Şəhidliyin növləri

Şəhidliyin növləriMənbə: http://zikr.az

Şəhid kimdir?

Şəhid sözü şahid deməkdir. Bəzi alimlər şəhidə belə deyilməsinin səbəbini onun Allahın nemətlərinə şahid olması ilə əlaqələndirirlər. Şəhid Allaha iman gətirən və Allahın yolunda döyüşərək öldürülən şəxsdir. Bu ən üstün şəhidlik mərtəbəsidir. Lakin şəhidlik bununla bitmir. Başqa növ şəhidlər vardır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz hədislərində onlar haqqında xəbər vermişdir.
Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Aranızda şəhid olanlar haqqında nə deyirsiniz?" Dedilər: "Şəhidlər Allah yolunda öldürü­lənlərdir". O buyurdu: "Elə olduqda, həqi­qə­tən, ümmətimin şəhidləri az olar; Allah yolunda öldürülən şəhiddir, Allah yolun­da ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, vəba xəstəliyin­dən ölən şəhiddir". (İbn Məcə 2804).

Şəhidliyin növləri

Həmçinin, Peyğəmbər başqa hədislərdə şəhidliyin aşağıdakı digər növlərini qeyd etmişdir:
Taundan ölmək, 
boğularaq ölmək,
yanaraq ölmək şəhidlikdir,
seldə boğulmaq, 
doğuş zamanı ölən qadını isə uşağı cifti ilə Cənnətə sürükləyəcək.
Bədəni hər hansı bir dəmirlə deşilərək ölmək,
dağıntı altında qalaraq ölmək,
vəhşi heyvan tərəfindən parçalanaraq öl­mək,
ağ ciyər iltihabından ölmək,
malını qoruyarkən öldürülmək,
dininə görə öldü­rülmək,
canını müdafiə edərkən öldürülmək,
ailəni müdafiə edərkən öldürülmək,
haqsız yerə öldürülmək.

Taun haqqında

Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Taun xəstəli­yindən ölən hər bir müsəlman şəhid sayılır".

Allah Elçisinin salləllahu aleyhi və səlləm azad etdiyi Əbu Asib y adlı kölə rəvayət edir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Cəbrail qız­dır­ma və taun ilə yanıma gəldi. Qızdırmanı Mədinədə saxlayıb, taunu Şama gön­dər­dim. Taun ümmətim üçün şəhidlik, kafir üçün isə murdar­lıqdır".

Rəvayət edilir ki, Peyğəmbərin salləllahu aleyhi və səlləm zövcəsi Aişə O demişdir: "Bir dəfə mən Peyğəmbərdən salləllahu aleyhi və səlləm taun barəsində soruşdum. O mənə dedi: "Bu bir əzabdır, Allah onu istədiyinə göndərir. Allah onu möminlər üçün bir mərhəmət et­mişdir. Belə ki, yaşadığı məmləkətdə taun yayılmış bir adam sə­bir edərək və savabını Allahdan umaraq, üstəlik bu xəstəliyin ona yal­nız Allahın qəzavü-qədəri ilə yoluxa biləcəyinə etiqad edərək o yerdə qalarsa, ona şəhidin savabı qədər savab yazılar". (əl-Buxari 3474).

Peyğəmbərlərin və şəhidlərin qibtə etdiyi kəslər

Allah Elçisi salləllahu aleyhi və səlləm demiş­dir: "Həqiqətən, Allahın elə qulları vardır ki, onlar peyğəmbər deyil­lər, lakin peyğəm­bər­lər və şəhidlər onlara qibtə edirlər". Dedilər: "Onları bizə vəsf et, biz də on­ları sevək". O buyurdu: "Onlar, aralarında qohumluq əlaqə­ləri olmadan Allahın nuru ilə bir-birlərini sevən bir qövmdür. Qiya­mət günü onlar nurdan düzəldilən minbərlərin üzərində üzləri nur saça­raq duracaqlar. Onlar insanlar qorxduğu zaman qorxmaz və insanlar kədərləndiyi zaman da kədərlənməzlər". Sonra Allah Elçisi salləllahu aleyhi və səlləm bu ayəni oxudu: "Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlən­məyə­cəklər" (Yunus, 62)".

Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Uca Allah buyurdu: "Mənə görə bir-birlərini sevən­lərə məhəb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olan­lara mə­həb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edən­lə­rə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini zi­ya­­rət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuş­dur. Mənə görə bir-birlərini se­vən­lərə nurdan minbərlər vardır. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edər­lər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3905   Tarix: 26 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283