Sovetdən son çıxanlar - VİDEO

Sovetdən son çıxanlar - VİDEODünən Sovet Qoşunlarının Əfqanıstandan çıxmasının 25 illiyi idi. Sovet qoşunlarının tərkibinlə azərbaycanlılar da döyüşürdü. Antropoloji oxşarlığı və DİN eyniyyəti baxımından əfqanlara bənzəyən azərbaycanlılar strateji əhəmiyyət kəsb edirdilər. Meyidləri tez tez üstümüzə gəlsə də Əfqanıstanda onlar Vahid vətənə Sovet İttifaqına xidmət edirdilər. Bir müddət sonra Azərbaycan Ermənistanla savaş aparanda əfqanlar Azərbaycana hərbi ezamiyyətə gəldilər. Onlar muzdlu döyüşçülər kimi gəlmişdilər ki, pul qazansınlar. Vuruşdular, qazandılar və getdilər. Amma Suriyada döyüşən azəbaycanlılar var. Və mən heç arzulamazdım ki, Suriyadan da nə vaxtsa Azərbaycana döyüşmək üçün gəlsinlər. Çünki onların ermənilərə atəş açmağa gələcəyinə hər halda mən inanmıram. Əfqanıstanda döyüşənlər Sovet Həqiqəti naminə döyüşürdülər. Bu gün o həqiqət yoxdur. Heç yalan da. Olan qalan sonuncu sovetin qalığını, Sovetskini də Müstəqil Azərbaycan artıq aradan qaldırmaq qərarına gəlib. 

Amma hər şey o qədər də asan deyil. İnsan öz keçmişindən həmişə gülə-gülə ayrılmır. Bakının əfsanəvi bir parçası olan, hamımızın Sovetski kimi tanıdığı bu rayonun sakinləri öz tərcümeyi hallarının isti və işıqlı yeri ilə vidalaşmaq ərəfəsindədir. İsti yurd-yuvasından köçürüləcək bu insanlar başqa yerdə də isti qucaq alacaqlarına arxayın olmaq istəyirlər. Bakıda buna qədər də müxtəlif vaxtlarda köçlər, köçürülmələr olub, bəzən ağır, bəzən nisbətən yüngül. Amma bu rayonun camaatının problemi bir qədər başqadır. Əvvəla onu deyim ki, bu insanların köçmək istəyi ilə bir problemi yoxdur. Onlar köçmək istəyirlər və bunu etməyə də hazırdırlar. Məsələn, artıq 45 ailə asanlıqla köçə razılıq verib, onlara ödəniləcək və camaat arasında artıq halallıq kimi dəyərləndirilən məbləğ də hesablarında rahat nəfəs alırlar. Amma burda bəzi məsələlər də var ki, onların üzərində dayanmaq istərdim. Məsələn köç təklifi alan sakinlər arasında yaşayış sahəsi 100-120 kvadrat metrdən artıq olan şəxslər var və onlar bir kvadratmetrə görə aldıqları və ya alacaqları 1500 manata qane olurlar. Məsələn, 1500 manatı 100-əvuraq və bu da edir 150 min manat. Bu qiymətə mənzil almaq, özü də normal mənzil almaq mümkündür və sakinlər bunu bilməmiş deyillər. Doğrudur, indi yaranmış şəraitdən istifadə edərək mənzil bazarında bahalığa nail olanların kəmfürsətliyi də var yəqin ki, bununla gələn həftə biz ayrıca məşğul olacağıq. Amma hələ ki, bazarda 100 min manata, 150 min manata normal mənzillər almaq olar və buna görə də bu qədər pul almış sakinlər sakitdirlər. 
Camaatın Sovetski adlandırdığı bu ərazidə çoxlu kiçik mənzillər də var və ən böyük problem də bu mənzillərlə bağlıdır. Məsələn 10 kvadrat metrlik mənzildə yaşayan sakinin 15 min manata mənzillə təmin olunacağına o potensial evsiz kimi elə mən də inanmıram. Belə sakinlər isə bir deyil, beş deyil, yüzlərlədir. Deməli Yasamal İcra Hakimiyyəti və bu məsələnin maliyyə tərəfi ilə məşğul olan Malliyyə Nazirliyi vəziyyətdən çıxış yolu kimi hansısa yeni mexanizm təklif etməlidir. Əks təqdirdə, xeyirxah niyyətlə atılan addımların sonu yaxşı yola aparmır. Bir daha təkrar edirik. Bu rayonun camaatı-Sovetski sakinləri köçmək istəyirlər və bunu tez bir zamanda etmək. Şəhərimizin inkişafı, çiçəklənməsi, gözəlləşməsi istiqamətində görülən işlərdə öz əmlaklarından. Mülklərindən keçməklə iştirak etmək istəyirlər. Doğrudur, ola bilər ki, ortada hansısa avantüristlər var, onlar qaşınmayan yerdən pul çıxarmaq istəyirlər. Hər yerdə və həmişə olduğu kimi. Amma bu məşhur bakılıların öz şəhərlərinə ideal münasibətləri var və köklü şəhərlilər kimi atdıqlarını da, tutduqlarını da yaxşı bilirlər. Ona görə də onlara kələk gəlmək, başlarını aldatmaq olmaz, həm də ki. Axı onların başını heç aldatmaq istəyən də yoxdu. Şəxsən mən Yasamal Rayounun İcra Hakimiyyətinin başçısı ilə görüşmüşəm, onun əlində olan sənədlərlə tanış olmuşam. Buna qədər bəzi yalançıların guya evin tualetinə bir, yataq otağına başqa qiymət qoymaqla bağlı danışdıqları təmsilləri yerində yoxlamışam. Öz gözümlə görmüşəm ki, hətta meyvə acağına qoyulan qiymət var. Məsələn 20 manat Əgər sənin həyətində hansısa tikilin varsa, ona da ayrıca qiymət qoyulub. Çardağın, zirzəminin, qarajın öz qiyməti var. Elə buna görə də sakinlərin rayon rəhbərliyi ilə birbaşa ünsiyyətinə ehtiyac var, mənim bildiyimə görə rəhbərlik artıq müəyyən təkliflər hazırlayıb və yaxın günlərdə onu Maliyyə Naizrliyinə təqdim etmək fikirindədir. Ola bilsin ki, mənzil sahəsi az olan sakinlərlə bağlı yeni qərar lap elə bu günlərdə elan olunacaq. 

