İran şahı, Misir kralı və milyonçuların arzuladığı qadın - FOTO

İran şahı, Misir kralı və milyonçuların arzuladığı qadın - FOTOÖtən əsrin 40-cı illərinin parlaq siması olan Rita Xeyvort yalnız adi aktrisa deyildi, o, həmçinin, kino tarixinin ilk "seks-simvol"u idi.

O, hamının qəbul etdiyi "sevgi ilahəsi" idi, onun gözəlliyi insanları dəli edirdi... İri gözləri, kürən gur saçları, inanılmaz dərəcədə qadınlıq keyfiyyəti, gözəl bədən quruluşu və kübarlıq – o, peşəkar rəqqasə idi.
Təəccüblü deyil ki, Ritanı ekranda görən hər kəs - adi əsgərdən tutmuş məşhurlara qədər hər kəs bu gözəlliyin qarşısında ağlını itirirdi...
26 yaşlı Orson Uellsin Ritanı ekranda görər-görməz başqa heç nə barədə düşünə bilməməsi də təəccüblü görünməməlidir. – "Bu qadın mənim həyat yoldaşım olacaq"- o söyləyir. Rita onunla tanış olmaq istəmirdi. Orson isə fasiləsiz olaraq ona zəng edirdi. Rita zənglərə cavab vermirdi. Bu zaman Uells açıq hücuma keçir. O, axşam saat altından səhər saat altıya qədər onun evinin yanında keşiş çəkir. Nə Hevvortun əri, nə jurnalistlər – heç kim onu yerindən tərpədə bilmir. Nəhayət, Rita onun inadının qarşısında tab gətirmir. O, aşağı düşüb, Orsonun evlənmək təklifini qəbul edir. Cadsona isə boşanmaq qalır. İnsanlığın ən ali arzusu yerinə yetir: ölkənin ən arzuolunan qadını zamanının ən istedadlı kişisinin xanımına çevrilir.

İran şahı, Misir kralı və milyonçuların arzuladığı qadın - FOTOTəəssüf ki, bunun nəticəsində qeyri-adi heç nə baş vermir. Bir neçə ay davam edən ehtiraslı münasibətlərdən sonra Orson həyat yoldaşından bezir və yenidən öz işi ilə məşğul olmağa davam edir. Rita isə bunu dərhal anlamır. O, hələ də "Yatmış gözəl"dəki gözəl idi. Heyvort xoşbəxtliyin başa çatdığını anlamamışdı.
Orson çox inandcıl insan idi. Uells eyni anda bir neçə işin qulpundan yapışmışdı: O, gah Ruzveltin seçkiqabağı təbliğat kompaniyasına başçılıq edir, gah Hollivudda parlaması naminə "Qaranlığın ürəyi" filminə çəkilir, gah Avropaya gedir, gah da fokuslardan ibarət şou hazırlayırdı.
Rita onu səyahətlərində müşayiət edə bilmirdi, çünki "Columbia" şirkəti ilə müqavilə buna izn vermirdi. Hətta 1944-cü ildə qızı Rebekkanın dünyaya gəlməsi belə nikahın çat verməsinin qarşısını ala bilmir. Dəyişkən xasiyyətli, daim başı qarışıq olan Uells bəzən nəinki öz həyat yoldaşı, hətta qızı barədə də unudurdu.

Onların yeganə birgə işi "Şanxayda olan xanım" filmi olur, bu da təsadüfdən yaranır. Belə ki, Uellsə teatr üçün pul lazım idi. Ona görə o, "Columbia"dan istənilən süjetli bir film çəkməyi xahiş edir. Bu təklif Harri Konun xoşuna gəlir. Uells pulu alır, əvəzində isə Rita Heyvortun iştirakı ilə dedektiv çəkəcəyinə söz verir.
Cütlük boşanma ərəfəsində idi. Lakin bu işə mane olmurdu. Heyvort şikayət etmirdi. O artıq gözəl şahzadənin onu çoxdan unutduğunu anlamışdı. İndi Orsonun yeni işi və yeni qadınları vardı.

Onların yolu bir daha heç vaxt kəsişmir. Uells ABŞ və Avropada çalışır, Marlen Ditrix, Fransuaza Saqan və digərlərini yoldan çıxarmaqla məşğul olur.
Ritaya evlilik təklifi edənlər arasında Misir kralı, İran şahının qardaşı və bir çox milyonçular vardı. Rita daha üç dəfə evli olur: Pakistan rəhbərinin oğlu Əli-xanla, ikinci dərəcəli aktyor Dik Haymsla və prodüser Cim Hillə. Hər növbəti nikahda Rita bir daha əmin olurdu: nağıl yalan imiş, həyatındakı kişilər yalnız ondan istifadə etmək istəyirlər.

İran şahı, Misir kralı və milyonçuların arzuladığı qadın - FOTOAktrisanın taleyi dəhşətli sonluqla bitir. Bir vaxtlar dünya gözəli hesab edilən qadın içkiyə qurşanır, ruhi problemlər yaşayır, bəzən heç doğma övladlarını da tanımır. Hamı tərəfindən unudulmuş Rita Heyvort 1987-ci ildə vəfat edir. Onun yanında övladlarından təkcə qızı Yasmin olur.
Uells keçmiş həyat yoldaşının vəziyyətindən xəbərdar idi, lakin o, bu haqda danışmağı sevmirdi. Yalnız bir dəfə, səhvlərini heç zaman boynuna almayan Uells, nəhayət, etiraf edir: "Ritanın kişilərdə bəxti heç gətirmirdi. Mən də digərlərindən fərqlənmədim. Mən ona sonradan yerinə yetirmədiyim vədlər verdim. Yəqin, mən onun qarşısında günahkaram".

Rita özü isə ölümündən bir müddət əvvəl qızı Yasminə deyir: "Məni heç kim sevmirdi. Heç kim. Hamıya mənim pullarım və şöhrətim lazım idi, özüm yox. Məni ancaq Orson sevirdi, o da sona qədər sevmədi. Mən isə onu o qədər sevirdim..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3315   Tarix: 17 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292