Bacısının milyonçu sevgilisini əlindən alan birinci xanım

Bacısının milyonçu sevgilisini əlindən alan birinci xanımTarix ona nəsə yazanları hər zaman xatırlayır. Bir çox məşhurlar - yazıçılar, musiqiçilər, rəssamlar... təkcə işləri ilə deyil, həm də həyatları ilə yadda qalıblar. Bu həyatlar arasında kədərlisi də var, faciəlisi də, xoşbəxti də. Sevgi isə yaradıcı insanların ruhundadır. Onların sevgiləri hər zaman oxunulur, izlənilir. Bunu nəzərə alaraq, "Məşhurların sevgiləri"ni təqdim ediriki.
... Amerikanın ən güclü xanımı, keçmiş birinci ledi Ceki ilə yunan maqnat, pirat və dünyanın ən zəngin adamlarından olan Aristo Onassisin toyu əsl qalmaqal olmuşdu. Bu toy XX əsrin ən səs-küylü, qalmaqallı toyu kimi tarixə düşdü. Amerikalılar heyrət içində idilər. Ərinin, ABŞ-ın ən məşhur prezidentinin və sevgilisinin ölümündən beş il keçməmiş Jaklin ürəyini bu qəribə adama vermişdi. Çoxları Jaklini bağışlamadılar və bu hərəkətini xəyanət kimi qiymətləndirdilər...

Gənc yaşlarından Jaklin Buvye əmin idi: bütün kişilər arvadlarına xəyanət edirlər. O, buna o qədər alışmışdı ki, hətta bu fikirlə az qala nəfəs alırdı. Gözünün qarşısında canlı nümunə olan atası vardı. Onun çoxsaylı sevgiləri Jaklinin anası ilə evliliyinə mane olmurdu. Valideynləri nəticədə ayrıldılar. Amma Jaklin atasına heyrandı və əmin idi ki, atası düz edib, başqa cür ola bilməz. Qızcığaz həmişə atasının tərəfində dururdu. Ömür boyu da sevgililərində və ərlərində atasını axtaracaqdı. Bu, ona ömür boyu əzab verəcəkdi. Daim insanların gözü önündə olan Ceki bütün əzablarını süni təbəssüm altında gizlədəcəkdi. Hər kəs onu süni, soyuq və insan emosiyalarından məhrum hesab etsə də, heç kim içindəki təlatümləri bilməyəcəkdi.

Jaklinlə prezident Con Kennedinin toyu amerikalılar üçün əsl nağıl olmuşdu. Onlar hər ikisi Amerikalıların sevgisinə çevrildilər. İlk dəfə idi ki, Amerika prezidentinin belə gözəl və uyumlu xanımı vardı. Lakin bu, Jaklin və Conun nikahının yalnız görünən tərəfi idi. Digər tərəfdən Kennedi Jaklinə dəfələrlə xəyanət edirdi və bunu gizlətməyi belə vacib bilmirdi. Jaklin isə hər dəfə alçaldıqca geyimində dəyişiklik edirdi. Bax, elə belə də o, amerikalıların canlı dəb ikonasına çevrildi.

Biznesmen, milyarder argentinalı Ari Onassiso ilə Jaklini bacısı Li tanış edib. Aristo təkcə zəngin deyildi, həm də seksual və olduqca nəzakətli idi. Onu canlı enerji bürümüşdü və bu enerji qarşı tərəfi cəlb edirdi. Ceki də istisna olmadı. Ərinin istəyinə qarşı çıxaraq Jaklin Onassisin yaxtasında səyahətə çıxdı. Həmin vaxt biznesmen Jaklinin bacısı ilə görüşürdü və onunla evlənməyi düşünürdü. Lakin birinci ledi ilə görüşü onun fikrini dəyişdi. Bir aydan sonra isə Kennedi öldürüldü.

Kennedi qardaşları Onassisə nifrət edirdilər. Aristo ilk milyonunu 25 yaşında qazanmışdı. Onun "qanuni oğru" olması rəqiblərinin sayını artırırdı. Qanuni yolla olmasa da, qeyri-qanuni yolla Aristo varidatını artırırdı.

