Avstraliya haqqında maraqlı faktlar və - FOTO

Avstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln2 km-dir.
Ucqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır.
O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.

Adaları - Tasman, Kenquru, Kinq, Melvil v s.
Cərəyanları: - şərqi Avstraliya, Cənubi Passat (isti), Qərb küləkləri cərəyanı (soyuq).
Kəşfi: 1606-c ildə Yanson, 1642-ci ildə A. Tasman və 1771-ci ildə C. Kuk Avstraliyanın müxtəlif hissələrini kəşf ediblər.
Relyef:-Qondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən -16 m aşağıdadır. Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir.Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır.
Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır.
Faydalı qazıntıları: Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlarda neft, qaz, kömür və s. yerləşib.
Avstraliyanın iqlimi:
Dünyanın ən quraq materikidir. Çünki cənub tropiki bu materiki tən ortadan kəsib keçir, deməli materikin çox hissəsində tropik hava kütləsi və yüksək atmosfer təzyiqi qurşağı üstündür. Burada enən hava axınları, passatlar (xüsusi ilə şərq sahilinə təsir edir) və yağıntısız, aydın, buludsuz hava hakimdir.
Avstraliyanın qərb hissəsinə müxtəlif hava kütlələri maneəsiz daxil olduğu halda Böyük Suayrıcı silsiləsi şərqdən gələn rütubətli okean hava axınlarının qarşısını kəsib, materikin daxilinə buraxmır. Nəticədə Avstraliyanın şərq sahillərinə yağıntı çox, mərkəzi və qərb hissələrinə isə az düşür. Avstraliyada aşağıdakı iqlim quraqları var:

1. Subekvatorial qurşaq Avstraliyanın şimalını əhatə edir. Burada yayda (dekabr-fevral) ekvatorial (isti, rütubətli); qışda (Iyun-avqust) tropik (isti, quru) hava kütlələri hakimdir.
2. Tropik qurşaq – materikin mərkəz hissələrini əhatə edir. Burada qurunun geniş sahə tutması kontinental havanın formalaşmasına səbəb olur. 2 tipi var; a) rütubətli tropik iqlim-materikin şərqini əhatə edir. Bura il boyu Sakit okeandan tropik hava bol yağıntı gətirir. b) quru səhra tropik iqlim-materikin daxili və qərb hissəsi üçün səçiyyəvidir.
3. Subtropik qurşaq-materikin cənubunu əhatə edərək 3 iqlim tipi yaradır. Cənub-qərbdə- Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, Cənub-şərqdə-ilboyu bərabər rütubətli subtropik iqlim tipi yaranır.
5. Mülayim iqlim – Tasmaniya adasını əhatə edir. Yay quru, sərin; qış mülayim, rütubətlidir.
Çaylar. Avstraliya ən quraq materik olduğundan çay şəbəkəsi seyrəkdir. Materikin 60%-ı axarsız hövzəyə aiddir. Materikin mərkəzindəki səhra və yarımsəhralar üçün müvəqqəti quruyan caylar səciyyəvidir ki, onlara "kriklər" deyilir. Belə çaylarda su yalnız nadir halda yağan yağışlardan sonra qısa müddət olur. Ilboyu bolsulu çaylar Avstraliyanın yalnız çox yağıntı düşən şərq hissəsindədir. Avstraliya çayları yalnız yağış və yeraltı sularla qidalanır, çünki burada qar yağmır və buzlaqlar yoxdur. Avstraliyanın ən iri çay sistemi Murrey və onun qolu Darlinq sayılır. Murreyin uzunluğu 2570 km, Darlinqin uzunluğu isə 2740 km-dir. Darlinq quraqlıq vaxt quruyur. Murrey isə səviyyəsini kəskin azaltsa da qurumur.
Gölləri. Avstraliyanın gölləri əsasən axarsız və şorsuludur. Bu göllər əsasən yağış suları ilə qidalanır. Materikin ən iri gölü Eyr gölüdür. Bu göl dəniz səviyyəsindən -16 m aşağıda yerləşib. Gölün səviyyəsi çox dəyişkəndir. Yağış yağdıqda gölün sahəsi bir neçə dəfə artır. (Afrikadakı Çad gölü kimi). Bu gölün ətrafı materikin ən quraq və bəhrəsiz yeridir. Avstraliya yeraltı sularla zəngindir. Burada 7 minə qədər artezian quyusu var.

