At ətini, it ətini yeyərək, vərəmi, xərçəngi necə satın alırıq? - Azərbaycanda dönər dəhşəti

At ətini, it ətini yeyərək, vərəmi, xərçəngi necə satın alırıq? - Azərbaycanda dönər dəhşətiAzərbaycanda, ən çox ayaqüstü yeyilən yeməklərdən biri də dönərdir. Dönər, görünüşü, ləzzəti, hətta dönərçinin qarşısından keçərkən ətri ilə insanı özünə cəlb etməyi bacaran ayaqüstü yeməkdir.

Bəs yaxşı, yediyiniz dönərin hansı ətdən və ya nə ətindən hazırlandığını bilirsinizmi?

Türkiyə dönərin vətəni hesab edilir və Azərbaycanda xüsusilə geniş yayılıb. Demək olar ki, bütün kafe və restoranlarda ən çox satılan ayaqüstü yemək dönərdir. Dönər nə qədər insana xoş gəlsə də, sevməyənləri və necə hazırlandığını bilən insanlar da az deyil. Hətta bəzi insanlar necə və nə ətindən hazırlandığını bildikləri halda, dönər yeməyə davam edirlər.

Amma uzun müddətdir ki, dönərlə bağlı mübahisələr, istifadə edilən ətlərin mənşəyi ilə bağlı idialar irəli sürülür.

Məlum olduğu kimi dönərin hazırlandığı yer ayrıca olaraq təmiz olmalıdır. Anti-sanitarik yerdə hazırlanarsa, xərçəng xəstəliyi belə yarada bilər. Dönərin közdə və ya işıq istisində bişməsində də fərqlər var. Amma hər ikisi də insan sağlamlığı üçün böyük təhlükə yaradır.

Dönər ətlərinin bir çoxunun Hindistandan gətirildiyi, Azərbaycanda isə ölü heyvan ətlərindən hazırlandığı ifadə edilir. Dönər yeməyin zərərləri kömürdə bişən dönərin, odla təması halında kanserogen (xərçəng xəstəliyini törədən amillər) riski yaradır.

Gün boyu bitməyən dönərin bir gün sonra təkrar satılması isə ölümcül qida zəhərlənməsinə yol aça bilər. Ümumiyyətlə, dönər çalışıldığı qədər az istilikdə bişməli və ən azı istilikdən 15 sm uzaq olmalıdır. Dönərin ucuz başa gəlməsi üçün dönərçi, müəyyən qədər qənaət edərsə, dönər daha da zərərli olar.

Məsələn, köhnə ət, keyfiyyətsiz tərəvəzlər, solmuş göyərti və s. İnsan dönər yemək üçün bütün bunları nəzərə almalıdır. Hər şeydən əvvəl isə öz sağlamlığını. Hazırlanması toyuq kəsimi və parçalanması olunan yerlərdə, zibilə atılması lazım olunan hissələri və dərisi, bəzi işçilər tərəfindən yığılaraq dönərçilərə satılır.

Hətta artıq ətlərin dadı hiss olunmasın deyə, ətə bəzi baharatlar vasitəsi ilə xüsusi ləzzət qatılır. Satılmamış-yəni dünəndən qalan dönər isə farş halına gətirilir. Sonra da təzə dönərin içinə farş formasında əlavə olunur.

Dönər bıçağının tez–tez itilənməsi insan sağlamlığına zərər verən əsas şərtlərdən biridir. Dönər bıçaqları, adətən, poladdan olur. İtiləndikdə isə onun üstündə polad qırıntıları toz şəkilində qalır. Fikir versəniz görərsiniz ki, dönər bıçaqları itiləndikdən sonra yuyulmur və ət kəsməyə davam edir. Bu, çox böyük təhlükədir.

Gözlə görünməməsi onun zərərli olmaması demək deyil. Çünki öldürücü mikroblar da gözlə görünmür. Ədviyyatlara dönərin hazırlanmasında 1 çay qaşığı duz əlavə olunur. Amma həmin duz yodlaşdırılmamış olur. Belə duzları yeməyin üzərinə əlavə etmək yol verilməzdir.

Bu, insan həyatı üçün çox təhlükəlidir. Amma dönərin hazırlanma prosesində təhlükəli duz məhlulundan istifadə halları geniş yayılıb. Kəklik otu və ya digər ədviyyatlar isə köhnə ətin dadını hiss etdirməmək üçün istifadə edilir.

həkimlərin rəyi

Tibb Elmlər Namizədi Aman Mehdiyev Publika.Az –a dönər ilə bağlı şok açıqlamalar verib:

"Dönərçilər ən azı hər altı aydan bir müayinədən keçməlidir. İstər gigiyena, istərsə də xəstəlik cəhətdən bu insanların təmiz olması əsas şərtdir.

Bəzi dönərçilər vərəm, hepatit kimi xəstəlik daşıyırlar. Bunlar xəstə sayılmır, amma daşıyıcılarını kiməsə yoluxdura bilərlər. İctimai iaşə müəssələrində çalışan insanlar sanitar epidemioloji stansiyalar tərəfindən çox ciddi nəzarətdə olmalıdır.

Onların bununla bağlı kitabçaları da var və hər altı aydan bir ciddi müayinədən keçməlidirlər. Dönər çox sağlam heyvanların ətindən hazırlanmalıdır. İstər toyuq, qoyun, istərsə də mal heyvanı olsun, heç fərq etmir.

Sağlam olması ilə yanaşı, xüsusi olaraq həkim nəzarətindən keçməsi də əsas şərtlərdən biridir. Sağlam heyvan ətləri istifadə edilməsə, o zaman bunların içində "askarida" və digər qurd yumurtaları olur. Askarida qurdunun yumurtası müəyyən dərəcə istiliyə davamlıdır. Onlar 100 dərəcə istilikdən bir qədər yuxarı dərəcədə ölürlər.

Bir sözlə, dönər çiy olarsa askarida yumurtası daşıyır. Çox bişərsə, qızarar və ya yanarsa, o zaman kanserogen (kanser – rak - xərçəng) xəstəliyi yaradır. Ümumiyyətlə, dönər insan həyatına kəskin şəkildə ziyan vurur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2711   Tarix: 08 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 288
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 340
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 482
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 786
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 787
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 480
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 242
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 200
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 351