Bu gün sovetski camaatının rayon rəhbəriliyi ilə görüşün açıq havada keçirilməsi ona kənardan mitinq anturajı versə də, işin içində olanlar bilir ki, bu etiraz aksiyası deyildi. İnsanlar sadəsə olaraq istəyirdilər ki, onları görsünlər, eşitsinlər. Söhbət heç də ondan getmir ki, bu adamlar ömürlərini burda keçiriblər, burdan tabut da aparıblar, gəlin maşını da, buranın hər bir santimetri olanların xatirə mədfənidir, həm də ona görə ki, hər bir kəs öz sonuncu varidatını dəyər dəyməzinə satmaq istəmir. Bura onun son ümid yeridir. Necə deyərlər, divardır, dalandır, o yanı bu yanı olmayan dalan. Onlar heç kimi dalana dirəmək niyyətində deyillər. Ona görə də başları üzərinə Heydər Əliyevin portretini qaldırırlar. Amma onları da dalana dirəmək lazım deyil. Burada hamı bilir ki, onların mənzillərinin yerində kimlərsə ev tikib pul qazanmayacaq, ortada əzəmətli bir xiyaban olacaq. Necə deyərlər, onların məskənlərini zərgər dili ilə desək lom yerinə alırlar. Ona görə də heç kim öz kvadrat metrinin qiymətini ceyran belinə qaldırmır. Amma ovçuda da gərək insaf olsun. O da gərək ceyranın gözlərini unutmasın. 

Sovetski Kirovun, Marksın, Leninin abidəsi tək bir rəmz idi. 11-ci Qızıl Ordu kimi. 26-lar məqbərəsi tək. Bu rəmzin bir şüuraltı zədəsi də var idi. Çünki heç kim o rayona rəsmən Sovetski adını verməmişdi. Bu adı əhali, xalq özü qoymuşdu. İndi isə bu ad bu yarlıq aradan qalxır. Bakı sonuncu sovet qalığından təmizlənir. Yerində Müstəqil Azərbaycan evləri olacaq. 


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2340   Tarix: 18 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390