Avstraliyanın təbii zonaları
Avstraliyada aşağıdakı təbii zonalar var: 1. Subekvatorial iqlim qurşağında yaranmış həmişəyaşıl meşələr, savannalar, seyrək meşələr. 2. Tropiklərin səhra və yarımsəhraları. 3. Subtropiklərin həmişəyaşıl cod yarpaqlı meşə və kolluqları.
Iqlimi quraq olduğuna görə Avstraliyanın bitki örtüyü çox kasıbdır. Bitki növlərinin 75%-i endemikdir, yəni onlara yalnız Avstraliyada rast gəlmək olar. Bu onu göstərir ki, Avstraliya başqa materiklərdən çoxdan ayrılmışdır. Endemik bitkilərdən – evkalipt, kazuarin, butulka ağacı, heyvanlarından-yexidna, ördəkburun, emu dəvəquşusu, koala, kenquru və digər kisəlilərdir.
Səhralar- Avstraliyanın mərkəz və qərbini tutan Viktoriya və Böyük Qumlu səhralarıdır. Onlardan qoyunçuluqda otlaq kimi geniş istifadə edilir. Səhralar bitki ilə xeyli zəngin olsa da (Avstraliyada səhradakı kolluqlar skreb adlandırırlar), Afrika səhralarından fərqli olaraq vahəsizdir. Çünki burada yeraltı sular duzlu və çox dərində yerləşirlər.
Əhali -19 mln. nəfər olub, dünyanın ən az məskunlaşmış materikidir. əhalisi 2 hissədən:- yerli aborigenlərdən və gəlmələrdən ibarətdir. əhali əsasən Avstraliyanın təbii şəraiti əlverişli olan şərq, cənub-şərq və qismən də cənub-qərb ucqarlarında yaşayırlar. Daxili və şimali Avstraliya isə ən az məskunlaşmış regionlardır.
Bu materikdə yalnız 1 dövlət- Avstraliya Ittifaqı yerləşib. Geniş və hamar relyef, səhra və yarımsəhra landşaftlar, zəngin təbii ehtiyatlar Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas təbii amillərdir.
Problemləri-bəzi relikt və endemik heyvan və bitki növlərinin kökünün kəsilməsi, digər materiklərdən heyvan və bitkilərin gətirilməsi nəticədə ekoloji tarazlığın pozulması, susuzluq.

Okeaniya - Sakit okeanın mərkəzi və qərb hissələrindəki ada və arxipelaqlardır. Okeaniyanın ümumi sahəsi 1,3 mln. km2 olub, 7 min adadan ibarətdir. Okeaniya adalarının əksəriyyəti vulkanik və mərcan mənşəli olub, ekvatorial və tropik iqlim qurşaqlarında yerləşirlər. Böyük adalarından Yeni Qvineya, Yeni Zelandiya və s. isə materik mənşəlidir. Okeaniya adalarının materikdən çoxdan ayrılması özünü bitki və heyvanlar aləminin yoxsul olmasında göstərir. Fiziki coğrafi xüsusiyyətlərinə görə bu adalar aşağıdakı qruplara ayrılır:
1. Meloneziya (qara adalar deməkdir).
2. Mikroneziya (kiçik adalar deməkdir).
3. Polineziya (çoxlu adalar deməkdir).
4. Yeni Zelandiya- Okeaniyanın ikinci böyük adası olub, iki böyük adadan şimal və Cənub adalarından ibarətdir.
Yeni Qvineya Okeaniyanın ən böyük adası olub, böyüklüyünə görə dünyada yalnız Qrenlandiyadan geri qalır.

Avstraliya haqqında maraqlı faktlar və - FOTOAvstraliya haqqında maraqlı faktlar və - FOTOAvstraliya haqqında maraqlı faktlar və - FOTOAvstraliya haqqında maraqlı faktlar və - FOTOAvstraliya haqqında maraqlı faktlar və - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5405   Tarix: 07 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

TOP MP3