Ermənistanda kütləvi şəkildə Azərbaycan dili öyrənilir

Ermənistanda kütləvi şəkildə Azərbaycan dili öyrənilirErməni mətbuatına diqqət etdikdə erməni jurnalistlərin sanki tam olaraq Azərbaycan dilini bildiklərini, bizim Azərbaycan dilində olan mətbuatı hər an izlədikləri nəticəsinə gəlmək olar.

Azərbaycan mediası isə ermənilərin rus və ingilis dilində olan mətbuatını izləyə bilir. Səbəb sadədir. Azərbaycanda erməni dilini bilənlər çox azdır.

Bunu Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı Modern.az saytınaaçıqlamasında da təsdiqləyib.

O, qeyd edib ki, ermənilər Azərbaycan dilini mükəmməl öyrəndiyindən bizi bizdən yaxşı bilirlər: "Ermənistanda həqiqətən Azərbaycan türkçəsi və Türk dilini bilməklə bağlı problem yoxdur. Hətta bu sahədə çalışmalarda bir rəqabət var.

Orada çox güclü türkoloqlar ordusu var. Türkiyə və Azərbaycanda baş verən prosesləri təqib etmək, öyrənmək üçün dili bilmək imkanlarından yaxşı istifadə edirlər. Azərbaycan və Türkiyə ilə bağlı araşdırma yazılarını, ümumiyyətlə bizə yönəlik verilən reaksiyaları oxuyarkən bunun şahidi oluruq ki, ermənilər bizi bizdən yaxşı bilirlər.

Amma ermənilər bununla da kifayətlənmirlər, universitet və ayrıayrı qurumlarda Azərbaycan dilini gənclərinə də öyrədirlər. Ermənistan Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutu bu məsələdə əsas baza rolu oynayır. Burada dil öyrənməklə yanaşı gəncləri "Azərbaycanşünaslıq" və "Türkşünaslıq" üzrə mütəxəssis kimi hazırlayırlar. Çoxsaylı Araşdırma Mərkəzlərində də anoloji fəaliyyət var".

Qafar Çaxmaqlının fikrincə, ermənilər Azərbaycan dilini öyrənməyi uzağagedən hədəf kimi qarşıya qoyublar: "Ermənistanda Azərbaycan dili təkcə universitetlərdə tədris olunmur. Hələ mən təhlükəsizlik orqanlarını demirəm. Ermənilər bizi uzunmüddətli "düşmən" saydıqlarından qarşıya uzaqmüddətli hədəflər qoyublar. Onlar bunu hesablayırlar ki, "bir vaxt gələcək, türk dili bilənlərin sayı azalacaq". Ona görə də indidən tədbir görürlər.

İrəvan Dövlət Universitetində də bizim dili öyrədirlər. Dediyim kimi, onlar mükəmməl mütəxəssis hazırlamaq üçün bu fəaliyyəti aparırlar".
Bəs, Azərbaycan və Türkiyədə erməni dili necə öyrənliri?
Müsahibimiz deyir ki, Türkiyədə bu məsələyə yanaşmada bir qədər ciddiyyət var və bu işdə o da yardım edir: "Daha öncələr türklər də bu məsələyə xırda bir iş kimi baxırdılar. Əzabını bu gün çəkirlər. İndi münasibət dəyişib və ermənicə bilən türk mütəxəssislər yetişdirilməyə başlanılıb".

Qafar Çaxmaqlı Azərbaycanda erməni dilinin öyrənilməsinin ermənilərlə müqayisədə çox aşağı səviyyədə olduğunu bildirib: "Bizdə demək olar ki, həftədə bir-iki saat erməni dilindən dərs vermək mümkündür. Çox təəssüf ki, bu məsələdə biz ermənilərlə rəqabətdə hələ ki, uduzuruq. Erməni dilini öyrənmək istəyən azərbaycanlı gənclərin bu dili öyrənməyə həvəsinin olub-olmaması önəmli deyil. Əsas məsələ odur ki, millət özü üçün nə faydalıdırsa, gələcəkdə dövlətin təhlükəsizliyini təmin etmək üçün nə gərəkirsə onu etməlidir.

Bu gün ermənicə bilən mütəxəssisə ehtiyac varsa, bu ehtiyacı ödəmək lazımdır. Bu iş dövlət siyasəti olmalıdır və bu işə yaxşı pul da ayırmaq lazımdır. Özümüzü aldatmayaq. Bu sahədə gerilik var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3734   Tarix: 09 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 606
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 32
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 252
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 193
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 342
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 507
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 348
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 299
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 796