qasımov və sizin haqqınızda şayiələr bitib-tükənmirdi, bu söz-söhbətlərə necə güc gəldiz? - Susmaqla, həmin insanlara cavab verməməklə... Alim müəllim öz böyüklüyünü göstərdi, mənə də dəstək oldu. Allahın bizə və bizim Allaha olan sevgimiz, inamımız bütün söz-söhbətlərə sinə gərməyə kömək etdi. Bilmirəm bu kimin şəxsi-qərəzliyi idi - Muğam musiqi yarışmasında Xalq artisti Arif Babayev və milli konservatoriyanın rektoru Səyavuş Kərimi tərəfindən müsabiqənin seçim turundan kəsildiz, səbəb nə idi? - Bilmirəm bu kimin şəxsi-qərəzliyi üzündən olmuşdu, amma gərək Arif müəllimlə Səyavuş müəllim bunun qarşısını alaydılar. Ancaq mən Alim Qasımovun qızıyam, onun çörəyini yemişəm, atam heç vaxt heç kəslə ədavət aparıb məsələni uzatmayıb. Mən də onun iziylə getdiyimçün hər kəsə hörmət etməyə borcluyam, bu üzdən həmin insanları öz konsertimə dəvət edəcəyəm. - Alim Qasımov sənətə çox böyük kasıblıq və çətinlik içində gəldiyini deyir, bəs sizin çətinliyiniz olubmu və nədə olub? - Doğrudur, atamgil çox böyük kasıblıq içində böyüyüblər, bir günün çörəyini zorla tapıb yeyiblər və növbəti günün fikrini çəkiblər, amma mən dünyaya gələndə artıq belə bir çətinlik yox idi, atamın işi vardı, kasıb deyildik, ruzimiz bol idi. Tanrı atamın insanlara köməyini, dəstəyini və verdiyi çörəyi qiymətləndirdi. Mənim isə sənətdə çətinliyim olmayıb, çox böyük sevgiylə bu işə yanaşmışam, tək çətinliyim Alim Qasımovun qızı adının məsuliyyətidir. - İndi konsertə hazırlaşdığınızdan qaynar iş rejimindəsiz, bəs adi gündə nə ilə məşğul olursuz? - Adi günlərdə səsyazma studiyasına gedirəm, pianino arxasında hansısa mahnının üzərində işləyirəm, Asəf Zeynallı adına musiqi məktəbində işləyirəm, tələbələrimə vaxt ayırıram, amma çalışıram vaxtımı ən çox övladlarıma sərf edim. Onların geyimlərinə, dərslərinə, yeməklərinə və dərsə gedib-gəlməklərinə nəzarət edirəm. Övladlarımın parlaq gələcəyi mənimçün hər şeydən önəmlidir. - Geyimlərinizdə ifa etdiyiniz muğamı tamamlayan özünəməxsusluq müşahidə edirik. Geyiminizlə özünüz məşğul olursuz, yoxsa stilist köməyindən istifadə edirsiz? - Geyimimlə hər zaman özüm məşğul oluram, bəzən Fəxriyyə Xələfovanın zövqündən istifadə edirəm, inşallah konsertimdə də Fəxriyyə xanımdan geyim alacam, "Könül-Bakı moda evi"nin də geyimlərindən istifadə edəcəm. Anamın da zövqünə çox arxalanıram, konsertlərimiz olanda anam geyimlər seçib alıb gətirir, mən onları geyinəndə hər kəs yaxşı mənada heyrət edir. Yəni heç kəs mənə demir ki, bunu geyinməlisən, sonucda qərarı özüm verirəm ki, bu paltarı geyinim, ya yox?! Hər zaman ehtiyac... - Konsertə qonaqlar dəvət edəcəksiz, yoxsa buna o qədər də önəm vermirsiz? - Əlbəttə, önəm verirəm, çünki bizim çox gözəl müəllimlərimiz var, onların dəyərli fikirlərinə hər zaman ehtiyac duyuram və konsertimə də dəvət edəcəyəm inşallah. Güman edirəm ki, məni qırmayıb dəvətimi qəbul edəcəklər. - Bəs həm atanız, həm müəlliminiz olan Alim Qasımovu öz tamaşaçılarınızın içində görmək necə hisdir? - Mənimçün tamaşaçıların ən qorxulusu, ən həssası və ən böyüyü elə Alim Qasımovdur. - Sonda nə demək istərdiniz?.. - Sonda "Axar.az" saytına, onun əməkdaşlarına dərin təşəkkürümü bildirirəm, oxuculara isə öz dəyərli vaxtlarını ayırıb bizi oxuduqları üçün minnətdaram. İnşallah, hər kəsi 28 fevral saat 19:00-da Heydər Əliyev adına sarayda baş tutacaq konsertimə dəvət edirəm, çünki məni yaşadan tamaşaçıların böyük muğam sevgisidir. Bilet alıb gələnlərə və gəlmək istəyənlərə təşəkkür edirəm. Gəlmək istəməyənlərə isə inşallah böyük muğam sevgisi arzu edirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2349   Tarix: 28 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189