Prezidentin ölümündən sonra Onassis tez-tez Jaklini ziyarət edirdi. Deyəsən, o, Jaklini hamıdan yaxşı başa düşürdü. Jaklin böyük bir xalq tərəfindən sevilirdi, onun hər şeyi vardı. Bircə şeydən başqa - onun müdafiəsi yox idi. Ərinin ölümündən sonra Jaklin Kennedilərə ola biləcək yeni sui-qəsddən qorxurdu. O, uşaqları üçün hədsiz narahat idi. Güclü Aristo ilə evlilik isə çox şeyi həll edə bilərdi, eləcə də pul məsələlərini. Bu nikaha qarşı olan yeganə adam Bobbi Kennedi oldu. O bildirdi ki, yaşadığı müddətcə Ceki ərə getməyəcək. 5 iyun 1968-ci ildə isə prezidentliyə addım-addım irəliləyən Bobbi öldürüldü. Jaklin yaralı qurd kimi fırlanırdı. O, Ariyə yalvarırdı ki, onu və uşaqlarını bu qətllərlə dolu ölkədən aparsın.

10 oktyabrda tanker maqnatı Jaklinin barmağına böyük yaqut və brilyant daşlı üzük saldı. Üzüyün qiyməti 1.2 milyon dollar idi. Cekinin 39, Aristonun 62 yaşı vardı. 1968-ci ilin 20 oktyabrında isə cütlük evləndi. Onların toyu biznesmenin şəxsi adası olan Skorpioda baş tutdu. Qəzetlər Cekini vicdansız və xəyanətkar adlandırırdılar. Lakin artıq Ceki üçün heç nəyin önəmi yox idi. Onassisin oğlu Aleksandr və qızı Kristina da bu nikaha qarşı çıxdılar. Onlar atalarının yanında öz anaları Tinadan başqa heç kimi qəbul etmədilər.

Lakin bu böyük sevginin müddəti bir neçə həftədən o yana keçmədi. Qarşılıqlı sevgi, ehtiras və bağlılıq söz-söhbətə davam gətirmədi. Evlilik formal hal aldı. Ari əvvəlki sevgilisinin yanına qayıtdı. Ceki isə yenidən depressiyasına milyarderin pullarını xərcləməklə qalib gəlməyə çalışdı. Məşhur dizaynerlərin son kolleksiyalarından paltarlar, ayaqqabılar, bahalı incəsənət əşyaları və daha nələr alınırdı. Çeklər isə Onassisin ofisinə gedirdi. Aristonun köməkçiləri xərcləri görəndə şoka düşürdülər. Onassis özü əvvəlcə buna göz yumsa da, sonradan vəziyyətin ciddiliyini anladı. Ceki ilə evlilik onu qəpiksiz buraxa bilərdi, maddi vəziyyəti get-gedə acınacaqlı hala düşürdü.

Onassis özəl dedektiv tutaraq Nyu-Yorkda yaşayan arvadını izləməyi tapşırdı. O, ümid edirdi ki, Cekinin hansısa bir hərəkətini tutar və tələsik boşana bilər. Lakin oğlu Aleksandrın qəfil ölümü hər şeyi dəyişdi. Həyatda bir-birini çətin anlasalar da, Aleksandrın ölümündən sonra milyarder özünə gələ bilmədi. 15 mart 1975-ci ildə Aristo Onassis Parisdə yerləşən xəstəxanada ağır xəstəlikdən gözlərini əbədi yumdu. Son günlərində də yanında bacısı və qızı vardı. Ceki onu bağışlamadı. Cekinin vəkilləri ərinin ölümündən sonra miras məsələlərini müzakirə etdilər. Cekiyə miras qalmışdı, lakin bu, ona bəs etmirdi. Onassisin qızı Kristina atasının dul qadınına 26 milyon ödədi. Yalnız bir şərtlə: Jaklin həmişəlik onların ailəsindən əl çəkməli idi. Ceki özünü və uşaqlarını həmişəlik təmin etdi.

Cekiyə qarşı maraq heç vaxt sönmədi. 1994-cü ildə xərçəng xəstəliyindən ölənə qədər pərəstişkarları ona sadiq qaldılar. Aristonun ölümündən sonra o, redaktor olaraq çalışdı. Həmişə memuar yazacağını desə də, etmədi.

Bacısının milyonçu sevgilisini əlindən alan birinci xanımBacısının milyonçu sevgilisini əlindən alan birinci xanım


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3471   Tarix: 03 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424